10 dəqiqə içində yuxuya gedirsinizsə, sağlamsınız

10 dəqiqə içində yuxuya gedirsinizsə, sağlamsınızYuxuya getmə müddəti insanın sağlamlığı haqqında vacib məlumat verə bilər. Mütəxəssislərin fikrincə, ideal vaxt 10-20 dəqiqədir.
Milli.Az xəbər verir ki, davranış yönümlü yuxu təbabəti üzrə mütəxəssis Mişel Drerupun sözlərinə görə, yuxuya çox tez getmək hər zaman sağlamlıq əlaməti sayılmır.
"Əgər bir dəqiqə ərzində yuxuya gedirsinizsə, bu, yuxusuzluq və ya gizli yuxu pozuntusunun göstəricisi ola bilər" deyə, mütəxəssis bildirib.
Mütəxəssislər qeyd edirlər ki, orqanizmin kifayət qədər istirahət etməməsi gündüz yuxululuq, diqqət dağınıqlığı, reaksiyaların zəifləməsi və əhvalın tez-tez dəyişməsi ilə özünü göstərə bilər. Uzunmüddətli yuxu çatışmazlığı isə piylənmə, şəkərli diabet, ürək-damar xəstəlikləri və hətta erkən ölüm riskini artıra bilər.
Digər tərəfdən, yuxuya getməyin 30 dəqiqədən çox çəkməsi də yuxu pozuntusunun əlaməti ola bilər. Mütəxəssislər bunun stress, depressiya, narahat ayaq sindromu, yuxu apnesi, eləcə də bəzi nevroloji, tənəffüs və həzm sistemi xəstəlikləri ilə əlaqəli ola biləcəyini bildirirlər.
Qadınların hormonal dəyişikliklər səbəbindən, yaşlı insanların isə xroniki xəstəliklərə daha çox meylli olduqları üçün yuxu problemləri ilə daha tez-tez qarşılaşdıqları vurğulanır.
Yuxu keyfiyyətini artırmaq üçün mütəxəssislər aşağıdakı tövsiyələri verirlər:
Yatmazdan ən azı 30 dəqiqə əvvəl telefon, planşet və televizordan uzaq durun.
Yataq otağını sərin, sakit və qaranlıq saxlayın.
Hər gün eyni saatda yatıb, eyni saatda oyanmağa çalışın.
Əgər üç ay ərzində həftədə ən azı üç gecə yuxuya getməkdə çətinlik çəkirsinizsə, mütəxəssislər həkimə müraciət etməyi tövsiyə edirlər./Axşam.az
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Xəbərlər     Baxılıb: 1020   Tarix: 22 iyul 2026
f Paylaş

Oxşar xəbərlər

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

turlar.az

qadin sayti makiyaj etmek qaydalari qadın geyimi ayaq dirnaqlarina qulluq çantalar reseptlər şəkillər kosmetika xerceng kahfe kali şəhid tapmacalar intim munasibetler