Yeyərək arıqlamaq istəyirsinizmi?

Yeyərək arıqlamaq istəyirsinizmi?Bunun üçün aclıq hissini aradan qaldrımaqla yeyərək arıqladan qidalardan istifadə edin. Aşağıdakı qidalar orqanizmdəki yağların ərinməsində yarıdımçı olur.
Yeyərək arıqlamaq hər bir qadının arzusudur. Ətrafımızda bu qədər yeməklərin və müxtəlif dadlı qidaların olduğu zaman onlardan dadmamaq əslində mümkün deyil. Amma bəzi qidalar vardır ki, onlardan çox istifadə etdikdə orqanizmdə yığılıb qalan artıq piylərdən azad olmaq mümkün olur. Belə qidalar orqanizmin vitamin balansını saxlamaqla piyləri əridir. Həmin qidalardan gün ərzində istədiyiniz qədər yeyərək aclıq hissinizi aradan qaldrmaqla arıqlamaq olur. Belə qidalara aşağıdakılar aiddir:
1. Yumurta.
Suda bişirilərkən sarısı tam bərkiməmiş yumurtanın tərkibində çoxlu vitamin və minerallar var. Bir bişirilmiş yumurta orqanizmin zülala olan sutkalıq ehtiyacını 15%-ni ödəyir.
2.Turşuya qoyulmuş kələm.
Kələm orqanizmin enerjiyə və vitamin C-yə olan təlabatını ödəmək qabiliyyətinə malikdir. Kələm lifli tərəvəz olduğuna görə o qəbizliyi aradan qaldırır, bağırsaqların fəaliyyətini sürətləndirir və həzm sistemini yaxşılaşdırır. Turşuya qoyulmuş kələm orqanizmdə hüceyrələrin yenilənməsi prosesini sürətləndirir və qanda pis xolesterinin miqdarını azaldır. Kələm turşusunun tərkibində olan antioksidantlar qocalmanın qarşısını alır.
3. Közdə bişən kartof.
Közdə bişən kartofun kaloriliyi az olur və mədə-bağırsaqdan rahat sorulur. Bu cür kartofun tərkibində olan minerallar əzələlərdə olan qıcolmaların aradan qalxmasına səbəb olur. Közdə bişən kartof cinsi zəifliyin aradan qalxmasına səbəb olur.
4. Qatıq.
Gün ərzində bir-neçə dəfə qatıq yeyərək aclıq hissini aradan qaldırmaq mümkündür. Amma gərək qatığın yağlılığı 2%-dən artıq olmamalıdır. Qatığın tərkibində olan kalsium və zülallar bağırsağın mikroflorasını yaxşılaşdırır.
5. Ənginar.
Bu tərəvəzin tərkibi az kalorilidir, amma zülal və karbohidratla zəngindir. Ənginardan hər gün istifadə etmək orqanizmin qidalardan aldığı kalorilərin mənimsənilməsinə səbəb olur.
6. Lobya.
Mütəxəssislər arıqlamaq istəyənlərə hər gün suda bişən qırmızı lobya yeməyi məsləhət bilir. Qırmızı lobya orqanizmdəki artıq piylərin əriməsinə səbəb olur. Qırmızı lobya həzmi sürətləndirərək qəbizliyi aradan qaldırır və adamı tox tutaraq aclıq hissini aradan qaldırır.
7. Badam.
Dietoloqların fikrinə görə badam arıqlamaq üçün ən yaxşı vasitədir. Belə ki, aclıq hissi zamanı badam yemək qida qəbuluna olan tələbatı azaltmaqla yanaşı orqanizmin vitamin və mineral balansını ödəyir.
8. Zeytun.
Zeytun mədəyə düşən qidanı nəzarət altına alır və onun çəkini artırmasına yol vermir. Gün ərzində 10 ədəd zeytun yemək və ya 1 qaşıq zeytrun yağı içmək orqanizmdə yağ-piy və duz mübadiləsini normallaşdırır, toksinləri xaric edir.
9. Kişmiş.
Kişmiş orqanizmdə depolanmış piylərin parçalanmasında mühüm rol oynayır. Kişmişdən hazırlanmış cem isə orqanizmi tox tutaraq aclıq hissini aradan qaldırır və artıq qida qəbuluna yol vermir. Cemi hazırlamaq üçün 100 qram kişmiş, 100 qram qaysı, 100 qram qara gavalı, 200qram bağayarpağı üyüdülür və üzərinə bal əlavə edilir. .Cemdən gün ərzində 2 dəfə 1xörək qaşığı yedikdə toxluq hissi yaranır və orqanizm zərər görmədən arıqlayır.
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 1137   Tarix: 29 sentyabr 2022
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

turlar.az

kosmetoloq geyim və ayaqqabılar adlarin menasi vetenperverlik qadın döşü ordan burdan sizanaqlara qarsi vasite kosmetika qardasa aid haxistalar olumu burcler haqqinda tapmacalar toy gecesı