17 yaşlı qızın onu oğurlayan oğlanla mesajları üzə çıxdı: "Hə desən şəkillərini siləcəm..." - VİDEO

17 yaşlı qızın onu oğurlayan oğlanla mesajları üzə çıxdı: "Hə desən şəkillərini siləcəm..." - VİDEOƏgər "hə" desən telefonu verəcəm, nömrələr də, şəkillərin də silinəcək. Yox desən, əl çəkməyəcəm".

Ötən gün 17 yaşında bibisi oğlu tərəfindən şantaj olunaraq qaçırılan 17 yaşlı Aygünün mesajları Xəzər TV-də yayımlanan "səni axtarıram" verilişində ekspertlərə təqdim olunub.

Xanim.az goldnews.az-a istinadən xəbər verir ki, valideynləri qızlarının şantaj edildiyini göstərən mesajların yayımlanmasını istəyiblər. Qaçırılan qızının anasının sözlərinə görə, Aygün onu qaçıran oğlanı sevməyib, o, şantaj edildiyi üçün bibisi oğlu ilə gedib.

Xatırladaq ki, yanvarın 10-da qaçırılan 17 yaşlı Aygünün valideynləri iddia edirlər ki, qızları zorla qaçırılıb. "Bacım oğlu şantaj yolu ilə 18 yaşı tamam olmayan qızımı qaçırıb. Aygünü mesajlarla təhdid edib. "Valideynlərini öldürəcəm" deyib. Oğlan 3 aydır "türmə"dən çıxıb. Açığı bacımın qapısına gedə bilmirik. Çox böyük münaqişə var. Ayın 10-undan biz qırğındayıq. Hadisəni bilən kimi dərhal Biləsuvar Rayon Polis Şöbəsinə müraciət etdik. Qızım yeniyetmə qızdır. Onu aldatmaq və qorxutmaq çox asan idi. O da bundan istifadə edib. Qızım, heç nədən utanma, çəkinmə. Sənin həyatınla oynayan insanla sən yaşaya bilməzsən". Anası oğlanın Aygünə göndərdiyi mesajları Xoşqədəmə göstərib:

"Gələndə şərtim olacaq. Əgər "hə" desən telefonu verəcəm, nömrələr də, şəkillərin də silinəcək. Yox desən, əl çəkməyəcəm".
Xoşqədəmin "Hansı şəkillərdən söhbət gedir?" sualına Aygünün anası "Oğlan qızın şəkillərin çəkibmiş. Bilmirik hansı şəkillərdən söhbət gedir. Qızı bununla şantaj edirmiş ki, "Mənlə qaçmasan, bu şəkilləri yayacam". Mən onlara qız versəydim... Eminin qardaşı Tərlan polis idarəsində işləyir. O mənə 3-4 dəfə zəng vurdu. Aygünü çox bəyəndiklərini dedi. Dedi "Aygünə də de. Onu mənə verin". Mən də "Verə bilmərəm. Aygün uşaqdır. Sənin 36 yaşın var. Qıza "Tərlan səni istəyir" dedim. Aygün "Mənim Tərlandan zəhləm gedir" cavabını verdi. Əgər mənim onlara qız vermək niyyətim olsaydı, onun polis qardaşına qız verərdim də. Ta həbsxanadan 2 ay 24 gündür çıxan qardaşına qız verməzdim ki. Qızımı versəydim o ailəyə... Tərlan ağıllı, tərbiyəli, yaraşıqlıdır. O ailədə bir dənə tərbiyəli odur. Elə ona gedərdi də o qız. Yoxsa iki dəfə "türmə"də yatmış şəxsə getməzdi ki. Hətta Emin qıza deyib ki, "Mən həbsdə olanda Tərlan səni istədiyinə görə qardaşımı öldürərəm də".

Xoşqədəm Aygünün anasının dedikləri qarşısında təəccübünü gizlədə bilməyib: "Bibisinin həyat yoldaşı Bəybala zəng edib deyir ki, "Hər şey yalandır". Məni də şantaj etdi hələ, məhkəməyə verəcəyi ilə hədə-qorxu gəldi. Dedim buyur get ver, azadsan. Deyim ki, Emin də studiyamıza gəlmək istəyir, bacısı da".

Xəbərlər     Baxılıb: 5239   Tarix: 18 yanvar 2018
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Qışda uşaqları xəstə edən soyuq deyilmiş

"Soyuq hava uşağı xəstə etmir. Uşaqların soyuq havada çölə çıxması, düzgün geyindirildikdə faydalıdır. Təmiz hava, fiziki aktivlik, gün işığı və açıq havada hərəkət uşağın ümumi sağlamlığı üçün vacibdir". xəbə

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Səssiz irəliləyən xərçəng növü - İlk əlamətləri bunlardır

Tiroid xərçəngi uzun müddət heç bir ciddi əlamət vermədən inkişaf edə bilər. xəbər verir ki, mütəxəssislər boyunda yeni yaranan şişkinlik, böyüyən düyün və uzun müddət davam edən səs tutulmasının diqqətdən kənarda saxlanılmamasın

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Səhər yeməyində buna diqqət edin

Səhər yeməyində yoqurta alternativ axtaranlar üçün kəsmik (cottage cheese) yaxşı seçim ola bilər. Mütəxəssislərin fikrincə, zülalla zəngin bu süd məhsulu uzun müddət toxluq hissi yarada və gün ərzində qəfil aclığın qarşısın

.

Bu içki qaraciyəri qoruyurmuş

Qəhvənin yalnız enerji vermədiyi, qaraciyərin sağlamlığının qorunmasına da kömək edə biləcəyi bildirilir. -a istinadən bildirir ki, türkiyəli həkim, professor Onur Yaprakın sözlərinə görə, cəmiyyətin təxminən üçdə birind

turlar.az

hamilelikde qidalanma toy gecesi gözəllik məhsulları kişi geyimləri 2026 qizil sozler həkim məsləhəti oxu zalı kosmetika atalar sozleri xerçeng paxlava dolca nagillar