Yetim psixologiyası

Yetim psixologiyasıAta və ananın varlığı uşağın psixologiyasında mühüm rol oynayır. Valideyinlərin olmasının uşaqlara nə qədər müsbət təsir etdiyini sözlə deyib qurtarmaq olmaz. Ata, ana və uşaqların bir yerdə yaşamalarını üç ayağı olan ucsuz-bucaqsız bir masaya bənzətmək olar. Bu masanın bir ayağı olmadıqda masa yerə doğru əyilir. Valideyinlərin uşağın yanında olması azyaşlı uşaqların həyatında mühüm rol oynayır.
Bir uşağın ana və atası ilə birgə yaşaması onu həyatda güclü və özünə inamlı bir gənc kimi yetişməsinə səbəb olur. Bəzən masanın ayaqlarından birini başqa bir ayaqla əvəz eləmək olur, amma bu heç vaxt əvvəlki ayağın yerinin vermir. Bir uşağın həyata iki əllə bağlanması üçün onun doğma valideyinlərə ehtiyacı olur.
Bəzən öz işini sevən bir pedaqoq və ya bir himayədar uşağa doğmalıq göstərə bilər. Amma əmin olun ki, bu ona öz ata-anasından almaq istədiyi istiliyi ona verə bilməz.
Bəzən müxtəlif səbəblər üzündən valideyinlərin biri uşağın yanında olmaya bilir. Çox hallarda uşaq ana ilə tək qalmaq məcburiyətində olur. Bu zaman evdə hər iki ayağın yükünü analar çəkməli olur. Analar belə vəziyyətlərlə qarşılaşdıqda bu çətin işin öhdəsindən tək gəlməyə çalışırlar. Onlar övladlarına həm ata, həm də ana olmağa çalışırlar. Bu zaman onlar öz övladlarına yetərincə analıq edə bilmirlər. Belə ki, tək qalan ana evdə atanın da vəzifələrini yerinə yetirməyə çalışdığı üçün övladına daha tələbkar, güclü, kişi xasiyyətli və qəddar təsiri bağışlayayır. Bəzi hallrda isə atasız qalan uşaqlarına analar "yox"sözünü demirlər. Bu vəziyyətdə isə uşaq böyüdükcə həddini bilmır və istəklərini də böyüdür və həm anası, həm də cəmiyyət üçün ərköyün və zərərli bir insan olaraq yetişir. Yetim uşağa bahalı hədiyyələr vermək, onun hər istəyini yerinə yetirmək həmin uşağı qısa müddətlik xoşbəxt edir.
Bəzi hallarda uşağın tək qalan valideyini başqa birisi ilə ailə həyatı qurur. Bu zaman həyatda möhkəm olmaq əsas güc uşağın öz üzərinə düşür. Bir sözlə ailə daxilində baş verən hər bir hadisə yetim uşağın psixologiyasına təsirsiz ötüşmür.
Yetim uşaqlar aşağıdakı duyğulara sahib olurlar:
1. Əsiklik duyğusu - Onlar yanlarında valideyinlərinin birinin olmadığına görə özlərini daima əksik sayırlar.
2. Özünü digər uşaqlardan aşağıda görmək. Bu zaman uşaqlar özlərini, valideyinləri olanlardan aşağıda hiss edirlər.
3. Yad baxışlardan narahatlıq duyma hissi.
4. Özünü günahkar hiss etmə duyğusu.
5. Həyata qarşı inamsızlıq.
6. Ətrafdakılara nifrət hissi. Bu ən çox uşaq boyüdükcə baş verir. Belə ki, yetim uşaq yeniyetməlik dövrünə ayaq basdıqca o ətrafdakılara qarşı kin və nifrət hissi bəsləməyə başlayır. Bu ətrafdakı adamların ona kiçik yaşlarında istehza ilə baxmalarından irəli gəlir.
7. Məsuliyyətdən qaçmaq - Bəzi uşaqlar yetimliklərini bəhanə edərək öz üstlərinə düşən məsuliyyətlərdən qaçırlarlar. Məsələn,"Atam olsaydı belə olmazdım", "Atam olsaydı daha yaxşı adam olardım" və s. Belə uşaqları müxtəlif söhbətlərlə fikirlərindən döndərməyə çalışmaq lazımdır.
8. Ehtiyac duyğusu - Yeniyetməlik dövrlərində qiz uşaqlarının anaya, oğlanların isə ən çox ataya ehtiyacı olur. Bu dövrdə yetim uşaqlar ana və atanın yerinə başqa birini qoya bilirlər. Bəzi hallarda bu insan həmin uşaqlardan yaşca böyük olan yad biri ola bilir. Yetim uşağın ata və anasının yerinə qoyacağı adamın mükəmməl biri olmaması yeniyetmə üçün fəlakət ola bilir. Çünki yeniyetmə həyat dərslərini ondan alır, onun məsləhətlərinə qulaq asır, onun dediklərinə əməl edir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1684   Tarix: 26 noyabr 2020
f Paylaş

Oxşar xəbərlər

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

turlar.az

qadın geyimi hamiləlik yay kolleksiyasi yemək qanda viruslar qas duzeltme aşıq kosmetika brusell bakteriyası geyim muellim seiri kahfe fali sac modelleri