100 yaşlı israilli həkimdən uzun ömrün sirri

100 yaşlı israilli həkimdən uzun ömrün sirri100 yaşlı israilli həkim Hovard Taker uzunömürlü olmağın sirlərini açıqlayıb.
Milli.Az xəbər verir ki, 1922-ci ildə anadan olan həkim hazırda 101 yaşındadır. 1947-ci ildə - 25 yaşında ikən nevroloq kimi fəaliyyətə başlayan Hovard Taker bu gün də çalışmaqda davam edir. Artıq onun bu sahədə 75 ilə yaxın təcrübəsi var.Hazırda xəstəxanada rezident həkimlər hazırlayan praktik cərrah - 100 yaşlı Hovard Taker Ginnesin Rekordlar Kitabına da düşüb. O, pasiyentlərinin tez-tez verdiyi "bu yaşda sağlam və şən qalmaq üçün nə etmək lazımdır" sualını cavablandırıb.
Hovard Taker hesab edir ki, uzun müddət yaşamaq və sağlam qalmaq üçün beş prinsipə riayət etmək lazımdır.
Birincisi, 100 yaşlı nevroloq hesab edir ki, təqaüdə çıxmaq üçün tələsməyə ehtiyac yoxdur. Əgər gördüyünüz işi sevir və hələ də işləyə bilirsinizsə, təqaüdə çıxmağı təxirə salın. Çünki təqaüdçülərin çoxu gündəlik həyatda daha az aktivdir. Bu isə o deməıkdir ki, tez təqaüdə çıxmaq koqnitiv zəifləmə riskini artırır.
İkincisi, mümkün qədər özünüzü formada saxlayın. 90 yaşına qədər üzgüçülük, qaçış, xizəksürmə ilə məşğul olması Takerə uzun müddət güclü və sağlam qalmağa imkan verdi. İndi həkim demək olar ki, hər gün orta sürətlə beş kilometr qaçır.
Üçüncüsü, uzun müddət yaşamaq üçün siqareti mütləq buraxmaq mütəlqdir.
Dördüncüsü, insan özünü çox məhdudlaşdırmamalıdır. Qadağalar bizə həyatı tam şəkildə yaşamağa imkan vermir. Ona görə də Taker vaxtaşırı özünə bifştekslə bir stəkan martini işməyə icazə verir. Bununla yanaşı, o, bol göyərtli və tərəvəzli müxtəlif qidalar, eləcə də tez-tez brokkoli və Brüssel kələmi salatı yeyir.
75 il təcrübəsi olan nevroloq kimi Taker öyrətməyə davam edir və özü də tələbələrindən nələrsə öyrənir. (medicina.az)
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 2429   Tarix: 20 aprel 2023
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

turlar.az

həkim məsləhəti geyim necə seçməli geyim və ayaqqabılar bolqar biberinin faydasi qadın sinəsi saca xina qoymaq qaydasi tanınmış qadın simalar kosmetika sağlamlığa aid atalar sözləri haxisda veten haqqinda bayati uzeyir novruz hakistalari