Yuxumuz gəlir, amma yata bilmiriksə - Dəhşətli xəstəliyinizin olmasından XƏBƏRDAR OLUN!

Yuxumuz gəlir, amma yata bilmiriksə - Dəhşətli xəstəliyinizin olmasından XƏBƏRDAR OLUN!Hər şeydən tez bezir, diqqətiniz tez-tez dağılır və zəkanızdan kifayət qədər istifadə edə bilmirsinizsə, deməli siz yuxu problemindən əziyyət çəkirsiniz.

Xüsusən də yay aylarında yuxusuzluq hər kəsin ortaq probleminə çevirilir. Bəziləri yuxusunun gəlməməsindən şikayətlənir, bəziləri də yuxusunun gəldiyi halda yuxuya gedə bilməməkdən.

Maraqlıdır, niyə məhz yay aylarında belə bir problemlə qarşılaşırıq?

Mövzu ilə bağlı Xanim.az-a açıqlama verən psixoloq Murad İsayev bildirdi ki, bu gün 3 insandan biri bu vəziyyətdədir:

"Yuxu psixoloji cəhətdən insanın rahat, sakit vəziyyət alması ilə aktiv formaya düşür. Normalda gün ərzində maksimum şəkildə stress, psixoloji yorğunluq və gərginliklərdən uzaq olduğumuz vaxtlarda yerimizdə uzanan zaman rahat yata bilirik.

Yay fəslində yuxu problemini havaların isti olması ilə də bağlaya bilərik. Eyni zamanda, bu problemi passiv istirahət tərzi ilə də əlaqələndirmək olar. İnsanlar yay fəslində istirahətlərini çox zaman passiv keçirir. Qeyri-normal yuxu vaxtları, sosial şəbəkədə daha çox vaxt keçirmək, televizor qarşısında çox oturmaq bu problemlərə səbəb olur. Normalda biz istirahət vaxtı olmayanda müəyyən qrafik üzrə hərəkət edirik. Yayda bu qrafikanı pozduğumuz üçün yuxu probelmi ilə qarşılaşırıq. Ümumiləşdirsək, yayda yuxu probleminin birinci səbəbi kimi istilərlə əlaqələndirmək olar. İkinci səbəb kimi passiv istirahət tərzini, üçüncünü isə rejimsizliklə bağlamaq olar".

Gec yuxuya getmək nə ilə bağlıdır?

Psixoloq bildirdi ki, normalda sağlam insan yerinə girən zaman bir saat ərzində yavaş-yavaş yuxuya gedir:

"Şüuraltı formada yuxuya gedən şəxs yuxunun müəyyən fazaları ilə dərinləşir. Bu zaman ərtrafdakı proseslərin analizi dayanır və 5 duyğu sistemi nisbətən aşağı səviyyəyə düşür. Ətrafda olan səsləri, görüntüləri hiss edə bilmir. Amma sinir sistemi oyaq olan bəzi nevroz və xroniki yorğunluqdan əziyyət çəkən şəxslər yuxuya gedə bilmədiyi üçün hər gün problem yaşayır. Hazırda cəmiyyətimizdə 3 insandan biri bu vəziyyətdədir. Həmin insanlar yatmaq üçün yerinə girən zaman bir saat ərzində yuxuya gedə bilmir. Onların yuxuya getməsi üçün 3, hətta 4 saat lazım olur. Amma problem yuxuya getdikdən sonra həllini tapmır. Bu cür insanlar çox həssas olduqları üçün cüzi bir səs, hətta otaq temperaturunun dəyişməsi belən onları oyada bilir. Bu, tamamilə həmin insanın nevroloji olaraq sinir sisteminin oyaq vəziyyətdə olması ilə bağlıdır. Həmin insanların müalicə götürməsi vacibdir. İnsan 3-4 gün ərzində gecə yuxusunu tam olmazsa, səhəri gün daha yorgun olur. Bu da təbii ki, həmin şəxsin gündəlik həyatına olduqca mənfi təsir göstərir".

Problemi nəcə həll etməli?

Psixoloq bildirdi ki, insan normal yatması üçün axşam ağır informasiyalardan, beyinə lazım olmayan, yoran, emosional xəbərlərdən uzaq olmalıdır:

"Yatmağa 2-3 saat qalmış beyin maksimum şəkildə sakit vəziyyətdə olmalıdır. Yatmazdan öncə dinlənilən musiqiyə belə fikir verməliyik. Emosional, ritmik musiqi əvəzinə bir az sakit mahnı dinləmək lazımdır. İkincisi, yatmazdan öncə yuxu prosesinin rahat keçməsi üçün otağın havasını dəyişmək lazımdır. Üçüncüsü, yatmazdan qabaq təmiz havada piyada gəzmək məsləhətdir. Bu zaman bədən həm artıq qalmış enerjini sərf edir, həm də yatmaq prosesi bu şəkildə asanlaşır.

Son olaraq, yatmazadan öncə zülal və karbohidratlarla zəngin qidalardan uzaq olmaq lazımdır. Onun əvəzinə ağartı və bitki məhsullarından istifadəyə üstünlük versək daha yaxşı olar. Yuxusuzluqdan əziyyət çəkən şəxslər bunları etsələr, həmin problemlərdən xilas ola bilərlər. Yox, əgər deyilənləri etdikləri halda problemdən xilas ola bilmirlərsə, o zaman psixoterapevtə müraciət edə bilərlər".

Xəbərlər     Baxılıb: 1915   Tarix: 15 fevral 2017
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Səhər halsız oyananların NƏZƏRİNƏ - Ciddi xəstəliklərin əlamətidir

Səhərlər kifayət qədər yuxu alınmasına baxmayaraq halsız, ağrılı və yorğun oyanmaq yalnız yuxusuzluqla əlaqəli olmaya bilər. xəbər verir ki, bu hal xüsusilə iltihabi revmatik xəstəliklər başda olmaqla bir sıra ciddi sağlamlı

.

Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır

Yeni elmi araşdırma gec saatlara qədər oyaq qalma vərdişinin sağlamlığa mənfi təsir göstərə biləcəyini ortaya qoyub. xəbər verir ki, mütəxəssislər bildirir ki, "gecə bayquşu" kimi tanınan insanlar ürək-damar xəstəliklər

.

Qadınlarda infarktın gizli əlamətləri - Həkim xəbərdarlıq etdi

Qadınlarda ürək tutması əksər hallarda klassik simptomlarla özünü göstərmir və bu da xəstəliyin vaxtında aşkarlanmasını çətinləşdirir. xəbər verir ki, kişilərdə tez-tez rast gəlinən şiddətli sinə ağrısından fərqli olaraq

.

Kişi sağda, qadın solda yatmalıdır - SƏBƏB

Sağ tərəfin "kişi" enerjisini, sol tərəfin isə "qadın" enerjisini təmsil etdiyi iddiaları yenidən ortaya çıxıb. xəbər verir ki, ilk baxışdan əhəmiyyətsiz kimi görünsə də, bunun hətta münasibət dinamikasın

.

Kartof qızartmağın ən sağlam üsulu hansıdır? - Araşdırma

Araşdırmalar göstərir ki, milyonların sevimlisi olan kartof qızartmasını daha sağlam və az yağlı hazırlamağın yolu məlum olub. "Current Research in Food Science" jurnalında dərc olunan yeni elmi iş mikrodalğal

.

Qarğıdalının bilmədiyimiz faydaları

PP, E, D, K, C, B qrupu vitaminlərlə zəngin olan qarğıdalının bir çox faydası var.  həmin faydaları təqdim edir:. 1. Tərkibində kalium, kalsium, fosfor, maqnezium, dəmir, mis kimi vacib mikroelementlər, çox faydalı əvəzsi

.

5 ədəd badam yeyib idman et, gör NƏ OLUR

Gündə 5 qoz-fındıq yemək məşqin yağ yandırma təsirini artırır. Qoz-fındıq həmçinin intensiv məşqdən sonra gərginliyi və ağrını azalda bilər.  xəbər verir ki, bunu diyetoloq Vasilisa Ponomaryova yeni elmi araşdırmadan danışarkə

.

Süni intellekt sınaqdan keçmədi - Sağlamlıq üçün TƏHLÜKƏ

Populyar süni intellekt modellərinin tibbi mövzularda verdiyi cavabların 70 faizdən çoxu ya problemlidir, ya da elmi əsaslardan uzaq mənbələrə istinad edir. xəbər verir ki, "BMJ Open" jurnalında yayımlanan yen

.

Qabığında elə faydası var ki

Yerfındığının qabığı adətən atılır, amma əslində müəyyən faydalı xüsusiyyətləri də var. O, tam olaraq bir şəfa mənbəyidir. xəbər verir ki, onu çay kimi dəmləyib içə bilərsiniz. . 1. Antioksidant mənbəyidir Qabıqda polifenolla

turlar.az

geyim seçimi yaz geyimleri 2026 yemek reseptleri cox yasa göyəm mürəbbəsinin resepti salatlarin bezenmesi gavalinin faydalari kosmetika novruz bayramına aid hakışda hakışda novruz bayrami hüzeyir hacibəyov baldıza aid hakışta