Yetkinlik yaşına çatmağın əlamətləri hansılardır?
Yetkinlik yaşı ya fiziki əlamətlərlə, ya da müəyyən yaş həddi ilə təyin edilir. Oğlanlarda ilk dəfə məni gəlməsi, qızlarda isə ilk heyz halı yetkinliyin əlaməti sayılır. Həmçinin, şafii, maliki, hənbəli və cəfəri məzhəbləri qarnın aşağı hissəsində cod tüklərin bitməsini də həddi-büluğun əlaməti sayırlar (hənəfi məzhəbində bu şərt qəbul edilmir).
Xanim.az islam.az-a istinadən bildirir ki, əgər göstərilən fiziki əlamətlər görünmürsə, onda yetkinliyi yaşla hesablayırlar. Şafii və hənbəli məzhəblərinə görə həm qız, həm də oğlan uşaqları 15 yaşından gec olmayaraq yetkinləşirlər. Maliki məzhəbində yetkinliyin son həddi 17 yaşdır. İmam Əbu Hənifə həddi-büluğun son həddini qızlar üçün 17, oğlanlar üçün 18 yaş qəbul etmişdir.
Şiə məzhəbinə görə isə yetkinliyin fiziki əlamətləri müşahidə edilmədiyi halda qız hicri-qəməri təqvimlə 9 yaşına (miladi təqvimlə 8 yaş 9 ay), oğlan isə hicri-qəməri təqvimlə 15 yaşına (miladi təqvimlə 14 yaş 7 ay) çatanda yetkin sayılır.
f Paylaş








İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Qadınlarda infarktın gizli əlamətləri - Həkim xəbərdarlıq etdi
Eşref Rüya' final edir - Tarix bilindi
Aynişan bu dəfə geyimlərini satışa çıxardı
Kişi sağda, qadın solda yatmalıdır - SƏBƏB
Paket çaylar suya milyardlarla mikroplastik buraxır? - Araşdırma
Rusiyalı müğənni Dağıstanın bərpası üçün 5 milyon manat bağışladı
Hər iki ailəm xəyanətə görə dağılıb' - Aysun
Duş lifi ilə yuyunanlara xəbərdarlıq: Gigiyena sandığınız şey xəstəlik mənbəyi ola bilər
Fillip Alla Puqaçovanın kukla kolleksiyasını yığır
Eldəniz Məmmədov baba oldu