12 min polis, 642 kamera: Bakı bu gün necə qorunacaq?

12 min polis, 642 kamera: Bakı bu gün necə qorunacaq?IV İslam Həmrəyliyi Oyunlarına rəsmən bu gün start verilsə də, bəzi idman növləri üzrə yarışlar bir neçə gün əvvəl başlayıb. Təbii ki, oyunlarda təhlükəsizliyin təmin olunması əsas diqqət mərkəzində olan məsələlərdən biridir.
Xanim.az xəbər verir ki, Bakının bugünkü təhlükəsizlik məsələləri ilə bağlı "Azərbaycan" qəzeti kiçik araşdırma aparıb.

Qəzet xatırladır ki, aprelin 21-də Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın sədrliyi ilə IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin yekun iclasında daxili işlər naziri Ramil Usubov bildirib ki, Daxili İşlər Nazirliyi tərəfindən ciddi hazırlıq işlərinə başlanılıb. Dövlət başçısının qarşıya qoyduğu vəzifələrin tam və vaxtında yerinə yetirilməsi üçün nazirlikdə xüsusi tədbirlər planı təsdiqlənərək icraya yönəldilib.

Oyunlar ərəfəsində və dövründə asayişin və təhlükəsizliyin təmin olunmasına cəlb ediləcək daxili işlər orqanlarının fəaliyyətinin koordinasiyası məqsədilə 2017-ci ilin yanvar ayında Əməliyyat Qərargahı, habelə 30 yarış və qeyri-yarış obyektini əhatə edən 15 köməkçi qərargah yaradılıb. Bütövlükdə daxili işlər orqanlarından bu mühüm əhəmiyyətli beynəlxalq tədbirə cəlb ediləcək şəxsi heyətin sayı 12 min nəfər olacaq.

Asayişin qorunmasında iştirak edəcək əməkdaşların professional hazırlığının, o cümlədən etik davranış səviyyəsinin daha da yüksəldilməsi, əcnəbilərlə rahat ünsiyyət qurmaq bacarığına yiyələnməsi məqsədilə onlar üçün xüsusi treninqlər təşkil edilib.

Cari ilin mart və aprel aylarında təhlükəsizlik qüvvələrinin və vasitələrinin oyunların keçiriləcəyi obyektlərdə perimetr boyu, eləcə də sektorlar üzrə yerləşəcəyi nöqtələr konkretləşdirilib. Nəzarət-buraxılış məntəqələri, xüsusi təyinatlı və mühəndis istehkam qruplarının xidmət aparacağı bütün yerlər yoxlanılıb, şəxsi heyətə vəzifələri izah edilib, köməkçi qərargahların təlim-məşqləri keçirilib.

Yol hərəkətinin təhlükəsizliyi və yüksək səviyyəli nümayəndə heyətlərinin müşayiəti üzrə görüləcək digər işlər də diqqət mərkəzindədir. Bu istiqamətdə qarşıda duran vəzifələrin icrası yol-patrul xidmətinin 1200 əməkdaşı tərəfindən xüsusi təyinatlı 400 avtomobillə təmin ediləcək. Yol hərəkətinin təşkili üzrə fəaliyyət çərçivəsində paytaxtda 8 mindən çox yeni yol nişanı və 35 işıqfor quraşdırılıb, küçə və yollarda 2,1 milyon poqonmetrdən çox cizgiləmə işləri aparılıb.

Yarış iştirakçılarının daşınmasına cəlb olunan nəqliyyat vasitələrini idarə edəcək şəxslərin seçiminə də xüsusi diqqət yetirilib, peşəkarlıq səviyyəsi yoxlanılıb. Nəticədə 1918 nəfərdən 158 sürücü seçimdən kənarlaşdırılıb, habelə namizədliyi təsdiqlənmiş sürücülər üçün cari ilin mart ayında müvafiq tədris proqramı əsasında nəzəri və praktiki təlimlər keçirilib.

İctimai asayişə nəzarətin fasiləsiz həyata keçirilməsi məqsədilə hazırda yarış və qeyri-yarış obyektləri ətrafında 214 nöqtədə 642 videomüşahidə kamerasından istifadə edilir. Ümumilikdə bu gün respublikada "Təhlükəsiz şəhər" sisteminin 3270 nöqtədə 12 min, habelə şəxsi mülkiyyətdə olan obyektlərə aid avtonom rejimdə işləyən daha 100 min videomüşahidə kamerası fəaliyyət göstərir.

I Avropa Oyunları ərəfəsində alınmış 3000 radiostansiya, 1000 metal detektor, 700 planşet, 500 bort-kompüter, 300 videoqeydiyyat qurğusu və 330 "IPatrol" mayak, habelə "BMW" və "Mercedes" markalı 837 xidməti avtomobil IV İslam Həmrəyliyi Oyunları zamanı istifadə ediləcək.

Onu da qeyd edək ki, Oyunlarda təhlükəsizlik tədbirlərini ayrı-ayrı dövlət orqanları əlaqələndirilmiş şəkildə həyata keçirəcək. Əvvəlki beynəlxalq tədbirlərdə olduğu kimi, Azərbaycanın təhlükəsizlik strukturları tərəfindən IV İslam Həmrəyliyi Oyunlarının da təhlükəsizliyi yüksək səviyyədə təmin ediləcək.

Xəbərlər     Baxılıb: 1517   Tarix: 12 may 2017
f Paylaş

Oxşar xəbərlər

.

Həyatımızı idarə edən hormon - KORTİZOL

"Stress hormonu" kimi tanınan kortizol orqanizmin stress reaksiyasını tənzimləyən əsas hormonlardan biridir və gündəlik həyatda mühüm rol oynayır. xəbər verir ki, böyrəküstü vəzilərdə ifraz olunan kortizolun metabolizmə

.

Ürək tutması, yoxsa panik atak? - Oxşar əlamətlər, təhlükəli nəticələr

Sinədə qəfil təzyiq, sürətlənən ürək döyüntüsü və nəfəs almaqda çətinlik. Bu əlamətlər bir çox insanda ciddi narahatlıq yaradır və "ürək tutmasıdır, yoxsa panik atak?" sualını gündəmə gətirir. Türkiyə mətbuatın

.

Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır

Yeni elmi araşdırma gec saatlara qədər oyaq qalma vərdişinin sağlamlığa mənfi təsir göstərə biləcəyini ortaya qoyub. xəbər verir ki, mütəxəssislər bildirir ki, "gecə bayquşu" kimi tanınan insanlar ürək-damar xəstəliklər

.

Süfrəmizdəki təhlükə - Həkimdən XƏBƏRDARLIQ

Qidalanma vərdişləri böyrək daşı xəstəliyinin yaranmasında mühüm rol oynayır. xəbər verir ki, bu barədə türkiyəli urologiya mütəxəssisi Mustafa Suat Bolat məlumat verib. Onun sözlərinə görə, zülalın həddindən artıq qəbul

.

Gəzərkən artan ağrı bu xəstəliyin ƏLAMƏTİDİR

Gəzərkən artan ağrı, ayaqlarda uyuşma və qısa məsafədən sonra dincəlmə ehtiyacı onurğa kanalının daralması xəstəliyinin ilkin əlamətləri ola bilər. Xüsusilə 55-60 yaşdan sonra daha çox rast gəlinən bu problem irəlilədikd

.

Hər gün yumurta yemək olar?

Yumurta gündəlik qidalanmada ən çox istifadə olunan məhsullardan biridir. xəbər verir ki, mütəxəssislər bildirir ki, onu hər gün yemək mümkündür, lakin müəyyən məqamlara diqqət yetirmək vacibdir. Məlumata görə, sağlam insanla

.

Yatmazdan əvvəl su içmək: Doğrusu nədir?

Sirakuz və Pensilvaniya ştatı universitetlərinin araşdırmasına görə, kifayət qədər maye qəbulu gecə boyu bədənin bərpasını dəstəkləyir.  xəbər verir ki, su həzm prosesi üçün vacibdir. Kifayət qədər su içməmək qəbizliyə yo

.

Sabunlarda təhlükəli bakteriya aşkar edildi: "Evində olan dərhal atsın"

Mikrobları məhv etmək üçün istifadə etdiyimiz antibakterial məhsullar əslində bakteriyaların mutasiyaya uğramasına və dərmanlara qarşı müqavimət qazanmasına səbəb olur.  xəbər verir ki, antibakterial məhsulların tərkibindək

.

Yaz yorğunluğu - Qarşısını necə alaq?

Yaz yorğunluğu orqanizmin dəyişən hava şəraitinə uyğunlaşması nəticəsində ortaya çıxır. xəbər verir ki, temperatur, rütubət və gün işığı müddətindəki dəyişikliklər bədənin bioloji ritminə təsir edərək bəzi insanlarda enerj

turlar.az

sac duzumleri gözəllik məhsulları toy makiyaji sekilleri erroziya nədir baliq yagi göyəm turşusu qış tədarükü kosmetika gozde olar qiz evi haxista zəhmət novruza aid hakisda burclerin uyumu