Zinadan törəyən uşağın hökmü nədir?

Zinadan törəyən uşağın hökmü nədir?Vələdüz-zinanın (Qeyri-qanuni cinsi əlaqədən doğulan uşağın) hökmü nədir?

Quran ilə fiqh mənbələri arasındakı müqayisə.

1.Ənənəvi fiqh kitablarında qeyri-qanuni cinsi əlaqədən doğulan uşağın hökmü nədir?

Qeyri-qanuni cinsi əlaqədən bəhs edərkən biz; Allahın kitabında izah edilmiş, ər-arvad arasında razılıq və hörmətə əsaslanmış[1], cütlərin hər cür psixi, ictimai və maddi hüquqları müdafiə edilmiş bir evlilik müəssisəsi xaricində qalan hər cür cinsi münasibəti qəsd edirik.

Bu araşdırmamızda Quran və fiqh (hüquq) kitabları arasında müqayisə apararaq, qeyri-qanuni cinsi əlaqədən doğulan uşaqların hökmünü incələyəcəyik:

a.) Qeyri-qanuni cinsi əlaqədən doğulan uşaq kimə mənsubdur?

Fiqh kitablarına görə qeyri-qanuni cinsi əlaqənin məhsulu olan uşaq, bekardul anasına nisbət edilir, əsla atasının nəslinə aid edilə bilməz. Əgər zinakar qadın evli isə, fiqh alimlərinin çoxunun ortaq görüşüylə, zina məhsulu olan uşaq qadının ərinə mənsub qəbul edilir. Fiqh alimləri bu mövzuda dəlil göstərdikləri rəvayət budur: "Uşaq, yataqdakılara aiddir."[2] Hər nə qədər rəvayətin mətni bu qaydada olsa da fiqh alimləri rəvayəti "qadın" kəliməsiylə xüsusiləşdirərək, belə dəyişdirmişlər: "Uşaq, yataqdakı qadına aiddir."

Yəni, ərdə olan bir qadın, doğumundan ən az 6 ay əvvəl əri ilə yatmışsa, o halda doğulan uşaq qadının ərinə aid olur.

Daha dəhşətlisi, İmam Şafiyə nisbət edilən fətvadır: "Zina nəticəsində uşaq üçün haramlıq yoxdur, onun heç bir nəsli yoxdur."[3]

Bu görüşündən başa düşürük ki, bir adam zina edər və bir qız uşağı olursa, bu adam öz qızıyla evlənə bilər. Çünki, zinadan olan uşaq, zina edən kişinin nəslindən qəbul edilə biməz.

Təəssüf ki, bu üzücü fətva Şafi məzhəbi ilə hüdudlu olmayıb, İmam Hənəfi və Maliki məzhəbinə də məxsus olduğu rəvayət edilməkdədir. Bu məzhəblərin (imamlarının belə dediklərinə ehtimal vermirik) din xadimlərinə görə; "Biri öz qızını halal bilib zina edərsə halal sayılır. Eyni zamanda zinadan olan qızıyla evlənə bilər.[4]

İbni Qəyyum əl-Cəvziyyə, bu cür fətvalara qarşı öz heyrətini belə dilə gətirir: "Şəriəti müəyyən edən Allah, süd səbəbiylə bir qızı bir oğlana haram edir. Necə olur ki, zinadan olan öz qızını haram etməz. Belə bir şey imkansızdır."[5] Əslində alimlərin də çoxu belə bir fətvanı qəbul etməmiş və Nisə surəsinin 23-cü ayəsini dəlil gətirərək öz etirazlarını bildirmişlər: "Analarınız və qızlarınız sizə haram edilmişdir…" Bir adamın qızı, zinadan olmuş olsa da o adamın öz qızı sayılır. Bu qız o adamın rüşeymindən yaradılmışdır. Bu həqiqət; haramı halal, halalı haram etməz.

b.) Qeyri-qanuni cinsi əlaqədən doğulan uşağın dünya və axirətdəki hökmü.

İslam adına hökm verən din xadimləri, zinadan doğulan uşaqları analarına nisbət etdikləri üçün mirasdan məhrum etmişlər. Bekar ikən atasına nisbət edilən uşağı da mirasdan məhrum etmək üçün, yuxarıdakı: "Zina nəticəsində uşaq üçün haramlıq yoxdur, onun heç bir nəsli yoxdur." rəvayəti dəlil gətirmişlər.

Bütün məzhəblər, qeyri-qanuni cinsi əlaqədən olan birinin imamlığının məkruh (xoşagəlməz) olduğuna qərar vermişdir.[6]

Bəzi hədis kitabları bir çox uydurma rəvayətləri Allah rəsuluna isnad edərək, zinadan törəyən uşağın cənnətə girə bilməyəcəyini rəvayət edərlər. Eynilə bu rəvayətdə olduğu kimi: "Zinadan törəyən cənnətə girə bilməz."[7]

Sünni məzhəblərin bu görüşlərinə əlavə olaraq Şiələr, zinadan olanın şahidliyinin də qəbul edilməyəcəyini ifadə edirlər. Bu mövzuda imamlarından bəzi rəvayətlər nəql edilməkdədir (ya da daha doğrusu etdirilməkdədir). Şiələrin səhih qəbul etdikləri mənbələrdən; Əbu Bəsir belə dedi: "Əbu Cəfərə soruşdum, zinadan törəyənin şahidliyi caizdirmi?" Dedi ki: "Xeyr!". Dedim bəs; "Həkəm ibn Uteybə caiz olduğunu qəbul edir." Əbu Cəfər dedi ki: "Allah onu bağışlamasın. Həkəmə soruş, Allah belə buyurmamışmı?" "Bu Quran sənin və qövmün üçün bir zikrdir."[8]

2.Bu mövzuda Quran ilə fiqh mənbələri arasındakı müqayisə.

a.) Nəsli və axirəti ilə əlaqədar.

Quranda heç kimin göz-ardı edə bilməyəcəyi bir qanun və qaidə vardır. İstər qanuni istərsə qeyri-qanuni cinsi əlaqə nəticəsində olsun fərqi yoxdur, doğulan uşaq ata-anasının nəslinə mənsubdur. Uca Allah belə buyurur:

"(Oğulluğa götürdüyünüz uşaqları) öz atalarının adları ilə çağırın. Bu, Allah yanında daha ədalətlidir. Atalarını tanımasanız, onlar sizin din qardaşlarınız və yaxınlarınızdır." (Əhzab, 33/5.)

Bu ayətə görə iki cür ata vardır: Bilinən və bilinməyən. Hər iki halda da Allah "ata"-deyir.

Atası məlum olmayan uşaqların başqa insanların nəslinə aid edilməsi caiz deyildir. Bu uşaqdan təkcə qardaş olur və ona köməklik göstərmək lazımdır.

Doğulan uşaq, cinsi əlaqə anında kimin belindən çıxan sudan yaradılmışsa onun nəslinə mənsub olur. Bu, cinsi əlaqənin qanuni və ya qeyri-qanuni olması heç bir şeyi dəyişdirməz. Allah təalanın buyurduğu kimi:

"…öz belinizdən gələn oğullarınızın arvadları (ilə evlənmək) sizə haram edildi…" (Nisə, 4/23.)

Bir qadın və kişinin qeyri-qanuni cinsi əlaqədə olmaqları heç şübhəsiz ki, haramdır.

Ancaq fəqihlərin (hüquqçuların), zina edənlərin doğulan uşağını qadına nisbət edib, kişiyə nisbət etməmələrini başa düşmək mümkün deyildir. Halbuki, hər ikisi eyni günahda müştərəkdirlər.

Fəqihlərin "Uşaq yataqdakına aiddir" rəvayətiylə əldə etdikləri görüşləri Allahın kitabına baxılmadan ortaya atılmışdır. Beləliklə fəqihlər, bir xəta üzərinə bir çox xətalı hökmlər əlavə edərək, ata-anaları zina etmiş və bu işdə heç bir günahı olmayan uşaqların həyatlarını bərbad etmişlər. Hətta "sən zinadan törənmisən və əsla cənnətə girə bilməzsən"– deyərək, dünyası ilə bərabər axirətlərini də məhv etmişlər.

Zina edən bir insan üçün belə, tövbə qapısı həmişə açıqdır. Tövbə etdiyi təqdirdə günahı da bağışlanar. Necə olur ki, başqasının günahı səbəbiylə dünyaya gəlmiş bir uşağı bu din xadimləri cənnətdən məhrum edib cəhənnəmə göndərə bilirlər?

b). Mirası

Din xadimlərinin zinadan doğulan uşağı mirasdan məhrum etməkləri tamamilə Qurana ziddir: "Allah, övladlarınız haqqında oğlan uşaqlarına qız uşaqlarının iki payı qədərini tövsiyə edir…" (Nisə, 4/11.)

Miras payları Allah tərəfindən müəyyən edilmiş haqlardır. Bu haqqı ondan özü imtina etmədən heç kim ala bilməz.

Ata-ana uşaqlarının arasında ayrı-seçkilik qoya bilməz. Birinə nə verirsə, o birilərinə də eyni şeyi verməlidir. Bu barədə hədislərdən birində qısaca belə bildirilir:

"Bəşir adında bir səhabi oğullarından Numana hədiyyə vermiş və digər arvadlarından olan uşaqlarına bir şey verməmişdi."

Rəsulullah:

"Sən Numana verdiyin hədiyyən kimi o biri uşaqlarına da verdin?", – deyə, soruşdu.

Mən cavab olaraq: "Xeyr", – dedim.

Rəsulullah:

"Allahdan qorxun, uşaqlarınıza qarşı ədalətli rəftar edin!", – deyə, buyurdu.

Numan belə dedi: "Atam peyğəmbərin yanından qayıdıb gəldi və mənə verdiyi hədiyyəsini məndən aldı" (Buxari, Hibə, 11).

Bir ata, istər günahkar övladını, istərsə öz günahından olan övladını mirasdan məhrum edə bilməz. Əgər edərsə və din xadimləri də belə bir şeyə fətva verirlərsə, Allahın əmrinə qarşı gəlmiş olurlar.

c). İmamlığı.

Zinadan olan bir insanın imamlığını mübahisə etmək çox təəccüblüdür. Çünki bu mübahisə Allahın ədalətinə kölgə salır. Allahın ədaləti; kök, nəsil və milləti deyil, yalnız təqvanı əsas alır:

"Ey insanlar! Biz sizi kişi və qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Şübhəsiz ki, Allah yanında ən hörmətli olanınız Ondan ən çox qorxanınızdır. Həqiqətən, Allah Biləndir, xəbərdardır." (Hucurat, 49/13.)

Təqvanın nəsillə bir əlaqəsi yoxdur. Əksinə təqva, insanın sahib olduğu qabiliyyətləri Allah yolunda istifadə etmək surətiylə, özü qazandığı bir şeydir. Zinadan doğulan da ana-atasının günahından məsuliyyət daşımır. Bir kimsə, bu uşağa etmədiyi bir günahın məsuliyyətini yükləyirsə, Allaha müxalifət etmiş olur:

"Hər kəs yalnız özünün qazandığını yüklənir. Heç bir günahkar başqasının günahını daşımaz. Sonra isə dönüşünüz Rəbbinizə olacaq və O, ziddiyyətə düşüb çəkişdiyiniz məsələlər barədə sizə xəbər verəcəkdir." (Ənam, 6/164.)

Böyük fəqihlərdən ibni Abdülbər deyir ki; "Bizə gələn məlumatlar arasında imamlıq üçün nəsil şərti ilə əlaqədar heç bir dəlil yoxdur. İmam ola bilmənin şərtləri təkcə bunlardır: Kifayət qədər bilikli olmaq, Qurandan əzbərlədiyi ayəni düzgün oxumaq, dində salih bir şəxs olmaq."[9]

d). Şahidliyi.

Zinadan olan insanın şahidliyini qəbul etməmək də Allaha iftiradır. Uca Allah belə buyurur: "…Aranızdan ədalətli iki nəfəri şahid çağırın və Allah üçün tam şahidlik edin…" (Talaq, 65/2.)

Bir insanın doğulması ilə ədalətli və təqvalı olmasının nə əlaqəsi vardır? Zina iftirası edən biri, tövbə edib halını düzəldərsə, şahidliyi yenidən qəbul edilir. Heç bir günahı olmayan zinadan doğulmuşun şahidliyi niyə qəbul edilməsin? Zina edən ata tövbə edərsə, şahidliyi qəbul edildiyi halda, ondan olan və atasının günahında heç bir qəbahəti olmayan uşağın şahidliyi isə qəbul edilməməkdədir.

Nəticə etibarilə; Fiqhçi din xadimləri, Allahı kitabından uzaqlaşıb, xəyallara, röyalara, uydurma rəvayətlərə əsaslanaraq şəriətin əsaslarını müəyyən etdikləri zaman cəmiyyətdə yozlaşma, təfriqə getdikcə artır. Bir cəmiyyətdə meydana gələ biləcək ən böyük fəsad və yozlaşma Allah və din adına ediləndir. Müsəlmanların da Qurana kifayət qədər əsaslanmamaları, münazirəyə girməkdən qorxmaları, fiqhi xətaların doğru qəbul edilməsinə yol açmaqda və bu xətalar mənimsəndikcə mütləq təslimiyyətə dönüşməkdə, nəticədə əsla etiraz edilməməsi lazım olan həqiqətə çevrilməkdədir. Fiqhi müzakirədən qorxan müsəlmanlar, təəssüf ki, Qurana göz yummaqdan, ayələrə əhəmiyyət verməməkdən heç qorxmurlar. Bu səbəblə də İslam cəmiyyəti hal-hazırda, din pərdəsi altında gəzən saxtakarlarla və ədəbi müzakirədən, anlayışdan uzaq pozğunçularla dolub daşmışdır.

Müəllif: Elmi-araşdırma mərkəzi, Fransızca saytı redaktoru Hişam Alabed.

Uyğunlaşdıran: Elmi-araşdırma mərkəzi, muselmanlar.com saytı redaktoru Aydın Mülayim.

Ailə və Uşaq     Baxılıb: 7116   Tarix: 27 oktyabr 2016
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Uşaqlar arasında yayılan KOKSAKİ virusu

 Ağızda, əllərdə və ayaqlarda ağrılara səbəb olan, qabarcıq və səpkilərlə irəliləyən şikayətlər son günlərdə uşaqlar arsında sıx rast gəlinən virus xəstəlikdir. Hər yaş qruplarında müşahidə olunsa da, daha çox uşaqları hədə

.

Ana bətnində autizm bu səbəbdən yaranır - SUYUN TƏRKİBİ

İllərdir autizmə səbəb olan faktorları araşdıran elm adamları ilə rezonans doğuran məluamat açıqlayıblar. Danimarkada aparılan yeni bir araşdırmada autizmi suda litiumun miqdarı ilə əlaqələndirilib. Kaliforniya Universitetində

.

Ana südünü artıran 7 qida

Ana südünün körpə üçün nə qədər əhəmiyyətli olması hər kəsə bəllidir. Bəs, ana südünü və onun keyfiyyətini artırmaq üçün hansı qidalardan istifadə etmək lazımdır?. Axşam.az ana südünü artıran 7 qidanı təqdim edir:. 1. Yumurt

.

Uşaqlarda angina xəstəliyi - Əməliyyatın hansı fəsadları var?

Tonzillit (angina) - udlaq badamcıqlarının iltihablaşmasıdır. Adenoid toxumalar kimi, bu badamcıqlar da xarici mühitdən mikrob və infeksiyaların insan orqanizminə daxil olmasının qarşısını alır. Uşaq anadan olarkən bu badamcıqla

.

5 aylıq körpənin inkişafı

Körpənin həyatının beşinci ayı, üçüncü və dördüncü ayında mənimsənilən bacarıqları, təkmilləşdirməklə davam edir. bildirir ki, bu dövrdə uşaqların əksəriyyətinin inkişafında hansısa diqqətçəkən, yeni irəliləyiş müşahidə olunmur

.

Uşaqlarla istirahətə gedərkən bunları nəzərə almaq lazımdır

Yay aylarında bir çox valideynlər övladlarını istirahət düşərgələrinə göndərirlər. Belə səfər həm uşağın inkişafında mühüm mərhələ ola bilər, həm də ciddi psixoloji sarsıntılara səbəb ola bilər. Bu fikri müsahibəsində uşa

.

Körpənin yatağı necə olmalıdır? Vacib qaydalar

Uşaqların əhval-ruhiyyəsinə və sağlamlığına təsir edə biləcək çarpayının seçilməsi heç də az əhəmiyyətli məsələ deyil. Düzgün çarpayı seçimi həm onurğa sütunun normal inkişafına, həm də sinir sisteminə müsbət təsir göstərir

.

Dinimizə görə süni mayalanma ilə dünyaya uşaq gətirmək günahdır? - Rəy

Milli Məclisin iyunun 13-də keçirilən iclasında çıxış edən millət vəkili Qənirə Paşayeva Azərbaycanda sonsuzluq hallarının sayının gün keçdikcə artdığını diqqətə çatdırıb. Millət vəkili "Reproduktiv sağlamlıq haqqında"

.

Uşağa ət neçə aydan verilməlidir?

Bir qayda olaraq ana südü və ya süni südlə ("smes") qidalandırılan uşaqlara istənilən əlavə qidalar (sıyıq, kəsmik, meyvə, tərəvəz, yumurta və s.) yalnız 6 ayından sonra verilə bilər. xəbər verir ki, bütün dünyad

turlar.az

sonxeber.az kosmetoloq geyim necə seçməli yaz geyimleri 2024 alin yazisi xanim qafarova valideyn haqqinda qadin ve kisinin seksi mexmerek sanama veten haqqinda bayatilar novruz bayramı oğlaq nizami gencevi