"Z nəsli" korluq epidemiyası ilə üz-üzədir

Mütəxəssislər "Z nəsli"nin korluq epidemiyası riski altında olduğu ilə bağlı xəbərdarlıq ediblər.
Milli.Az medicina.az-a istinadən xəbər verir ki, davamlı olaraq texnoloji cihazların ekranlarına baxmaq və gün işığından uzaq olmaq korluq epidemiyasına səbəb ola bilər.
Oftalmoloqlar "Z nəsli"nin fərdlərinin yaşlandıqca bütün səhiyyə sistemlərini təhdid edə biləcək korluqla üzləşə biləcəklərini açıqlayıblar.
Onların fikrincə, buna ekran vaxtının artması səbəb olur.
"Bu o deməkdir ki, "Z nəsli" bədənin inkişaf dövründə həyati əhəmiyyət kəsb edən təbii işıqdan məhrumdur. Bu, onların görmə qabiliyyətinə uzunmüddətli dağıdıcı təsir göstərmək potensialına malikdir", - deyə alimlər bildiriblər.
İngiltərədə aparılan araşdırma son 30 ildə göz problemlərinin 46 faiz artdığını və xüsusilə də miyopiya hallarının sürətlə çoxaldığını göstərib.Göz cərrahları vəziyyətin daha da pisləşəcəyi barədə xəbərdarlıq ediblər. Onlar bu rəqəmlərin gələcəkdəki "epidemiya"nın xəbərçisi olduğu fikrindədirlər.
Mütəxəssislər yeniyetməlik dövründə qapalı şəraitdə kompüter qarşısında qalan uşaqların kifayət qədər dopamin ala bilmədiyini və bunun gözlərinə zərər verdiyini deyirlər.
Korluq epidemiyasına səbəb ola biləcək başqa bir amil isə gözdən bir neçə santimetr uzaqda saxlanılan telefon və planşetlərə baxmağa sərf olunan vaxtdır. Bu, miyopiyanın ən birinci səbəblərindən biridir.
Mütəxəssislər müşahidə ediblər ki, Çinin bəzi bölgələrində miyopiya nisbəti 30 faizdən 95 faizə yüksəlib. Miyopiya təkcə eynək taxmaq mənasına gəlmir. Ağır hallar korluğa qədər gedib çıxa bilir.
Tədqiqatlar göstərir ki, gənclərdə zəif miyopiya halları "makula degenerasiyası"ndan (Sarı ləkə) əziyyət çəkmə ehtimalını 41 faiz artırır. "Makula degenerasiyası" isə korluğun əsas səbəbləri arasındadır.
Planşet və televizorlardan çox vaxt "uşaq dayəsi" kimi istifadə edildiyini deyən mütəxəssislər valideynlərə övladlarının ekran qarşısında keçirdikləri vaxta məhdudiyyət qoymalarını tövsiyə ediblər.
Milli.Az

Xəbərlər     Baxılıb: 1241   Tarix: 08 mart 2024
f Paylaş

Oxşar xəbərlər

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

turlar.az

geymler 2026 toy makiyaji sekilleri həkim məsləhəti vətən bayatıları hicab baglama usullari sarımsaq islamda hicab kosmetika yuxuda qara ilan gormek qaynanaya aid azerb clpaq qadinlari veten seirleri maskalar