Yorğunluq bu xəstəliyin əlaməti ola bilər - XƏBƏRDARLIQ

Yorğunluq bu xəstəliyin əlaməti ola bilər - XƏBƏRDARLIQXroniki yorğunluq, halsızlıq və səbəbsiz çəki artımı çox vaxt gündəlik stress və iş yükü ilə əlaqələndirilsə də, mütəxəssislər bu əlamətlərin daha ciddi sağlamlıq probleminin göstəricisi ola biləcəyini bildirir.
Milli.Az xəbər verir ki, bu simptomlar xüsusilə qalxanabənzər vəzi zədələyən Haşimoto xəstəliyinin erkən siqnalları arasında yer alır.
Türkiyəli terapevt Mehmet Çakır bildirib ki, uzun müddət davam edən halsızlıq və çəki artımı diqqətdən kənarda qalmamalıdır. Onun sözlərinə görə, immun sisteminin qalxanabənzər vəzə hücum etməsi nəticəsində yaranan Haşimoto xəstəliyi çox vaxt gizli şəkildə inkişaf edir və ciddi fəsadlara səbəb ola bilər.
Həkim qeyd edib ki, xəstələr əksər hallarda yorğunluq, üşümə və saç tökülməsi kimi əlamətləri gündəlik həyatın gərginliyi ilə əlaqələndirir. Halbuki bu şikayətlər xəstəliyin ilkin mərhələdə verdiyi siqnallar ola bilər.
Həmçinin vurğulayıb ki, Haşimoto xəstəliyi qadınlarda daha çox müşahidə olunur və bu fərq əsasən hormonal amillərlə bağlıdır.
Xəstəliyin əsas əlamətləri arasında davamlı halsızlıq, yuxululuq, səbəbsiz çəki artımı, soyuğa qarşı həssaslıq, dəri quruluğu, saç tökülməsi və diqqət dağınıqlığı yer alır.
Həkimlərin sözlərinə görə, Haşimoto sadə qan analizləri ilə aşkar edilə bilər. Xüsusilə ailəsində bu xəstəlik olan şəxslərə mütəmadi tibbi müayinədən keçmək tövsiyə olunur.
Qeyd edilir ki, xəstəliyin tam müalicəsi mümkün olmasa da, düzgün terapiya ilə nəzarətdə saxlamaq mümkündür. Ekspertlər balanslı qidalanma, stresin idarə olunması və müntəzəm fiziki aktivliyin xəstəliyin gedişinə müsbət təsir etdiyini bildirirlər.
Mina Mikayılova
Milli.Az

Xəbərlər     Baxılıb: 870   Tarix: 03 may 2026
f Paylaş

Oxşar xəbərlər

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Təyyarədə hansı içkilərdən uzaq durmalıyıq?

Təyyarə səfərləri zamanı qəbul edilən bəzi içkilər orqanizmdə narahatlıq yarada, susuzluğu artıra və uçuşun daha yorucu keçməsinə səbəb ola bilər. xəbər verir ki, xüsusilə alkoqollu içkilərdən ehtiyatlı olmaq tövsiyə edilir

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Dünyada nadir rast gəlinir: "Vampir xəstəliyi" nədir?

Ektodermal displaziya nadir rast gəlinən genetik xəstəliklər qrupuna daxildir. xəbər verir ki, xalq arasında bəzi əlamətlərinə görə "vampir xəstəliyi" kimi tanınan bu vəziyyət dəri, saç, dırnaq, diş və tər vəzilərini

turlar.az

yay kolleksiyasi hamiləlik hamilelikde qidalanma gün vurmanın əlamətləri sağlamlıq sevgi ve seks balıqqulağı kosmetika intim cinsi elaqe baldiza aid hakisda laylalar yemek reseptleri