Zerrinin qayınatasından oğlu ilə bağlı dəhşətli faktlar
61 yaşlı türk müğənnisi Zerrin Özer ötən bazar 34 yaşlı Murat Akıncı adlı şəxslə evlənmişdi.
Xanim.az Axşam.az-a istinadla xəbər verir ki, o, toydan cəmi 36 saat sonra fırıldaqçılıqda ittiham edilən ərindən boşanma qərarı alan müğənni anidən qərar dəyişdirərərk müxbirlərə "Murada güvənirəm. Boşanmayacağam" deyə, açıqlama vermişdi.
Bu gün Muradın atası canlı yayıma bağlanaraq oğlu ilə bağlı dəhşətli faktların üstünü açıb.
O, oğlunu və anasının fırıldaqçı olduğunu pulu olan hər kəsi tələyə saldığını bildirib.
"İlk arvadının bütün zinət əşyalarını oğurlayıb. O adam sərvət ovçusudr. Pulu olan hər kəslə əlaqə qurar, imkanlı qadın və ya kişi fərq etmir. Mən onu övladlıqdan çıxarmışam. Oğlumun bu cür böyüməsində günahkar anasıdır. Mənə maraqlıdır, Zerrin xanım bu saxtakarı çox axtarıb? Normal kişi özündən 27 yaş kiçik qadınla evlənməz. Muradın onun evinə girməsi, Zerrin xanımın bitməsi deməkdir", deyə aata bildirib.
Buna cavab olaraq isə müğənni "Mən cavabımı aldım. Şokdayam. Kədərli deyiləm əsəbiyəm. Aldadılmaq dəhşətli şeydir. Hər qadın səhv edə bilər. Səhv etmək ayrı, axmaq olmaq ayrı. Axmaq deyiləm" deyə, o, bildirib.









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Qaravəllilər
Kişiləri ehtiraslandıran sözlər
Yuxuda sevdiyin insanı görmək
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
İnsan hüceyrəsinin daxilinin ən detallı görüntüləri - İlk dəfə - (Foto)