Yuxudan niyə "kal" oyanırıq? - Professor əsas SƏBƏBLƏRİ AÇDI

Yuxudan niyə "kal" oyanırıq? - Professor əsas SƏBƏBLƏRİ AÇDIGecəni nikbin əhval-ruhiyyədə başa vursanız da, səhər oyandıqdan sonra süstlük, hər şeyə, hər kəsə qarşı aqressiya və yorğunluq hiss edirsiniz? Bu, çoxlarına tanış vəziyyətdir.
Milli.Az səhərlər yaranan süstlüyün səbəbləri ilə tanış edir.
Kolumbiya Universitetinin tibb elmləri üzrə professoru Daniel Jodorkovskinin sözlərinə görə, sirkadiya yuxu ritmlərinin pozulması birbaşa əhval-ruhiyyəyə təsir göstərir. Bu, ən çox görülən problemlərdən biridir. Tədqiqatlar göstərib ki, yuxu pozğunluğu xüsusilə həzm sisteminə mənfi təsir edir, bu vəziyyətdə səhər yüngül ürəkbulanma hiss edirsiniz. Digər bir izahı qanda şəkər səviyyəsinin aşağı düşməsidir. Sağlam səhər yeməyi bu simptomları yüngülləşdirə bilər.
Səhv seçilmiş yastıq da ovqata təsir edir. Yastığın çox aşağı və ya həddindən artıq yüksək olması boyun fəqərələrinin yüklənməsinə və baş ağrılarına, eləcə də bədəndə turşu refleksinə səbəb olur.
Sözsüz ki, stressin təsirini danmaq olmaz. Narahatlıq və gərginlik sinir sistemini zədələyir, problemin həllini təxirə salır və nəticədə oyanmaq istəmirsiniz. Bu səbəbdən də bədən yataqdan durmağa mənfi reaksiya verir, günün ilk yarısı süstlük hiss edilir.
Bu vəziyyətdə səhər meditasiya etmək və ya beş dəqiqəlik gəzintiyə çıxmaq daha yaxşıdır. Bu, narahatlığı aradan qaldırır. Ancaq simptomlar daha ciddidirsə, müayinədən keçmək lazımdır. (publika.az)
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1606   Tarix: 31 iyul 2020
f Paylaş
yuxuda

Oxşar xəbərlər

.

Dünyada nadir rast gəlinir: "Vampir xəstəliyi" nədir?

Ektodermal displaziya nadir rast gəlinən genetik xəstəliklər qrupuna daxildir. xəbər verir ki, xalq arasında bəzi əlamətlərinə görə "vampir xəstəliyi" kimi tanınan bu vəziyyət dəri, saç, dırnaq, diş və tər vəzilərini

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Təyyarədə hansı içkilərdən uzaq durmalıyıq?

Təyyarə səfərləri zamanı qəbul edilən bəzi içkilər orqanizmdə narahatlıq yarada, susuzluğu artıra və uçuşun daha yorucu keçməsinə səbəb ola bilər. xəbər verir ki, xüsusilə alkoqollu içkilərdən ehtiyatlı olmaq tövsiyə edilir

.

Səhər yeməyində buna diqqət edin

Səhər yeməyində yoqurta alternativ axtaranlar üçün kəsmik (cottage cheese) yaxşı seçim ola bilər. Mütəxəssislərin fikrincə, zülalla zəngin bu süd məhsulu uzun müddət toxluq hissi yarada və gün ərzində qəfil aclığın qarşısın

.

Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün

Təbiət qoynunda pikniklər və ya eyvanda yemək zamanı tez-tez milçəklərlə qarşılaşırıq. Boşqabı qısa müddətə nəzarətsiz qoymaq kifayətdir ki, həşəratlar dərhal onun üzərinə qonsun. -a istinadən xəbər verir ki, rusiyalı həkim-infeksionis

.

Stress zamanı bunları edin - Özünüzü daha yaxşı hiss edəcəksiniz

Stress gündəlik həyatda qarşılaşdığımız problemlərə və dəyişən şərtlərə orqanizmin verdiyi təbii reaksiyadır. xəbər verir ki, mütəxəssislərin fikrincə, stressi tamamilə aradan qaldırmaq mümkün olmasa da, müəyyən vərdişlə

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

"İki nəfər üçün yeməlisən" deyirlər, amma… - Hamiləliklə bağlı məşhur yanlış

"Tibbdə geniş yayılmış "iki nəfər üçün yemək" yanaşması artıq elmi əsasını itirib". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zaman

.

Bu içki qaraciyəri qoruyurmuş

Qəhvənin yalnız enerji vermədiyi, qaraciyərin sağlamlığının qorunmasına da kömək edə biləcəyi bildirilir. -a istinadən bildirir ki, türkiyəli həkim, professor Onur Yaprakın sözlərinə görə, cəmiyyətin təxminən üçdə birind

turlar.az

aksessuarlar yay kolleksiyasi toy makiyajlari məlhəmlər erotik paltar ana və körpə ev dekorasiyası kosmetika novruz bayramina aid intim munasibetler yemek reseptleri novruza aid hakistalar vətən haqqında atalar sözləri