1 milyona soyunmaq istəyən müğənnimiz: "Çox ehtiraslıyam..." - VİDEO

1 milyona soyunmaq istəyən müğənnimiz: "Çox ehtiraslıyam..." - VİDEOQalmaqallı müğənni və model Afaq Aslan müsahibə verib.

Qadinsayti.az həmin müsahibəni A24.az-a istinadən təqdim edir.

Afaq xanım, bir müddətdir ki, müğənnilik fəaliyyətinizə fasilə vermişdiniz. Bu yaxınlarda isə yeni mahnınızı sevənlərinizə təqdim etmisiniz. Ümumiyyətlə necə oldu ki, mahnı oxumağa qərar verdiniz?

Mən artıq 6 ildir musiqi ilə məşğulam. Musiqi mənim uşaqlıqdan çox sevdiyim məşğuliyyətdir. Həyatda 3 hobbim var: şəkil çədirmək, idmanla məşğul olmaq, bir də musiqi. Bu 3 işin hər birindən də zövq alıram. Açığı peşəkar səhnəyə gəlib, müğənni olmaq mənim heç vaxt arzum olmayıb. Əksinə, kimsə mənə "müğənni ol!" deyəndə gülürdüm. Deyirdim ki, hamı müğənniləri pul verib qabağında oxutdurur. Bütün bunlar tam təsadüf nəticəsində baş verib. Uşaqlıqdan çox şöhrətpərəst insan olmuşam. Həmişə bilirdim ki, nə vaxtsa çox tanınmış bir insan olacam.

Uzun fasilədən sonra ifa etdiyiniz yeni mahnı haqqında nə deyə bilərsiniz?

Hazırda yeni mahnılar üzərində işləyirik. Tezliklə yeni mahnılarım işq üzü görəcək. Son olaraq ifa etdiyim mahnı isə "Ehtiyacım var" adlanır. Hələlik bu mahnıya klip çəkdirmək niyyətim yoxdur. Bəlkə, nə vaxtsa çəkdirə bilərəm.

Afaq xanım, evdə necə biridir? Evdarlığı varmı?

Mən çox dadlı yeməklər bişirirəm, kimə desəm inanmır. Yaxın olduğum inanlar buna şahiddir. Hərdən mənə deyirlər ki, kim görsə sən belə yeməklər bişirirsən, inanmaz. Hamı elə bilir ki, mən farmazonam, yekəxanayam, evdə əlimi ağdan qaraya vurmuram. Amma, yemək bişirməyi çox sevirəm. Yəni, əlimin duzu var, çox dadlı yeməklər bişirirəm.
Bəs Afaq xanım nədən utanır? Komleksi varmı?

Bəlkə də həyatda mənim qədər kompleksli insan yoxdur. Mən insanlar çox olan yerdə otura bilmirəm. Hərdən dostlarım, rəfiqələrim deyir ki, "gedək filan yerdə oturaq", deyirəm "yox, orada adam çox olur". Mən dincəlmək istəyəndə qapalı məkanları seçirəm. O qədər kompleksli insanam ki, çox adam olan yerdə oturanda elə bilirəm ki, hamı mənə baxır. Fotosesiyalarımda, geyimlərimdə cəsarətli olduğum qədər həyatda cəsarətli deyiləm.

Çəkdirdiyiniz fotolarla cəmiyyətdə bimənalı qarşılanmırsınız. Nə vaxtsa sosail şəbəkələrdə və sair hədə dolu mesajlar almısınızmı?

Əksinə, harasa gedəndə insanlar məni tanıyır. Birdə görürsüz gözlənilmədən mənə gül dəstələri göndərirlər. Sevərək yaxınlaşırlar, deyirlər ki, Afaq xanım siz baxımlı qadınsınız. Biz sizi izləməkdən zövq alırıq. Tənqid və ya təhqir yazan insanlar uşaq-muşaqlardır. Onlar heç vaxt həyatda insanın qarşısına çıxmırlar ancaq klaviatura arxasında guruldayırlar. Yox, hələ nə təhdidlə, nə də təhqirlə qarşılaşmamışam.

Bəs sizin fikrinizcə bu nədən qaynaqlanır. Xarici şou-biznes ulduzları bu cür fotosesiyalar etdirir, normal qarşılanır, bizdə isə yox?

Bəli, çox normal qarşılanır. Rihanna, Beyons, Şakira, Cenifer Lopez kupalnikdə milyonların qarşısına çıxıb kosert verir. Bəs onları neyləsinlər, daşqalaq etsinlər? Bizim insanlarımızın düşüncə tərzi mənə çatmır. Xarici ulduzlar nə etsələr bunlar qəbul edir və alqışlayır. Bizimkilər etdikdə isə tənqid edilir və hərə bir yandan söz deyir. Bəzən mən şəhərə çıxıram. Bizim qızlarımızın şəhərdə, küçədə geyindiklərini biz səhnəyə geyinməyə utanarıq. Sadəcə olaraq biz göz önündə oldumuzdan daha çox tənqid edirlər.

Afaq xanım, türkiyəli müğənni Ebru Poladla rəfiqəlik edirdiniz. Davam edirmi dostluq münasibətləriniz? Birlikdə mahnı ifa etməyi düşünürsünüzmü?

Bəli, davam edir. Mənə duet oxumaq təklif edilib. Amma mən hələ bu barədə heç bir şey düşünmürəm. Hər şey ola bilər.

Bizi bir-birimizə bənzədirlər. Mən onun dərdindən saçlarımın rəngini dəyişdirdim. Saçlarımız qara olanda bizi çox bənzədirdilər. Bizim tanışlığmız da çox maraqlı olub. Məclislərin birində ona deyiblər ki, Azərbaycanda bir qız var, sənə çox bənzəyir. Eyni sözü də mənə deyirdilər ki, bir qız var sənə çox oxşayır. Beləcə, bizi tanış etdilər. Sonra xasiyyətələrimiz də uyğun gəldi və biz rəfiqə olduq.

Afaq xanım, bir müddət əvvəl sosial mediada belə bir xəbər yayıldı ki, Afaq Aslan məşhur türk iş adamlarından biri ilə sevgilidir. Bu xəbərlər nə dərəcədə doğrudur?

Sevgili deməzdim, biz dostuq. Uzun illərdir dostluq edirik. Sadəcə, o insan tərəfindən bir neçə dəfə evlilik təklifi almışam.

Afaq xanıma evlilik təklifləri tez-tez edilir? Ən maraqlı, eksküliziv evlilik təklifi necə olub?

Desəm bəlkə də, inanmazsınız. Mən həddən çox evlilik təklifi alıram. Ailə qurmağı düşünmürəm. Mən ailə quramq istəsəydim bəlkə də, çoxdan ailə qurmuşdum. Sıradan təkliflər olur həmişə.

Bəs Afaq xanımın ürəyi doludurmu? Kimsə varmı qəlbində?

Hazırda dəlicəsinə sevdiyim biri yoxdur. Amma, hər an hər şey ola bilər. Mən elə bir insanam ki, istənilən vaxt aşiq ola bilərəm. Mən planlaşdıranda ki, bu insanı sevəcəm, məndə heç vaxt alınmır. Sevgi məni çox dəyişir.

Bəs Afaq Aslan sevgidə necə bir qadındır- romantik, duyğusal yoxsa ehtiraslı?

Çox romatik, çox duyğusal və aşırı ehtiraslıyam. Ən əsası, çox da qısqanc insanam. Mən bir insanı sevirəmsə həm özümü incidirəm, həm də qarşımdakını.

Bəs Afaq xanım üçün ideal sevgili, ideal ər necədir?

Mənim yanıma yaraşan olmalıdır ki, deməsinlər ki, "gör gedib kiminlə sevgili oldu". Mütləq yaraşıqlı olamlıdır çünki, mən surətpərəst insanam. Kişidə ən sevmədiyim xüsusiyyət simiclikdir. Bir kişi simic oldusa heç bir qadın onu sevə bilməz. Sürprizləri sevən insanam. Sevdiyim insan gözlənilmədən məni sevindirməlidir. Mən ona nəsə dedimsə, mən deyəndən sonra nəsə edirsə, bunun bir mənası olmur. Kişi özü bilməlidir ki, mənə nə lazımdır. Çox diqqətli olmalıdır.

Müsahibələrinizdə rast gəldiyim bir məqam var, hər zaman sizi pulgir bir xanım kimi göstərməyə çalışırlar. Belə nəticəyə gəlmək olur ki, Afaq Aslan heç vaxt kasıb kişi ilə sevgi yaşamaz. Bu nə dərəcədə doğru təəssüratdır?

Bəzən haqqımda deyirlər ki, Afaq hər adama salam verməz. Mənə deyirlər ki, yəqin sən ya nazirlərlə, ya da iş adamları ilə görüşürsən. Elə bir fikir formalaşıb ki, sıradan bir insanla mən sevgi yaşaya bilmərəm.
Bəs necə heç nazirlərdən, iş adamlardan siyasətçilərdən eşq etirafları alımısınızmı?

Hər təbəqədən sevgi etirafları alıram. İstər siyasətçilər olsun, istərsə də biznesmenlər. Amma şərt pulda deyil. Elə insanlar var ki, pulu var, amma insanlığı yoxdur. Mən o insanla bir saat bir stolda oturmaram. İnsan var ki, pulu çox olmaya bilər, amma qadına o qədər nəvaziş göstərə bilər ki. Yəni pulun çox olması şərt deyil.

Afaq xanım, bir neçə dəfə demisiniz ki, tezliklə biznes quracaqsınız. Necə oldu alındı?

Mən bir neçə sahədə biznes qurmaq istədim lakin batırdım. Salon, moda evi açdım, bağladım. Mən heç vaxt pulumun qədrini bilən insan olmamışam. Pulumun qədirini bilsəydim kim bilir nələrim vardı.

Heç yerli rejissorlardan film təkliflərin almısınızmı?

Bəli, tez-tez filmə çəkilmək təklifləri alıram. Hazırda Xəzər TV də yayımlanan son addım serialına çəkilirəm. Başqa bir filmdə isə killer qadın obrazını canlandırmaq üçün təklif almışam. Artıq rejissorlar məni o qədər cəsarətli qadın hesab edirlər ki, məni killer qadın obrazaın çəkmək istəyirlər.

Son olaraq qalmaqallı olduğunuz müğənnilərlə vəziyyət necədir? Günel Məhərrəmli və Aytac Vidadiqızı ilə barışıq varmı?

O, insanlar mənim üçün yoxdu. Mən onlara qarşı nə düşmənçilik edirəm, nə də kin bəsləyirəm. Onlar mənim maraq dairəmdə ola biləcək insanlar deyillər.

Bir müddət əvvəl Aytac Vidadiqızı haqqında şok doğuran bir açıqlama vermişdiniz ki, o, lesbiyandır. Bu məlumat nə dərəcədə həqiqətə uyğundur?

O insanla adımın birlikdə hallanmasını istəmirəm.Əlbəttə ki, həqiqətə uyğun bir məlumatdır. Mən həyatım boyu yalan danışamaram, nə var onu demişəm.

Sizə verilən ən bahalı hədiyyə nə olub? Mənə verilən ən bahalı hədiyyə ev olub.

Xəbərlər     Baxılıb: 9133   Tarix: 20 dekabr 2016
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Yumurta alarkən mütləq koduna baxın - FOTO

Mağazadan yumurta alarkən diqqət yetirilməli vacib məqam var. xəbər verir ki, mütəxəssislər alış zamanı yumurtanın üzərindəki kodların mütləq yoxlanılmasını tövsiyə edirlər. Bildirilir ki, bu kodlar təsadüfi deyil və məhsulu

.

Hansı faktorlar xərçəng riskini daha çox artırır?

Bir çox insan düşünür ki, onkoloji xəstəliklər əsasən texniki inkişafın mənfi nəticəsidir. Cəmiyyətdə belə bir təsəvvür formalaşıb ki, guya keçmiş dövrlər daha təmiz olub, plastik və zərərli qazlar mövcud olmayıb və insanla

.

Hər səhər acqarına bir qaşıq için - Damarları şüşə kimi təmizləyir

Ənənəvi tibbin minilliklər boyu davam edən sirri müasir elmlə qarşılaşır. Hər səhər acqarına qəbul edilən bu qarışım təkcə immunitet sistemini gücləndirmir, həm də ateroskleroza qarşı qalxan təmin edir. . xəbər verir ki

.

Bu meyvə C vitamini ilə zəngindir: Limon və portağal deyil

Jujube (hünnap) yüksək C vitamini tərkibi ilə limon və portağalı geridə qoya bilər. Uzaq Şərq təbabətində uzun illərdir istifadə olunan bu meyvənin immunitet sistemini gücləndirdiyi bildirilir. xəbər verir ki, mütəxəssisləri

.

Kəpəyi yox edən təbii üsullar

Saç dibindəki ekzema və kəpək problemi bir çox insan üçün əsl baş ağrısına çevrilib. Bahalı kimyəvi şampunlar bəzən istənilən nəticəni vermir. Lakin ev şəraitində hazırlanan təbii qarışıqlar bir neçə dəqiqəlik masajla b

.

Gözlərinizi ovuşdurarkən bir daha düşünün

Göz ovuşdurma vərdişi korneanın quruluşuna birbaşa təsir edərək görmə qüsurlarına zəmin yaradır.  xəbər verir ki, gözə edilən sərt və davamlı təzyiq, gözün ən ön təbəqəsi olan kornea toxumasının zamanla incəlməsinə və dikləşərə

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Restoranda sifariş etdiyiniz bu qidalar sağlamlığınızı məhv edir

Çöl qidalanması keyifli olmalıdır, lakin aşağıdakı məqamlar bu keyfi xəstəxanada bitirə bilər:. "Günün şorbası" əslində "Dünün şorbası" ola bilər. Bir çox məkanda günün şorbası mətbəxdəki israfın qarşısın

.

Bu saatlarda çölə ÇIXMAYIN

"Tozcuqların havadakı konsentrasiyası günün müxtəlif saatlarında dəyişir". xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun pulmonoloqu Günay Əliyeva deyib. Onu

turlar.az

yay kolleksiyasi qis geyimləri 2026 maskalar yemişan faydaları hər gün bal həsrət şəkilləri doğuşdan sonra kosmetika hakisda nizami gəncəvi qz eviyçun hakışta maya maskasi atalar sozleri