Zərərsiz bildiyimiz vərdişlər xərçəngə aparır - Onkoloqdan xəbərdarlıq
40 yaşdan aşağı insanlarda bağırsaq xərçəngi riskini artıran, zərərsiz görünən bəzi vərdişlər cəmiyyət arasında narahatlıq yaradıb.
Milli.Az xəbər verir ki, həkim rusiyalı onkoloq Sergey İvanovbildirib ki, gənc yaşda bu xəstəliyi təhrik edən üç əsas amili açıqlayıb. Onun sözlərinə görə, ilk risk faktoru energetik içkilərin istifadəsidir. Bu içkilərin tərkibindəki yüksək şəkər və kofein mədə-bağırsaq sistemində iltihab, çəki artımı və insulinə davamlılıq yaradır ki, bu da bağırsaq xərçəngi riskini artırır.
İvanov gec saatlarda yemək və yatmazdan əvvəl qəlyanaltı etməyin də təhlükəli olduğunu bildirib. Bu vərdiş qlükoza və insulin səviyyəsinin artmasına, bağırsaq mikrobiotasının dəyişməsinə səbəb olur və gənclərdə xəstəliyin yaranma ehtimalını yüksəldir.
Onkoloq həmçinin fast-food, qazlı içkilər və yarımfabrikatlar kimi ultra-emal olunmuş qidaların lif baxımından kasad, lakin şəkər və yağla zəngin olduğunu vurğulayıb. Həkim qeyd edib ki, bu cür qidaların çox istehlakı bağırsaq xərçəngi riskinin artması ilə əlaqəlidir.
Asya
Milli.Az









Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda
Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?
Nuran yeni layihəsini təqdim etdi
Evdə stress yaradan 5 şey
Təzyiqi aşağı salan 5 əsas qida
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
Saatlarla oturanların diqqətinə
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Röyanın adından dələduzluq - FOTO