"Yoldaşım dedi ki, video baxılası deyil" — Müəllimin xadiməni zorlamasının TƏFƏRRÜATI

"Yoldaşım dedi ki, video baxılası deyil" — Müəllimin xadiməni zorlamasının TƏFƏRRÜATICəlilabad rayonu Muğan kənd orta məktəbinin təmizlik işçisini zorladığı deyilən müəllim B.A (ad şərtidir) ailəli imiş.

Sözügedən məktəbin direktoru Aygün Məlikova "Ölkə.Az"a verdiyi məlumata görə, müəllimin bir, texniki işçinin iki övladı var. A.Məlikova hər iki şəxsi belə xarakterizə edib:

"B.A altı ildir bizim məktəbdə ibtidai sinif müəllimi işləyir, 34 yaşı var. Mən bu məktəbə iki ildir rəhbərlik edirəm. Qadın isə məktəbimizin təmizlik işçisi yox, gündüz gözətçisidir. Hər ikisi ailəlidir. Gözətçinin iki, müəllimin bir övladı var. Bu müddətdə onların hansısa münasibətinin olmasını hiss etməmişik. Hər ikisi hər gün məktəbdə olurlar".

Direktor bildirib ki, dünəndən Muğan kənd sakinləri müəllimi axtarır:

"Kənd camaatı müəllimin evinin həyətinə tökülüşüb üsyan edirlər. Qapısında iki yüzdən çox adam var idi. Amma nə qadın, nə də müəllim ortada yoxdur. Qadın şikayəti edəndən sonra gecəylə qaçmışdı. Bildiyimə görə hazırda hər ikisi polis idarəsindədir. Dünənə qədər hər ikisi işə gəlirdilər. Mənim qızlarımdan biri də həmin müəllimin sinfində oxuyur. İnanın ki, özüm dünəndən qorxu, həyəcan içindəyəm, yatmamışam.
Qarovulçunun eviylə məktəbin həyəti bitişikdir. Kənd camaatına da deyirəm ki, mən məktəbin məsuliyyətini daşıyıram. İşçilərin işdən sonra etdiklərinə cavabdeh deyiləm".

A.Məlikova qeyd edib ki, müəllimlə gözətçinin intim münasibətini əks etdirən video görüntü kənddə yayılıb: "Onların münasibətini əks etdirən video var. Mən o videoya baxmamışam. Ancaq baxanlar deyirlər ki, ora məktəb deyil, başqa evdir. Həmin görüntülər kəndin bütün oğlanlarının telefonlarında var. Videoda müəllimin yox, ancaq gözətçinin üzü görünür. Bunu mənə bayaq müəllimin həyat yoldaşı dedi ki, o videodakı bizim ev deyil. Baxmaq istədim, həyat yoldaşım icazə vermədi ki, baxılası deyil".

Qeyd edək ki, xəbəri ilk olaraq "Report" yayıb. Xəbərdə qeyd edilir ki, Muğan kənd orta məktəbinin müəllimi B.A (ad şərtidir) 2017-ci ildə həmin məktəbin təmizlik işçisi A.Z.-yə təcavüz edərək onunla cinsi əlaqədə olub və həmin anı mobil telefonu vasitəsilə videoqeydiyyata alıb.

Bir neçə gün bundan əvvəl məktəbin müəllimi B.A. yenidən təmizlik işçisi ilə cinsi əlaqəyə girmək istəyib. Lakin təmizlik işçisi buna etiraz edib. B.A. onunla cinsi əlaqədə olmasını əks etdirən videogörüntüləri sosial şəbəkələrdə yaymaqla şantaj edib. Təmizlik işçisi onunla yenə də cinsi əlaqədə olmaq istəmədiyini bildirib. Bundan sonra müəllim həmin videogörüntüləri kənd sakinləri arasında yayıb.

Baş verən hadisə ilə bağlı kənd sakinləri tərəfindən Cəlilabad Rayon Polis Şöbəsinə müraciət edilib. Polis şöbəsində araşdırmalara başlanılıb.

Xəbərlər     Baxılıb: 4432   Tarix: 18 aprel 2018
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Enerjini azaldan gündəlik səhvlər

Bəzi qidalanma vərdişləri həddindən artıq yorğunluğa səbəb ola bilər. -a istinadən xəbər verir ki, bu barədə diyetoloq Valeska Nişida "Terra" nəşrinə müsahibəsində xəbərdarlıq edib. Nişida ilk zərərli vərdiş kim

.

Çoxlarının etdiyi bu səhvlər ciddi problemlərə yol aça bilər

Gün ərzində saatlarla telefon və kompüter ekranına baxmaq, yanlış oturmaq və uzun müddət hərəkətsiz qalmaq boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim İdris Avcı boyun onurğasını yükləyə

.

Bu içki qaraciyəri qoruyurmuş

Qəhvənin yalnız enerji vermədiyi, qaraciyərin sağlamlığının qorunmasına da kömək edə biləcəyi bildirilir. -a istinadən bildirir ki, türkiyəli həkim, professor Onur Yaprakın sözlərinə görə, cəmiyyətin təxminən üçdə birind

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Dünyada nadir rast gəlinir: "Vampir xəstəliyi" nədir?

Ektodermal displaziya nadir rast gəlinən genetik xəstəliklər qrupuna daxildir. xəbər verir ki, xalq arasında bəzi əlamətlərinə görə "vampir xəstəliyi" kimi tanınan bu vəziyyət dəri, saç, dırnaq, diş və tər vəzilərini

.

Təyyarədə hansı içkilərdən uzaq durmalıyıq?

Təyyarə səfərləri zamanı qəbul edilən bəzi içkilər orqanizmdə narahatlıq yarada, susuzluğu artıra və uçuşun daha yorucu keçməsinə səbəb ola bilər. xəbər verir ki, xüsusilə alkoqollu içkilərdən ehtiyatlı olmaq tövsiyə edilir

.

Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız

Bel və boyun ağrıları müasir dövrdə ən çox rast gəlinən sağlamlıq problemlərindən biridir. Mütəxəssislər isə bu ağrıların qarşısını almağın ən sadə yolunun gündəlik hərəkətlilikdən keçdiyini bildirirlər. axşam.az-a istinadə

turlar.az

həkim məsləhəti qadin dunyasi makiyaj instagram intim münasibətləri kaktusa qulluq makaron reseptləri qadinlarda soyuqdeyme kosmetika şebnem tovuzlu sanamalar google kurtlar vadisi lakonizm