16 yaşında hamilə qalan, "moyka"da maşın yuyan azərbaycanlı qız - FOTO

"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sığınacağına ötən həftə 20 yaşlı qız gətirildi. Nimdaş geyimli qız günlərlə küçələrdə gecələdiyini deyirdi. Əvvəlcə elan verildi, qızın yaxınları, ailəsi axtarıldı. Amma bəlli oldu ki, parklarda, zirzəmilərdə gecələyən qıza sahib duran yoxdur. Səbəb isə onun narkoman olmasıdır.

Xanim.az xəbər verir ki, bu barədə virtualaz.org saytına təşkilatın rəhbəri Mehriban Zeynalova məlumat verib. M.Zeynalovanın sözlərinə görə, Nəsibə Məmmədovanın (hazırda araştırma getdiyindən, qızın adı M.Zeynalovanın istəyi ilə dəyişdirilib) valideynləri boşanıb. Atası qızı internata yerləşdirib. "1997-ci il təvəllüdlü Nəsibə 4 yaşında atası tərəfindən internata yerləşdirilib. 10 il internatda yaşayıb", - M.Zeynalova deyib.

Nəsibə 16 yaşından sonra internatdan çıxıb. Beləliklə, yenidən atasının yanına qayıdıb. "Mən internatda, atamın yanında nələr görmədim. Analığım mənimlə yaxşı rəftar etməyə çalışırdı, amma evin bütün yükü mənim üzərimə düşmüşdü. İnternatdan sonra mənə yadlaşan atam və başqalarının yanında mənimlə yaxşı rəftar etməyə çalışan analığımla birlikdə yaşamaq çətin idi", - Nəsibə başına gələnləri danışır.

16 yaşında yenicə tanış olduğu oğlanla qoşulub qaçıb. "Onu sevmirdim, sadəcə olaraq, öz ailəm olacağını düşünürdüm. Amma onun da atamdan fərqi olmadı. Hamilə qalandan sonra məni tərk etdi. Gördüyüm fiziki şiddətlərdən sonra məni xəstəxanaya apardılar, uşaq ölmüşdü. Oğlan xəstəxanaya gəlmədi, sonradan məni axtarmadı. Yenidən ata evinə qayıtdım. Bu dəfə tənə yeri olan yeni həyat hekayəm vardı", - Nəsibə sığınacaq əməkdaşlarına danışır.
Bu dəfə analığı onunla yaşamaq istəmədiyini deyir. Evin bütün işlərini görəcəyini, gecə-gündüz çalışacağını deyir. "Qarın dolusu çörək, yatmağa yer istəyirdim. Amma onu da mənə çox gördülər. Çıxarkən atamdan tək onu soruşdum, bu neçə illər mənə və bacıma niyə sahib çıxmadın, bir gün olsun belə atalıq etmədin", - Nəsibə gözyaşları içərisində söyləyir.

Mehriban xanım isə deyir ki, Nəsibə 17 yaşında Bakıya gəlib. Maşınyuma məntəqəsində maşın yuyub, Bakı kəndlərinə gedən avtobusda konduktorluq edib. Sonra kirayə ev tutaraq bacısı ilə birgə yaşayıb. "Qızın şiddətli ağrıları vardı. Sığınacağa gələn kimi həkim müayinəsindən keçirdik. Bəlli oldu ki, pnevmoniyası var. Buna görə də, Ağciyər Xəstəlikləri İnstitutuna yerləşdirdik. Qız psixotrop dərmanlara aludə olub", - M.Zeynalova deyib.

Nəsibə izahatında yazıb ki, Nəriman Nərimanov heykəlinin yanında kirayə ev tutub və yaxınlıqlıqda yaşayan bir neçə qızla tanış olub. Qızlar ona narkotik effektli dərman təklif ediblər. Nəsibə deyib ki, "dərman" axtaran bütün qızlar Nərimanov heykəlinin yanında toplaşıblar. "Təşkilatımıza küçədə qalan qız haqqında məlumat verilmişdi. Bizim əməkdaşlar onu sığınacağa gətirdilər. Qızın dərmana asılılığı nəzərə alınaraq, onu ruhi-psixi dispanserə yerləşdirdilər. Uzun müddət orada müalicə almalıdır. Araşdırmalarımız zamanı bəlli oldu ki, atası və analığı ona bir neçə dəfə pul göndərib. Özü də kafelərdə, sexlərdə fəhlə kimi çalışıb. Qazandığı pullarını narkotikə xərcləyib. Təşkilatımız onun müalicəsinə nəzarət edəcək", - M.Zeynalova əlavə edib.

Qeyd edək ki, son illər narkoman qadınların sayı artıb. Ötən il 612 qadın narkotik istifadəçisi rəsmi qeydiyyata alınıb. Bu isə 2015-ci ilin göstəricisindən çoxdur. M.Zeynalova hesab edir ki, narkoman qadınların sayı rəsmi qeydiyyata alınanlardan daha çoxdur. Rəsmi məlumatlarda o da qeyd olunur ki, qeydiyyatda olanların əksəriyyəti 25-40 yaşlılardır.

"Nəsibə tək deyil, onun kimilər çoxdur. Dağılmış ailələrdə ən çox ziyan uşaqlara dəyir. Kişilərə nisbətən qadınlar narkotikdən daha tez asılı vəziyyətə düşürlər. Narkotik isə zəif cinsin nümayəndələrinin həm də psixologiyasına mənfi təsir göstərir", - təşkilat sədri valideylərə xəbərdarlıq edib.
16 yaşında hamilə qalan, "moyka"da maşın yuyan azərbaycanlı qız - FOTO16 yaşında hamilə qalan, "moyka"da maşın yuyan azərbaycanlı qız - FOTO16 yaşında hamilə qalan, "moyka"da maşın yuyan azərbaycanlı qız - FOTO16 yaşında hamilə qalan, "moyka"da maşın yuyan azərbaycanlı qız - FOTO

Xəbərlər     Baxılıb: 3851   Tarix: 22 mart 2017
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Sabunlarda təhlükəli bakteriya aşkar edildi: "Evində olan dərhal atsın"

Mikrobları məhv etmək üçün istifadə etdiyimiz antibakterial məhsullar əslində bakteriyaların mutasiyaya uğramasına və dərmanlara qarşı müqavimət qazanmasına səbəb olur.  xəbər verir ki, antibakterial məhsulların tərkibindək

.

Gen terapiyası ilə çox yaşamaq mümkündür?

Dr. Syuell gen terapiyasını belə izah edir: "Problemin yaranmasına icazə verib sonra onun fəsadları ilə mübarizə aparmaq əvəzinə, problemin ən başdan yaranmasının qarşısını alırıq". Onun fikrincə, gen terapiyas

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır

Yeni elmi araşdırma gec saatlara qədər oyaq qalma vərdişinin sağlamlığa mənfi təsir göstərə biləcəyini ortaya qoyub. xəbər verir ki, mütəxəssislər bildirir ki, "gecə bayquşu" kimi tanınan insanlar ürək-damar xəstəliklər

.

Beyin iltihabını azaldan burun spreyi: Yaddaşı da bərpa edir

Alimlər cəmi iki dozada beyin iltihabını kəskin şəkildə azalda və yaddaşı bərpa edə bilən yeni bir burun spreyi hazırlayıblar . Spreyin təsirinin aylarla davam etdiyi bildirilir. xəbər verir ki, son zamanlar aparılan çoxsayl

.

Parfümlərin içində at sidiyi aşkar edildi: Dərini məhv edir

Lüks ətirlərin qiyməti artdıqca, istehlakçılar "tester" və ya "kimsəsiz" adlandırılan şübhəli məhsullara yönəlirlər. Lakin bu şüşələrin içindəki maddələr sadəcə iyrənc deyil, həm də həyati təhlükə daşıyır

.

Duş lifi ilə yuyunanlara xəbərdarlıq: Gigiyena sandığınız şey xəstəlik mənbəyi ola bilər

Hamamda nəm qalan hər bir təmizlik vasitəsi mikroorqanizmlərin sürətlə çoxalmasına şərait yaradır. Tam qurumayan liflər təmizləmək əvəzinə, bakteriyaları birbaşa dərinin məsamələrinə daşıyır.  xəbər verir ki, duş liflərini

.

Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq

Vitaminlərin və qida əlavələrinin nizamsız və həddindən artıq istifadəsi zəhərlənməyə və qaraciyər çatışmazlığına səbəb ola bilər. xəbər verir ki, türkiyəli professor Dr. Ərtuğrul Kıykım,  ABŞ-da dərmanların yaratdığı qaraciyə

.

Gündəlik istifadə etdiyimiz kassa çekləri görün necə TƏHLÜKƏLİ İMİŞ

Kassa çekləri sağlamlıq üçün təhlükəlidir. xəbər verir ki, bu kağızların tərkibində olan Bisfenol A maddəsi qısa müddətdə dəriyə nüfuz edərək hormonal disbalans, sonsuzluq, piylənmə və hətta xərçəng kimi xəstəliklərə səbə

turlar.az

geyim və ayaqqabılar donlar 2026 toy makiyaji sekilleri zire yagi sac ucun 3 kq ziyafət dəbi hamiləlikdə axıntı kosmetika usaq geyimleri aybawi cekc pornuxa prostat gozellik