Zəncəfilin faydaları

Zəncəfilin faydalarıZəncəfil çoxillik bitki olub ən çox tropik ölkələrdə yetişir. Ona daha çox Hindistan, Yaponiya, Çin, Mərkəzi Amerika və Seylon adalarında rast gəlinir. Zəncəfil Avropa ölkələrinə Şərqdən gətirilib. Zəncəfilin əsasən kökündən istifadə edilir. Dünyanın bir çox ölkələrinin mətbəxində zəncəfildən ən faydalı və ətirli ədviyyat kimi istifadə olunur.
Zəncəfilin tarixi və yayılması:
Zəncəfilin müalicəvi və faydalı xüsusiyyətləri qədimdən məlumdur. Qədim Şərq təbabətində zəncəfil ən universal dərman vasitəsi hesab edilir. Zəncəfilin ilk dəfə Hindistanda becərildiyi güman edilir. Sonralar onun kiçik cücərtiləri Aralıq dənizi bölgələrinə gətrilmişdir. Zəncəfil sonralar ərəb tacirləri tərəfindən Şimali Afrikaya, Ərəb ölkələrinə və Çinə aparılmışdır. Avropa ölkələrinə gətirildikdən sonra qısa bir müddət ərzində zəncəfil sevilmiş və geniş istifadə edilməyə başlanmışdır.
Zəncəfilin növləri:
Zəncəfilin müxtəlif növləri var. Onlar bir-birindən aşağıdakılara görə seçilirlər:
* özünün və qabığının rəngi fərqli olub, orta hissəsindən ayrılan növ zəncəfil
Bu növ zəncəfilin qabığı ağ rəngdən sarı-qəhvəyi rəngə qədər dəyişə bilir. Onun orta hissəsi bəzən narıncı rəngdə olur. Zəncəfilin bu eqzotik növünün mərkəz hissəsi bəzən yaşıl rəngdə də ola bilir.
* qoxusuna görə fərqli olan zəncəfil
Zəncəfilin bu növü təzə ot, sitrus ətri saçır.
* formasına görə fərqli olan zəncəfil
Zəncəfilin bu növü əl və barmaqlar formasında olur. Satış və istifadə məqsədilə əsasən zəncəfilin bu növündən istifadə edilir. Onun kökünün doğranmış və toz halından istifadə olunur.
Saxlanılması:
Təzə zəncəfili 7 gün müddətinə soyuducunun alt gözündə saxlamaq mümkün olur. Qurumuş zəncəfili isə 4 aya qədər saxlamaq olur. Donmuş zəncəfili istifadə etdikdən sonra onun qalan hissəsini yenidən dondurucuya qoymaq olmaz . Bu zaman zəncəfilin faydalı xüsusiyyətləri məhv olur.
Zəncəfil (Lat.Zingiber)nın Tərkibi
100 qram zəncəfildə olan qida dəyəri:
- Zülallar - 9,1 qr
- Yağlar - 5,9 qr
- Karbohidratlar - 58,2 qr
- Su - 9,4 qr
- Kalori - 347 kKal.
Zəncəfil kökündən istifadə etməzdən əvvəl onu yaxşıca yumaq lazımdır. Onun tərkibində olan faydalı maddələrin məhv olmaması üçün onun üst qabığının zədələnməməsi lazımdır. Zəncəfili keramik və ya şüşə bıçaqla doğramaq onun tərkibindəkilərin zədələnməməsinə səbəb olur.
Zəncəfil çayı:
Zəncəfil çayı həzm sistemi pozğunluqları (ürəkbulanma, qəbizlik, həzmsizlik və s.), mədə xəstəlikləri səbəbli baş verən ağrılar zamanı içilir. Hamiləlik toksikozları zamanı hamilə qadınların zəncəfil çayı içmələrində fayda var. Zəncəfil çayı immuniteti yüksəldir, qızdırmanı aşağı salır, virus xəstəlikləri səbəbindən baş verən əzələ ağrılarının aradan qalxmasına səbəb olur. Zəncəfil çayı orqanizmə antioksidant təsir bağışlayır. O orqanizmdə yığılıb qalmış toksinlərin, şlakların xaric olunmasına səbəb olur. Zəncəfil çayı maddələr mübadiləsini yaxşılaşdırır, arterial təzyiqi aşağı salır. Zəncəfil çayını dəmləmək üçün 1-2 xörək qaşığı təzə doğranmış zəncəfili 200 ml qaynar suda 5-10 dəqiqə dəmləmək və içmək lazımdır.
Zəncəfil cövhəri:
Zəncəfilin spirtdə dəmlənmiş cövhərindən qanın təmizlənməsi, görmənin yaxşılaşması, qadınlarda və kişilərdə cinsi həvəsin artması, tonuslandırıcı, fiziki və əqli yükləməni aradan qaldırmaq üşün istifadə edilir. Klassik zəncəfil cövhəri bu qaydada hazırlanır. 400 qram təzə zəncəfil sürtkəcdən keçirilir və şüşə butulkaya tökülür. Butulkaya bir litr araq əlavə edildikdən sonra sərin və qaranlıq yerdə 2 həftə saxlanılır. İki gündən bir butulka çalxalanaraq qarışdırılır. İki həftə keçdikdən sonra şüşədəki araq süzülür və gündə 2 dəfə 1 çay qaşığı olmaq şərti ilə içilir. Cövhəri içərkən ona qənd və ya bal əlavə etmək mümkündür.
Zəncəfil yağı:
Zəncəfildən alınan efir yağından kosmetologiyada, aromaterapiyada, massajlarda, vannaların qəbul edilməsi zamanı, kompress qoymaq məqsədilə istifadə edilir. Zəncəfil yağını daxilə qəbul etdikdə o ağrıkəsici effekt verir. Zəncəfil yağını iyləmək orqanizmə sakitləşdirici təsir bağışlayır. Bu yağı qaynar suya damızdıraraq içmək soyuqlama əlamətlərinin aradan qalxmasına səbəb olur.
Müalicəvi istifadəsi:
Zəncəfildən müalicəvi məqsədlərlə istifadə edildiyi zaman həkimlə məsləhətləşmək lazımdır. Onu dərman vasitələri ilə birlikdə qəbul etmək orqanizmə zərər verə bilər.
Zəncəfil (Lat.Zingiber)nın ziyanı
Zəncəfil az allergik qida olduğuna görə onun zərərli xüsusiyyətləri çox azdır. Hamiləliyin ikinci üçaylığında zəncəfildən çox istifadə etmək olmaz. Mədə-bağırsaq xəstəliklərinin kəskinləşdiyi dövrlərdə də zəncəfildən istifadə etmək məsləhət görülmür. Yeddi yaşına qədər uşaqlara zəncəfindən isstifadə eləmək tövsiyə edilmir.
Həddindən çox zəncəfildən istifadə eləmək ürəkbulanmaya və allergik reaksiyalara səbəb ola bilər.
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 1495   Tarix: 26 yanvar 2023
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

Düzgün oturuş qaydası onurğanın təbii əyriliyini qoruyur və tez yorulmanın qarşısını alır. Bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı nazirliyin Elmi-Tədqiqat Travmatologiy

.

Bədəndəki bu 10 əlamət ürək-damar xəstəliklərindən xəbər verə bilər

Bədəndə çox vaxt diqqətdən kənarda qalan bəzi əlamətlər yüksək xolesterin, damarların sərtləşməsi və hətta ürək çatışmazlığına işarə edə bilər. -ın məlumatına görə, mütəxəssislər bildirirlər ki, bədəndə ortaya çıxan bəz

.

Arıqlamaq istəyənlərin nəzərinə

Arıqlamaq istəyən insanların çox ac qalaraq yeməyi gecikdirməsi düzgün yanaşma sayılmır. -a istinadla xəbər verir ki, uzun müddət ac qalmaq insanın daha çox yeməsinə səbəb ola bilər. Belə ki, diyetoloq Natalie Rizzo qey

.

Yeni orqan kəşf edildi

Alimlər kəllə sümüyündə beynin müdafiəsində rol oynaya biləcək yeni immun strukturlar aşkar ediblər. -a istinadən xəbər verir ki, araşdırma Vaşinqton Universitetinin Tibb Fakültəsinin alimləri tərəfindən aparılıb. Nəticələ

.

Diyetoloq zərərli şirniyyatlara alternativi açıqladı

Şirniyyat insanın əhvalını qısa müddətə yaxşılaşdıra bilər. Lakin pəhriz saxlayanlar üçün hansı şirniyyatların daha münasib olduğu sual doğurur. Diyetoloqlar bu baxımdan zefiri alternativ məhsullardan biri hesab edirlər

.

Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin

Bəzi qida və içkilər dərmanların təsirini azalda və ya təhlükəli yan təsirlərə səbəb ola bilər. xəbər verir ki, bu barədə onkoloq Vladimir İvaşkov xəbərdarlıq edib. Onun sözlərinə görə, süd bəzi antibiotiklərin, xüsusil

.

Dişləri sərt fırçalamaq olar? - Mütəxəssislər xəbərdarlıq edir

Dişlərin daha yaxşı təmizlənməsi üçün onları sərt şəkildə fırçalamağın düzgün olduğu düşünülür. Lakin həddindən artıq təzyiq diş və diş ətinə zərər verə bilər. xəbər verir ki, sərt fırçalama diş minasının aşınmasına, di

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

turlar.az

yaz geyimleri 2026 kosmetika mehsullari geyim seçimi milli yemek qadin.az ayaqqabı abdulla saiq usaq serleri kosmetika sanamalar yutube ziyafet geyimleri janrlar xocali