"Yumşaldılma son iki həftənin nəticəsindən asılıdır" - Baş infeksionistlə MÜSAHİBƏ

"Yumşaldılma son iki həftənin nəticəsindən asılıdır" - Baş infeksionistlə MÜSAHİBƏÖlkədə artıq bir neçə gündür koronavirusa yoluxanların sayının kəskin aşağı düşməsi Azərbaycanda COVİD 19-la bağlı durumun artıq sona çatmaq üzrə olduğunu və epidemik prosesin sönməyə doğru getdiyi ilə bağlı fikirlərin artmağına gətirib çıxarıb.
"Yumşaldılma son iki həftənin nəticəsindən asılıdır" - Baş infeksionistlə MÜSAHİBƏÖlkədəki son epidemioloji vəziyyətlə bağı baş infeksionist Cəlal İsayevin Milli.Az-a müsahibəsini təqdim edirik:
Azərbaycanda koronavirusa yoluxanların sayının 400-ün altına düşməsinin səbəbini nə ilə əlaqələndirərdiniz?
- Ölkədə koronavirusa yoluxanların sayının 400-ün altına düşməsini həm vətəndaşların məsuliyyəti, həm də dövlətin qəbul etdiyi qərarların effektivliyi ilə əlaqələndirərdim. Heç birini bir-birindən ayrımaq olmaz. Birinci növbədə, insanlarımızın məsuliyyəti artıb, insanlar artıq koronavirusun necə bir xəstəlik olduğu haqqda xeyli məlumatlandırılıb. Özləri də yaxınlarının, qohum-əqrabalarının arasında xəstələnmə hallarını, məşhur insanların, məşhur həkimlərimizin bu xəstəlikdən dünyalarını dəyişməsini görürlər və bunun nə qədər ciddi bir xəstəlik olduğunu başa düşüblər. Ona görə də tövsiyələrə əməl edən insanlarımız xeyli dərəcədə artıb, indi belə insanlar gözə daha çox çarpır. İkinci bir tərəfdən də dövlətin vaxtında, yerində karantin tədbirlərini yenidən sərtləşdirməyə məcbur olması da koronavirusun artmasının qarşısını alan tədbirlərdən hesablanır. 
Vətəndaşların tətbiq edilən qaydalara riayət etməsi üçün sərtləşdirmə tədbirləri nə dərəcədə işə yarayır?
- Sərtləşdirmə tədbirləri olmasa, insanların 10%-nin bu karantin qaydalarını pozmaq ehtimalı qalır və bu da koronavirusun yayılmasının əsas faktorlarından hesab edilir. Ona görə də hər iki tədbirin bir-birini tamamlaması gərəkdir. Dövlət öz tövsiyələrini verirsə, amma insanlar buna əməl etmirsə, onun mübarizədə nə əhəmiyyəti olacaq?! Yaxud, insanların bir qismi bu tövsiyələrə əməl edəcək, bir qismi isə məsuliyyətdən kənar qalacaqsa, bu da öz əhəmiyyətini itirir. Ona görə də hər iki tədbirin böyük əhəmiyyəti var.
"Yumşaldılma son iki həftənin nəticəsindən asılıdır" - Baş infeksionistlə MÜSAHİBƏEpidemioloji vəziyyəti yumşaldılma üçün əlverişli hesab etmək olar?
- Hesab edirəm ki, yaxın 2 həftə ərzində karantin tədbirlərinin bu cür davam etməsi və insanlarımızın bu qaydalara bu cür anlayışla yanaşması yoluxma hallarının daha da azalmasına səbəb olacaq və gələcək dövrlərdə müəyyən yumşaldılma tədbirlərinin həyata keçirilməsi haqqında o vaxt düşünmək olar. Epidemioloji vəziyyətin nəticəsini təhlil edib, sonra bu qərara gəlmək mümkün olar. Hesab edirəm ki, bu yaxın gələcəyin işi olacaq. Son iki həftənin nəticələrinə əsaslanıb bu qərara gəlmək mümkündür. 
Azərbaycanda yoluxmaların sayında pik vəziyyət artıq qurtarıbmı?
- Bir söz deyim də, biz koronavirusla bağlı gələcək vəziyyəti proqnozlaşdırırıq. Amma proqnozlaşdırmaq bir qədər düzgün deyil. Yadınızdadırsa, biz güman edirdik ki, yayın düşməsi ilə virusa yoluxma halları aşağı düşəcək. Gördük ki, əksinə daha da artdı. Ona görə də biz öz tədbirlərimizi görməliyik, öz ehtiyatımızı tutmalıyıq və tövsiyələrə ciddi əməl etməliyik. Koronavirus necə inkişaf edəcəksə, onun qarşısını yalnız qaydalara əməl etməklə almaq olar. Yoxsa, biz deyək ki, yavaş-yavaş yoluxma sayı aşağı düşəcək... Onu da qeyd edək ki, bu xəstəliyin soyuqların başlaması ilə artması mümkündür. Bütün bunların hamısını nəzərə alaraq tədbirlərimizi əldən verməməliyik. Hər hansı bir proqnoza arxayın olmamalıyıq. Çünki COVİD-19 yeni bir xəstəlikdir. Bunu proqnozlaşdırmaq bir az çətindir. 
"Yumşaldılma son iki həftənin nəticəsindən asılıdır" - Baş infeksionistlə MÜSAHİBƏXatırladaq ki, Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Siyəzən və Şəki rayonlarında isə mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq 2020-ci il 5 avqust saat 06:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi davam edəcək.
Təhməz Təkin
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1150   Tarix: 22 iyul 2020
f Paylaş

Oxşar xəbərlər

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

turlar.az

makiyaj etmek qaydalari sac duzumleri reseptler yuxuyozmalar qadınlarda erroziya geyim kombinasiyalari yasil pomidor tutmasi kosmetika sağlamlığın sirleri baldiza aid hakisda pizza hakiwda veten