Yüksək təzyiq barədə hər şey - Səbəblər, əlamətlər, müalicə, qida

Yüksək təzyiq barədə hər şey - Səbəblər, əlamətlər, müalicə, qidaArterial təzyiq sizin ürəyinizin vurduğu qanın həcmi və arteriyalarınızın rezistentliyi ilə təyin olunur. Ürəyiniz nə qədər çox qan vurursa və damarlarınız nə qədər dardırsa təzyiqiniz o qədər yüksək olur. Yüksək təzyiq demək olar ki, hər kəsi zədələyə bilir. Lakin xoşbəxtlikdən asanlıqla diaqnozu qoyulur və dərmanlar vasitəsi ilə idarə edilə bilir.
Milli.Az yüksək təzyiq xəstəliyi barədə geniş məlumatı təqdim edir:
Yüksək təzyiqin yaranmasının əlamətləri:
Xəstəlik bəzən simptomsuz başlayır, xəstə heç bir fəsad hiss etmir, bəzən də kəskin baş ağrıları, burundan qanaxmalar, başgicəllənmələr ilə keçir.
Həkimə nə zaman getməli
20 yaşından yuxarı şəxslərin iki ildən bir arterial təzyiqlərini müayinə etməkləri gərəkdir. Təzyiqi adətən əczaxanalarda və ya poliklinikalarda müayinə etdirmək olar.Əgər hipertenziya diaqnozu qoyulmuşsa bundan sonra təzyiqinizi daha tez-tez müayinə etdirməli və təzyiqinizi həkimin məsləhət gördüyü dərmanlarla idarə etməyə çalışmalısınız.
Səbəblər
Xəstəliyin iki növü var.
İlkin hipertenziya
90-95% hallarda səbəbləri aydınlaşdırmaq olmur. İllər boyu yavaş-yavaş inkişaf edir.
İkincili hipertenziya
5-10 % hallarda isə xəstəliyə aşağıdakı hallar səbəb olur. Bu tip hipertenziyalar ikincili adlanır. Qəfil başlanır və təzyiq yüksək rəqəmlərə çatır. Səbəblər əsasən aşağıdakılardır:
- Böyrək xəstəlikləri
- Böyrəküstü vəzi şişləri
- Ürək qüsürları
- Bəzi dərmanlar: hamiləlik əleyhinə, soyuqlama əleyhinə,ağrıkəsicilər.
- İlleqal dərmanlar, kokain, amfetaminlər.
Risk faktorları:
- Yaş. Yaş artdıqca xəstəliyin əmələ gəlmə riski artır. Orta yaşlarda yüksək arterial təzyiq kişilərdə çox rast gəlinir. Qadınlarda isə adətən menopauzadan sonra bu hal müşahidə olunur.
- İrq. Yüksək arterial təzyiq neqroid irqinin təmsilçilərində daha çox rast gəlinir. Və adətən ağırlaşmalarla müşayiət olunur.
- Ailə tarixçəsi. Adətən irsiyyətin burda rolu olur.
Həyat tərzi və vərdişlər:
- Artıq çəki. Çəkiniz artıq olduqca orqanizminizə də o qədər çox qan lazım olur. Və qanın artması da təzyiqin artmasına səbəb olur.
- Fiziki aktiv olmamaq. Sizin fiziki aktiv olmamağınız ürəyinizin işini artırır və ürək vurğularının tezliyi artmış olur.
- Tütün istifadə edilməsi. Bu tip tüstülər sizin arteriyanızın divarını zədələyir. Bu da arteriyaların divarının daralmasına və təzyiqin yüksəlməsinə səbəb olur.
- Qidalarda duzun çox istifadəsi. Duzun çox istifadəsi mayenin orqanizmdə toplanmasına, bu da təzyiqin qalxmasına səbəb olur.
- Qidanızda kaliumun az olması. Kalium sizin hüceyrələrdə duz balansını saxlamağa kömək edir. Kifayət qədər kalium istifadə etmirsinizsə qidanızsa bu duzun orqanizmdə yığılmasına və təzyiqin qalxmasına səbəb olur.
- Alkoholun istifadəsi. Zaman keçdikcə alkohol içmə sizin ürəyinizi zədələyir.
- Stress. Yüksək stress təzyiqin qalxmasına səbəb olur.
- Xronik vəziyyətlər. Xronik vəziyyətlər təzyiqin yüksək olmasına gətirib çıxarır. Məsələn, şəkərli diabet, böyrək xəstəlikləri, yüksək xolesterol, yuxu apnoyesi.
Bəzən hamiləlik də yüksək arterial təzyiqə səbəb olur. Hipertenziya bəzən uşaqları da zədələyə bilir. Böyrək və ürək xəstəlikləri uşaqlarda təzyiqin qalxmasına səbəb olur.
Müalicə məqsədi ilə istifadə olunan dərmanlar:
- Sidikqovucular. Orqanizmdə olan duzu və suyu xaric etməyə kömək edir.
- Beta blokatorlar. Bu dərmanlar ürəyin işini azaldır, yəni ürək vurğularının sayını azaldır, damarlarınızı genişləndirir.
- Angiotenzin çevirici fermentin inhibitorları. Damarları daraldan fermenti blok etməklə damarları genişləndirir, nəticədə təzyiq düşür. Angiotenzin II reseptor blokatorları. Bu dərmanlar reseptorları blok etməklə təsir edir.
- Kalsium kanalı blokatorları. Bu dərmanlar damar divarının əzələlərinə təsir etməklə damarları genişləndirir.
- Əlavə olaraq alfa blokatorlar, alfa-beta blokatorlar, mərkəzi təsir edən dərmanlar, vazodilattorlar işlədilir.
Təzyiqiniz normallaşdıqdan sonra həkim sizə ürək xəstəliklərinin qarşısını almaq üçün aspirin içməyi də məsləhət görə bilər.
Əlavə olaraq sizin başqa xəstəliyinizə görə qəbul etdiyiniz dərmanlar da nəzərdən keçirilməlidir, çünki dərmanlar bir-biri ilə qarşılıqlı təsirə girə bilər və bir-birinin təsirini azalda bilər.
Əgər sizə yazılan dərmanları yadınızdan çıxdığına görə və ya baha olduğuna görə qəbul edə bilmirsinizsə bu barədə həkiminizlə açıq məsləhətləşin.
Həyat tərzi:
- Sağlam qidalanma. Az piyli qidalardan istifadə etmək, gündəlik rasionda meyvə və tərəvəzin geniş istifadəsi, kaliumlu qidaların istifadəsi nəzərdə tutulur.
- Qidada duzun azaldılması. Sağlamlar üçün duzun gündəlik limiti 2,4 milliqramdir. Gündəlik 1,5 milliqram artıq xəstələrin təzyiqinə təsir edir. Bunu ardan qaldırmaq üçün az duzlu qidalardan istifadə etmək məsləhətdir.
- Çəkinin azaldılması. Kök adamlarda hətta 2,3 kq çəkinin azaldılması arterial təzyiqi aşağı sala bilər.
- Fiziki aktivliyi artırmaq. Gündəlik hətta 30 dəqiqəlik fiziki aktivlik müsbət təsir edə bilər.
- Alkohol limiti.
- Siqaret çəkməmək. Bu sizin damarlarınızı zədələyir və son nəticədə təzyiq yüksəlir.
- Stressi idarə edin. Stressi mümkün qədər azaltmaq məsləhətdir ki, buna da kifayət qədər gündəlik yuxu normasını almaq, əzələ relaksasiyası, dərindən nəfəsalma ilə nail olmaq olar.
- Təzyiqinizi evdə vaxtaşırı ölçün. /medicina.az
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 2015   Tarix: 08 aprel 2021
f Paylaş

Oxşar xəbərlər

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

turlar.az

geyim şəkilləri toy makiyajlari sac duzumleri elm bilik haqqinda atalar sözləri xəmir reseptləri yuxa tortu körpə və ona qulluq kosmetika geyim ariqla sac modelleri gözellik badambura