"Yenidən ailə qurmağı çox istəyirdi..." - Meyiti tapılan alpinistimizin rəfiqəsi - MÜSAHİBƏ

"Yenidən ailə qurmağı çox istəyirdi..." - Meyiti tapılan alpinistimizin rəfiqəsi - MÜSAHİBƏ"Gilavar" Hava və Ekstrim İdman Klubunun üzvləri Fəridə Zəbiyulla qızı Cəbrayılzadə, Babur Vaqif oğlu Hüseynov və Namin Nizami oğlu Bünyatzadə 2017-ci il dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağ istiqamətində yürüşə çıxaraq geri qayıtmayıblar. Klub üzvlərinin meyiti 5 ay sonra - 17 may 2018-ci il tarixind ə tapılaraq, ailələrinə təhvil verilib. Ailə üzvləri onların itkin düşməsindən 5 ay keçməsinə baxmayaraq, sağ-salamat tapılacaqlarına ümidliymişlər.

Fəridə Cəbrayılzadənin rəfiqəsi Elnurə Kərimova kimi...

Fəridə Cəbrayılzadənin rəfiqəsi Elnurə Kərimova onunla bağlı xatirələrini Modern.az-la bölüşüb:

- Təəssüf ki, 5 ay sonra onlardan bəd xəbər gəldi. Acıdır, amma reallıqla barışsaq, gözlənilən idi?..

- Biz Fəridə ilə 2008-ci ildən rəfiqəyik. Mən özüm çox bədbin insanam, depressiyaya meylliyəm. Belə hallar bir çox qızlarda olur. Amma Fəridə tam fərqli idi. Onda o qədər müsbət enerji vardı, hər şeyə o qədər pozitiv baxırdı ki... Fikirləşmirdi ki, nə isə pis bir şey baş verə bilər. Baş verən hər neqativdə bir xeyir axtarırdı, həyatda onun üçün təhlükə, maneə yox idi. Qarşılaşdığı çətinliklərə rəğmən, hər şeyin asan olacağını hesab edirdi. Fəridə çox həyat dolu, enerjili idi.

- Aylar sonra indiki reaksiyanızdan belə anlaşılır ki, "Fövqəladə Hallar Nazirliyinin itkin alpinistlərin meyiti tapılıb" açıqlamasına qədər ümidini itirməmisiniz...

- Qətiyyən itirməməmişdim. Hətta sosial şəbəkələrdə ehtimal üzərinə yazılan fikirlər, rəylər belə məni ümidləndirirdi. Sonuncu dəfə uşaqların telefon nömrələrinin "Whatsapp" qruplarından çıxması bizi əməlli-başlı həyəcanlandırmışdı, qaranlığa bir işıq salmışdı. Amma Fəridənin qardaşı Fəridin morqda ona baxandan sonra "O Fəridədir" deməsini qəbul edə bilmirəm (ağlayır). Çox çətindir beş ay ümidlə gözlədikdən sonra "meyitləri tapılıb" eşitmək. Biz də, ailəsi də çox böyük ümidlə gözləyirdik. Mən Fəridənin ailəsindən təsəlli alırdım. Hətta Fəridənin anası Əsmayə xala, bacısı Vüsalə mənimlə danışanda "Fəridəgil gələcək, bizim ümidimiz var" deyirdilər. Hər gün əllərimiz göydə idi ki, Fəridə sağ tapılsın. Amma bir duaya gecikmişik...

- Ailəsilə münasibətləri necə idi?

- Çox gözəl. Üç uşaq idilər ailədə. Bacısı Vüsalə də, qardaşı Fərid də ailəlidir. Vüsalənin iki, Fəridin bir övladı var. İnanın ki, Fəridə onlarla nəfəs alırdı. Həyatı onlarda görürdü.

- Necə tanış olmuşdunuz, təsadüf idi, yoxsa bir yerdə təhsil almışdınız?

- Biz universitetdə bir yerdə oxumuşduq. Elə o vaxtdan münasibət qurmuşduq, bacı kimi olmuşduq.

- Hansı universiteti bitirmisiniz?

- Beynəlxalq Universitetin tələbələriydik. Sonradan universitet bağlandığına görə bizi İctimai-siyasi Universitetə köçürdülər. Onu da deyim ki, Fəridə yüksək balla daxil olmuşdu universitetə. Bizim dövrümüzdə 15 ixtisas seçmək mümkün idi. Kodlaşdırmada səhv etdiyi üçün ödənişliyə düşmüşdü. Beynəlxalq Universitet özəl olduğuna görə ödənişli idi. Bircə onda Fəridə dedi ki, "bəxtim olsaydı, dövlət universitetinə düşərdim, pulluda oxumazdım".

- Bəxtindən gileyliymiş o zaman. Nə idi gənc bir qıza bunu dedirdən səbəblər?

- Hə, onun üçün çox gileyli idi. Fəridə erkən yaşda uğursuz evlilik yaşamışdı. Bəlkə bu da bir səbəb idi.. .Bu haqda çox danışmaq istəmirəm. Şəxsi həyatı ona məxsus idi. Çox ailəcanlı idi. Ailəsi, yuvası üçün canından keçəcək bir ürəyə sahib idi. Əsmayə xalanı, Vüsaləni, ən əsası Fəridəmin ruhunu incitmək istəmirəm (ağlayır).

- Arzuları, hədəfləri nə idi Fəridənin? Rəfiqə olduğunuza görə bu barədə müzakirə aparmamış olmazdınız?

- Çox idi arzuları. Sonuncu dəfə əslində bizlə danışanda dağa çıxacağını dedi. Dağdan qayıdandan sonra Bolqarıstan səfəri var idi. Bütün sənədlərini hazırlamışdı. Orada 6 aylıq treninqə qatılacaqdı. Hər şey yarımçıq qaldı.

- Bəs Fəridənin gedib qayıtmadığı səfəri neçə günlük idi?

- 3 gün. Demişdi "3 günə qayıdacam, görüşərik". Dekabrın 28-i üçün qızlarla görüşəcəkdik. Demişdi "Bolqarıstana getməzdən öncə görüşməliyik". Getməmiş "Whatsapp"da bir qrup açmışdı, məni də əlavə eləmişdi ora. Demişdi "görüşlə bağlı hər şeyi ora yazın". Bir də qara xəbər gəldi ki, "Fəridə yoxdur artıq".

- Şəxsi həyatı ilə bağlı arzularını da bölüşmüşdümü sizinlə? Sevdiyi, ailə qurmaq istədiyi biri vardımı?

- Yox, belə bir adam yox idi. Zatən 2008-ci ildə ailəli olmuşdu. Onun ilk ailəsi dağılmışdı. Amma yenidən ailə qurmağı çox istəyirdi. Ciddi, onu anlayan birilə. Amma Fəridə bütün bu arzuları özüylə apardı...

- Evliliyindən övladı vardımı?

- Xeyr. Daha geniş danışmaq istəmirəm bu barədə. Fəridə ailənin sonbeşiyi idi, onu göz bəbəkləri kimi qoruyurdular. Ailəsini incitmək istəmirəm.

- Bəs nə əcəb belə bir mühitdə olan xanımın ailəsi onun alpinist olmasına etiraz etməmişdi?

- Etmişdilər. Anası razı deyildi. Fəridənin atası razılıq verəndən sonra o alpinist oldu. Anası həmişə narazı və nigaran idi. İstəmirdi onun bu işlə məşğul olmağını. Hətta bacısı da narazı idi. Amma bilirdilər ki, Fəridə qarşısına məqsəd qoyub. Və necə olursa olsun, o məqsədə çatmaq istəyəcək.
"Yenidən ailə qurmağı çox istəyirdi..." - Meyiti tapılan alpinistimizin rəfiqəsi - MÜSAHİBƏ- Adətən kişilər belə ekstrimlər, adrenalin yaşamağa meylli olurlar. Bir xanım olaraq nədən maraq yaranmışdı onda alpinistliyə?

- Qəfildən oldu. O vaxtlar İçərişəhərdə bir yerdə çalışırdı. Elə o ərəfələrdə dedi ki, ""Gilavar" Hava və Ekstrim İdman Klubu var. Ora yazılacam". Əslində ayrı-ayrı təşkilatlarla, QHT-lərlə çalışırdı. Bilirsiniz, Fəridə üşüyən adam idi. O qədər üşüyən idi ki, harasa gedəndə mütləq soyuğa dözümsüzlük göstərirdi. O dəqiqə "üşüyürəm" deyirdi. Birdən-birə ona həvəs gəlmişdi sanki. Bəlkə də qismət beləymiş...

- Neçə il idi ki alpinistlik edirdi?

- 3-4 il olardı. Deyim ki, peşəkar idi, yalan olar. Peşəkar dağçı deyildi Fəridə, həvəskar idi. İdmana marağı vardı. Hətta veloturlara gedirdi. Amma nə deyim, elə arzularının dalınca getdi, o yolda da arzuları yarımçıq qaldı...

- Allah səbr versin!

- Sağ olun.
"Yenidən ailə qurmağı çox istəyirdi..." - Meyiti tapılan alpinistimizin rəfiqəsi - MÜSAHİBƏ

Xəbərlər     Baxılıb: 4197   Tarix: 18 may 2018
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Zülalla ən zəngin çərəz

Diyetoloq Anita Mirçandani zülalla ən zəngin çərəzin adını açıqlayıb. -a istinadən xəbər verir ki, onun qidalanma üzrə tövsiyələri "Good Housekeeping" jurnalında dərc olunub. Diyetoloqun sözlərinə görə, araxis (yerfındığı

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var

Ən çox zülal ehtiva edən çərəzin adı bəlli olub. qafqazinfo-ya istinadən xəbər verir ki, dietoloq Anita Mirçandani zülal tərkibinə görə lider olan çərəzi açıqlayıb. Onun sözlərinə görə, zülalla ən zəngin məhsul yerfındığıdı

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

turlar.az

geyim və ayaqqabılar toy makiyajlari toy gecesi ev dizaynlari yataq otagi otaq dizayni yumurta ile uz maskalari kosmetologiya kosmetika uşaq şeirləri yuxuda qara ilan gormek qaynanaya aid novruza aid hakista veten haqqinda atalar sozu