Zaurdan Günaya brilyant hədiyyə
Dünən ATV-nin aparıcısı Günay Baxşəliyeva ad gününü qeyd edib.
Aparıcı həmin günü evində, ailəsi ilə birlikdə keçirib.
Təəssüratlarını sosial şəbəkədə yazan Günay həyat yoldaşı Zaur Baxşəliyevin onun üçün aldığı brilyant üzüyün fotosunu da paylaşıb:
"Ən gözəli də elə budur... Doğmalarınla yığışıb, öz damının altında ən gözəl gününü qeyd edəsən. Bizim üçün bundan gözəl xoşbəxtlik ola bilməz. Günümün son sürprizi, çox sağ ol əzizim".