"18-19 yaşlı qıza 100 minlik maşın alıb, kabinetlərdə sinələrinə döyən kişilərimiz ..." - FOTO
Uzun müddətdir ki, ağır xəstəlikdən əziyyət çəkən və efirlərdən uzaqlaşan meyxanaçı Ağakərimin (Kərim Novruzov) ayaqları tutulub.
"Hər şey daxil"in aparıcısı prodüser Tarix Əliyev (Tolik) efir vasitəsi ilə məşhur meyxanaçının müalicəsinə lazım olan pulun toplanması üçün imkanlı şəxslərə müraciət edib.
Prodüserin cəsarətli müraciətini təqdim edirik:
"Ağakərim deyir ki, "Biz istəmirik efirdə çıxıb dərdimizi deyək". Nə olar ki, ona kömək etsək? Hansısa bir təzə çıxan 18-19 yaşlı cavan, özünü tanımayan, sənəti olmayan müğənniyə 50-100 minlik maşın alıb, kabinetlərdə oturub, sinələrinə döyərək fəxr edən kişilərimiz çoxdur ki, mən filan müğənnini saxlayıram, filan müğənniyə sponsorluq edirəm deyə bilirsiniz. Onu "biznes klass"da göndərə bilirsiniz. Ailənizlə oteldə istirahət edib, elə həmin oteldə ona otaq tutursunuz qalsın ki, gözünüzdən qırağa getməsin. 10 min də orada ona xərcləyirsiniz. Nə olar ki, Ağakərimə min, 5, 10 min manat kömək edəsiniz. Bununla nə olar sizə? Gərək elə qadın olsun ki, mini ətək geyinsin, heç oxumağı olmasın, dodağını şişirdib, silikonlu gəzsinlər bütün günü? Budurmu azərbaycanlı oğlu?"
Qeyd edək ki, vəziyyəti bir aydır pisləşən Ağakərimin 2 həftədir ayaqları da tutulub.
mənbə: milli.az
f Paylaş








Hakışta
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin