"Zəlzələ zamanı özünü necə ələ almalısan?!" Psixoloqdan AÇIQLAMA
"Zəlzələ baş verdikdə yerin titrəməsi çox qısa vaxt ərzində, yəni bir neçə saniyə, güclü zəlzələ isə ən çoxu bir dəqiqə müddətində davam edir. Bu titrəmələr insanlarda həddən ziyada xoşagəlməz bir hiss yaradır və onları qorxuya salır. Buna baxmayaraq insanların sakitcə və heç bir təlaş hissi keçirmədən titrəmələrin qurtarmasını gözləməkdən başqa digər çıxış yolu yoxdur."
Xanim.az xəbər verir ki, bu sözləri psixoloq Zarina Rüstəmova açıqlamasında bildirib. O həmçinin zəlzələ zamanın insanların fobiyası barəsində də danışıb:
"Yeraltı təkanlar zamanı insanlar qorxudan özünü eyvandan da ata bilər. Bu əsasən ölümdən qorxu hissinin güc gəlməsi nəticəsində olur. Belə insanlara ilkin yardım olaraq, dərindən nəfəs alması üçün göstəriş vermək lazımdır. Çünki zəlzələ ən uzağı bir dəqiqə ərzində davam edə bilər. "
Psixoloq həmçinin, zəlzələ zamanı uşaqların vəziyyətindən söz açıb:
"Uşaqlar zəlzələnin nə olduğunu dərindən dərk edə bilmirlər. Əslində zəlzələ onlara maraqlı və əyləncəli görünür. Özlərini sanki yellənçəkdə hiss edirlər. Ona görə də, bu təbii fəlakət uşaqların psixologiyasına bir o qədər də təsir etmir."
Şahidə Tapdıq
f Paylaş








Hakışta
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin