Yuxu ömür uzunluğuna necə təsir edir?

Yuxu ömür uzunluğuna necə təsir edir?Davamlı olaraq yaxşı yuxu alan kişilər almayanlardan təxminən beş il, qadınlar isə iki il daha çox yaşayırlar.
Milli.Az Lent.az-a istinadla xəbər verir ki, Harvard Tibb Məktəbinin alimlər komadası 2013-2018-ci illər arasında Milli sağlamlıq sorğusunda iştirak edən 172 321 nəfərin (orta yaş 50) məlumatlarını öyrənib. Ekspertlər öz işləri zamanı yuxu müddəti ilə xəstələrin gözlənilən ömür uzunluğu arasında əlaqə tapıblar.
Oxşar milli sorğuları ABŞ əhalisinin sağlamlıq vəziyyətini qiymətləndirməyə kömək etmək üçün Xəstəliklərə nəzarət və qarşısının alınması (CDC) və Milli sağlamlıq statistikası mərkəzləri hər il keçirir. Digər məsələlərlə yanaşı, sorğuda yuxu və onların vərdişləri ilə bağlı suallar olur.
İştirakçılar orta hesabla 4,3 il izlənilib, bu müddət ərzində 8681 nəfər ölüb. Bu ölümlərin 2610-u (30 faizi) ürək-damar xəstəliklərindən, 2052-si (24 faizi) xərçəngdən, 4019-u (46 faizi) isə digər səbəblərdən olub.
Tədqiqatçılar keyfiyyətli yuxu üçün beş fərqli amili qiymətləndiriblər, o cümlədən 7-8 saat yuxu, yuxuya getməkdə çətinlik çəkməmək və oyanarkən ayıqlıq. Hər bir amil ən yüksək yuxu keyfiyyətini göstərən maksimum beş bal olmaqla, hər biri üçün sıfır və ya bir xal təyin edilib.
Alimlər müəyyən ediblər ki, yaxşı və kifayət qədər yatan insanların hər hansı səbəbdən ölmə ehtimalı 30, ürək-damar xəstəliklərindən isə 21 faiz daha azdır.
Yuxu keyfiyyətinə görə yüksək bal toplayanlar arasında, pis yatanlarla müqayisədə gözlənilən ömür kişilər üçün 4,7 il, qadınlar üçün isə 2,4 il daha uzun olub. Beləliklə, alimlər ömrü uzatmaq və bir sıra xəstəliklərdən qorunmaq üçün sağlam və kifayət qədər yuxunun vacibliyini bir daha sübut ediblər.
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 1081   Tarix: 30 mart 2023
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

turlar.az

hamiləlik donlar 2026 sac duzumleri elm haqqinda atalar sozu sümük və saç qrip və soyuqdəymə qadin saytlari kosmetika xeyanet bakire novruz hakısdası azərbaycan novruz hakista