Zəlzələ qorxusu yuxusuzluq problemi yaradır

Zəlzələ qorxusu yuxusuzluq problemi yaradırTürkiyə Yuxu Təbabəti Dərnəyinin İdarə Heyətinin üzvü, professor Hikmət Fırat təkcə zəlzələdən zərər çəkən şəxslərin deyil, eyni zamanda yaşanan hadisələrin psixoloji təsirinə məruz qalanların da yuxu problemindən əziyyət çəkdiyini deyib.
Milli.Az AZƏRTAC-a istinadla bildirir ki, professor sosial mediadakı görüntülərin bu vəziyyətə səbəb olduğunu qeyd edib: "Fevralın 6-da Kahramanmaraş bölgəsində yaranan zəlzələlərdən sonra narahatlıq səbəbindən yuxu problemləri şikayətləri artıb. Gecələr zəlzələ qorxusu ilə yatmaq yuxuya getmədə çətinlik yaradır. Gecə tez-tez oyanmaq, yuxu vaxtının azalması, kabuslar görmək son vaxtlar tez-tez qarşılaşılan problemlərdir".
Müxtəlif bölgələrdə zəlzələlərin davam etməsinin yuxu xəstəliklərinin göstəricilərini artırdığını qeyd edən professor, "Yalnız zəlzələdən zərər çəkənlərin deyil, hadisələrin psixoloji təsirinə məruz qalanların da yuxu problemləri var. Sosial mediada yayılan görüntülər vəziyyəti ağırlaşdırır. Sağlam yuxu insanın fiziki, zehni və emosional rifahı üçün vacibdir. Yatmaq bədən sistemimizin dirijorudur", - deyə vurğulayıb.
Professor keyfiyyətli yuxu üçün yataq otağında telefon, televiziya, vizual xəbər və media vasitələrinin olmamalı olduğunu bildirib: "Axşam saatlarında ağır idmandan uzaq durmaq və yatmazdan 3-4 saat əvvəl axşam yeməyi yemək lazımdır. Yuxu vaxtına yaxın maye istehlakını azaldın, süd, qatıq, banan kimi qidaları istehlak edin. Bu qidalar axşam yuxuya keçidi təmin edən melatonin hormonunun ifrazına kömək edir. Yuxusuzluq yüksək təzyiq, ateroskleroz kimi ürək-damar xəstəlikləri, diabet və guatr kimi endokrin və metabolik problemlərə rastgəlmə tezliyini artırır. Bunlar infarkt, insult, ürək çatışmazlığı, yaddaşsızlıq və depressiyaya səbəb ola bilər. Eyni zamanda orqanizmin immun sistemini zəiflədir və xərçəngə səbəb olur".
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 1513   Tarix: 28 mart 2023
f Paylaş

Oxşar xəbərlər

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

turlar.az

hamiləlik donlar 2026 sac duzumleri elm haqqinda atalar sozu sümük və saç qrip və soyuqdəymə qadin saytlari kosmetika xeyanet bakire novruz hakısdası azərbaycan novruz hakista