"Zəifləmişəm, immunitetim düşüb. Hazırda müalicə olunuram"

"Zəifləmişəm, immunitetim düşüb. Hazırda müalicə olunuram"Müğənni Aysel Əlizadə "Sarılsam" mahnısına çəkdirdiyi klipdən danışıb.
Xanim.az bildirir ki, musavat.com saytına açıqlama verən müğənni bildirib ki, çəkilişlər İstanbulda baş tutub:

"Klip maraqla qarşılandı, dostlarım da sosial şəbəkədə paylaşdı. Mahnının və klipin sevilməsi məni xoşbəxt etdi. Klipdə depressiyada olan qadınam. Tərəf müqabili özüm istəmədim. İstədim ki, hamı orada özünü tapsın. Klip İstanbulda çəkilib, bahalı ekran işidir, amma nə qədər məbləğ xərclədiyimi deməyəcəm. Çünki üstümdə göz çoxdur, nəzərə gəlirəm".

Müğənni xarici görünüşündən də bəhs edib:

"Çəkimi qormaq üçün xüsusi nə isə etmirəm. Nə idmanla məşğulam, nə dieta saxlayıram. Hədsiz dərəcədə zəifləmişəm, immunitetim düşüb. Hazırda müalicə olunuram. Çəki itirməyim üzümə də yansıyıb. Klipə baxanlar elə bildi ki, üzümdə əməliyyat etdirmişəm, dodağımı böyütmüşəm. Amma elə şey yoxdur. Sadəcə, makiyaj elə göstərir ki, dodağım böyüyüb. Burnum isə böyük düşüb. Üzümdə hər xanımın etdirdiyi xırda proseslər etdirmişəm".

Aysel həmkarı Günay İbrahimlinin "Rəqibim yoxdur" açıqlamasına da münasibət bildirib: "Daim qalmaqaldan qaçmışam. Bəzən mən istəmədən məni qalmaqala çəkiblər. O zaman da işləri yoluna qoymağa çalışmışam. Günayla yaxın rəfiqəyik, xətrini çox istəyirəm. Bu sənətdə hər kəsin öz yolu, öz ruzisi var. Kimsə daha çox tanına və sevilə bilər. "Mən nömrə birəm", "Rəqibim yoxdur" sözləri mənə çatmır. Heç birimizin rəqibi yoxdur. Mənim səs tembrim Günayda, onunku da məndə yoxdur. Hər kəsin öz yolu var".

Müğənni bahalı hədiyyələri sevdiyini də dilə gətirib: "Kiməsə hədiyyə verməyi sevməsəm də, qəbul etməyi sevirəm. Hədiyyə ediləndə çox sevinirəm. Zinət əşyasını, ətirləri və böyük hədiyyələri sevirəm. Aldığım çox bahalı hədiyyə olub, amma nə olduğunu açıqlamayacağam".

Xəbərlər     Baxılıb: 1679   Tarix: 19 fevral 2017
f Paylaş

Oxşar xəbərlər

.

Sağlam bildiyimiz həmin qida ürək üçün riskli ola bilər - Diqqətli olun

Son illərdə "təbii qidalanma" anlayışının populyarlaşması bir çox insanı bu məhsulları məhdudiyyətsiz şəkildə istehlak etməyə sövq edir. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, "təbii" hər zaman "ta

.

Sabunlarda təhlükəli bakteriya aşkar edildi: "Evində olan dərhal atsın"

Mikrobları məhv etmək üçün istifadə etdiyimiz antibakterial məhsullar əslində bakteriyaların mutasiyaya uğramasına və dərmanlara qarşı müqavimət qazanmasına səbəb olur.  xəbər verir ki, antibakterial məhsulların tərkibindək

.

Yumurta alarkən mütləq koduna baxın - FOTO

Mağazadan yumurta alarkən diqqət yetirilməli vacib məqam var. xəbər verir ki, mütəxəssislər alış zamanı yumurtanın üzərindəki kodların mütləq yoxlanılmasını tövsiyə edirlər. Bildirilir ki, bu kodlar təsadüfi deyil və məhsulu

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Qabığında elə faydası var ki

Yerfındığının qabığı adətən atılır, amma əslində müəyyən faydalı xüsusiyyətləri də var. O, tam olaraq bir şəfa mənbəyidir. xəbər verir ki, onu çay kimi dəmləyib içə bilərsiniz. . 1. Antioksidant mənbəyidir Qabıqda polifenolla

.

Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır

Yeni elmi araşdırma gec saatlara qədər oyaq qalma vərdişinin sağlamlığa mənfi təsir göstərə biləcəyini ortaya qoyub. xəbər verir ki, mütəxəssislər bildirir ki, "gecə bayquşu" kimi tanınan insanlar ürək-damar xəstəliklər

.

Hər gün satın alırıq, amma günbəgün bizi zəhərləyir

Müasir qida sənayesində "ləzzət sehrbazı" kimi tanınan Monosodium Qlutamat (MSG) xalq arasında isə "Çin duzu" (E621) paketlənmiş məhsulların tərkibində ən çox rast gəlinən maddələrdən biridir. Bu madd

.

Gecə yata bilməməyinizin səbəbi ayaqlarınız ola bilər

Dincəlmək üçün uzandığınızda ayaqlarınızda hiss etdiyiniz o müəmmalı narahatlıq, əslində bədəninizin verdiyi bir imdad çağırışıdır.  xəbər verir ki, xroniki venoz çatışmazlığı ayaqlardakı damar qapaqcıqlarının funksiyasın

.

Bazarda 4 manata satılan bu möcüzə təzyiqi stabilləşdirir

Görünüşünə görə kartofla qarışdırılan, lakin tibbi xüsusiyyətlərinə görə "təbii təzyiq tənzimləyicisi" adlandırılan yerarmudu, müasir tibbin diqqət mərkəzindədir.  xəbər verir ki, yerarmudu çox yüksək miqdarda kaliu

turlar.az

yaz geyimleri 2026 kosmetoloq toy makiyaji sekilleri hicab haqqinda qadın və cəmiyyət xınayaxdı hakışta pehriz kosmetika babasil uzeyir usaq geyimleri hakışda hakisda