Yuxusuzluq kökəlməyə səbəb olurmu?

Yuxusuzluq kökəlməyə səbəb olurmu?Hər gecə rahat yatmaq və yuxunun miqdarı səhərki günümüzün necə olacağına səbəbi olur. Belə ki, rahat yatmamaq insanın gündəlik iş həyatına təsir etməklə, onun əmək qabiliyyətini azaldır. Yaxşı yatıb dincəldikdə isə zehnimiz və bədənimiz daha rahat və gümrah olur. Yatmayıb yorğun olduğumuzda isə diqqətimizi bir yerə toplaya bilmirik və hətta bəzən xəstə oluruq. Normal olmayan yuxu insanın dərisinə, mədə-bağırsaq sisteminə, immunitetinə, çəkisinin normal qalmamasına səbəb olur.
Mütəxəssislər yetərincə yatmamağın insanlarda kökəlməyə səbəb olduğunu söyləyirlər. Mütəxəssislərin araşdırmaları yetərincə yatmayan adamların kökəlməyə meyilli olduğunu söyləyirlər. Onlar yuxusuzluğun orqanizmdə bir çox hormonun normal funksiyasına mənfi təsir etdiyini sübut etmişlər.
Normal bir yuxu keyfiyyətli bir həyatın təminatçısı olmaqla yanaşı sağlam həyatın da təməlidir. Çünki aktiv qala bilmək üçün orqanizmin gözəl bir yuxuya ehtiyacı var. Bəzən yuxusuzluq insanların müxtəlif vərdişlərindən dolayı meydana çıxa bilir. Amma araşdırmalar yatmazdan əvvəl yürüş etmənin rahat yatmağa səbəb olduğunu söyləyərək yuxusuz qalan insanlara hər axşam yeməyindən sonra piyada gəzməyi məsləhət görürlər. Bundan başqa duş qəbul etmək, kitab oxumaq, çox qida qəbul etməmək də yuxuya yaxşı təsir edir.
Mütəxəssislər artıq çəkidən əziyyət çəkən adamlara çəkisini azaltmaq üçün ilk növbədə yuxusunu normaya salmağı məsləhət bilirlər. Çünki yuxusuzluq maddələr mübadiləsini pozur və insanın yağ-piy mübadiləsini korlayır. Bir həftə yuxusuz qalmaq orqanizmin qlükoza qəbulu zamanı baş verən insuilin mübadiləsinin də pozulmasına səbəb olur. Bu zaman insulin qanda olan qlükozanı parçalayıb enerjiyə çevirə bilmir və qanda qlükozanın miqdarının artmasına səbəb olur. Yuxusuzluq beynimizdə olan kanabinoid reseptorlarına təsir edərək insanın acmasına və artıq qida qəbuluna səbəb olur.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1281   Tarix: 11 noyabr 2020
f Paylaş

Oxşar xəbərlər

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

turlar.az

geyim şəkilləri yay geyimləri 2026 kosmetik vasiteler monika belluççi hicab cinsəl sağlamlıq resept kosmetika gözellik arxadan olmag novruz bayramına aid hakışda dovsan usaq seirleri