Yumurta sarısının rəngi - Bu seçimi səhv etməyin, yoxsa

Yumurta sarısının rəngi - Bu seçimi səhv etməyin, yoxsaYumurtanı bişirmək üçün qırdığınız zaman onun sarısının hansı rəngdə olduğuna diqqət edin.
Bir çoxları bu haqda bilmir və fikir vermirlər. Ancaq yumurta sarısı əslində sarı rəngdə olmamalıdır.
Milli.Az Saglamolun.Az- a istinadən xəbər verir ki, yumurta sarısının rəngi onu yumurtlayan toyuğun sağlamlığı haqqında çox şey deyə bilər. Mağazalardan alınan yumurtaların sarısı isə təəssüf ki, hər zaman ideal rəngdə olmur.
Yumurta haqqında düşündükdə ilk ağla gələn həyətdə sərbəst şəkildə gəzən və yediyi buğdadan əlavə otların arasında yemək üçün qida axtaran toyuqlar olur. Ancaq təəssüf ki, mağazada satılan yumurtaların əksəriyyətini böyük hində qapalı vəziyyətdə saxlanılan, günəşi çox az görən və təmiz havada olmayan toyuqlar yumurtlayır.
Əgər toyuğun hansı şərtlərdə saxlandığını bilmək istəyirsinizsə, yumurtanın sarısına diqqət yetirin.
Əgər ərzaq mağazalarından yumurta alırsınızsa, onda yəqin ki, əksər hallarda şəkildə mərkəzdə yerləşən yumurta sarısı ilə rastlaşırsınız. Çünki mağazada satılan yumurtaların çoxu solğun sarı rəngdə olur. Bu o deməkdir ki, onu yumurtlayan toyuq ancaq süni yem yeyib və daim oturaq vəziyyətdə olub.
İnanılması çətin olsa da, əslində ən ideal yumurta sarısı tünd narıncı rəngdə olandır. 
Əgər yumurta sarısı məhs bu rəngdədirsə, böyük ehtimalla, onu həyətdə sərbəst şəkildə gəzən toyuq yumurtlayıb. ENC mərkəzinin sağlam qidalanma proqlamları üzrə rəhbəri Hilari Tesmarın fikrincə, həyətdə sərbəst gəzən toyuqlar daha çox piqmentli məhsullar yeyir ki, bu da yumurtanın sarısında əks olunur.
Toyuğun nə ilə qidalandığı nəyə görə önəmlidir?
Ən azından ona görə ki, bu, yumurtanın qida dəyərinə birbaşa təsir göstərir.
Rəngindən asılı olmayaraq yumurtaların hamısı demək olar ki hər zaman eyni miqdarda zülal və yağ tərkibinə malik olur. Lakin tünd rəngdə yumurta sarısı yumurtada yetərli miqdarda ksantofillər və Omega-3 yağlarının olduğunun göstəricisidir. Ksantofillər həmçinin ispanaq, kələm, kabaçki və brokolinin tərkibində mövcuddur. Omega-3-ün insan orqanizminə faydaları isə hamıya məlumdur.
Bundan əlavə Pensilvaniya Universitetinin mütəxəssisləri tərəfindən aparılan araşdırmalar göstərib ki, tünd rəngdə sarısı olan yumurtalar daha çox A, D və E vitaminləri, həmçinin çox miqdarda beta-karoten tərkibinə malikdir.
Beləliklə, əgər yumurtanın tərkibində bu maddələr yoxdursa və ya azdırsa (necə ki, açıq, solğun rəng buna sübutdur), o zaman həmin yumurtanı yeməyin elə bir əhəmiyyəti yoxdur, çünki onun orqanizmə faydası olmayacaq.
Milli.Az

Xəbərlər     Baxılıb: 1517   Tarix: 03 sentyabr 2023
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

turlar.az

gelinlikler qis geyimləri 2026 geyim şəkilləri yuxa tortu əli əmirli cins salvarlar facebook çanta kosmetika rəksanə burclerin uygunlugu atalar sozleri lakonizim hamilelik