Zob xəstəliyi olanların feyxoa yeməsi faydalıdır

Zob xəstəliyi olanların feyxoa yeməsi faydalıdırSitrus meyvələrindən olan feyxoa ağacı hündürlüyü 6 metrə çatan həmişəyaşıl, alçaq gövdəli bitkidir. Mənfi 16 dərəcəyə qədər temperatura davam gətirir. Əkiləndən üç il sonra meyvə verməyə başlayan ağacın məhsulu çiçəkləmə dövründən dörd-beş ay sonra yetişir və yığılır.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Braziliya təbiətşünası Joao da Silva Feyxo ilk dəfə feyxoanı XIX əsrdə yetişdirib və meyvə adı onun şərəfinə verilib. Qərbi Paraqvay və cənubi Braziliyada təbii halda yetişir. Ölkəmizdə onu Lənkəran və Astara rayonlarında yetişdirirlər.
Feyxoanın insan sağlamlığı üçün çox faydası var, ondan dərman kimi də istifadə olunur. Feyxoanın tərkibində olan S vitamini soyuqdəymə zamanı və qrip epidemiyalarında əvəzolunmaz vasitədir. Onun tərkibində olan dəmir, selen, maqnezium maddələri orqanizmin bir sıra funksiyalarında müsbət rol oynayır.
Onun tərkibində suda həll olunan yod birləşmələrinin olması meyvəyə xüsusi özəllik verir. 1 kiloqram feyxoanın tərkibində 2 milliqramdan 10 milliqrama qədər yod var. Ona görə də yod çatışmazlığı xəstəliyindən əziyyət çəkənlər ondan istifadə etməlidirlər. Zob xəstəliyi olanlar üçün feyxoanı yemək və şirəsini içmək çox faydalıdır.
Feyxoanın lətinin ağ olması meyvənin tam yetişmədiyini göstərir. Lətin tünd və ya açıq qəhvəyi rəngdə olması isə onun xarab olmasına işarədir.
Feyxoanın xüsusilə qabığında olan fenol birləşmələri antioksidantlar sayılır. Antioksidantlar xərçəng xəstəliyinin profilaktikası üçün olduqca vacib olan maddələrdir. Soyuqdəymədən əziyyət çəkənlərə feyxoadan hazırlanmış çay içmək məsləhətdir. Feyxoa arterial təzyiqin tənzimlənməsinə və bağırsaqların fəaliyyətini yaxşılaşdırmağa da kömək edir
Feyxoadan zəhərlənmə riski böyükdür. Tərkibində şəkərin miqdarı çox olduğuna görə diabet və piylənmədən əziyyət çəkənlərə feyxoa yemək məsləhət görülmür. Körpə uşaqlara da onun verilməsi düzgün deyil.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1987   Tarix: 24 fevral 2020
f Paylaş

Oxşar xəbərlər

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Zülalla ən zəngin çərəz

Diyetoloq Anita Mirçandani zülalla ən zəngin çərəzin adını açıqlayıb. -a istinadən xəbər verir ki, onun qidalanma üzrə tövsiyələri "Good Housekeeping" jurnalında dərc olunub. Diyetoloqun sözlərinə görə, araxis (yerfındığı

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

turlar.az

geyim və ayaqqabılar geyim necə seçməli yemek reseptleri salatlarin hazirlanmasi bezedilmesi yuxa tortu kakao tərbiyə kosmetika xanim az ariqlamaq xanım az sanama itburnu