18 yaşlı xalası qızını qaçırdı, sonra... - Azərbaycanda ŞOK OLAY
Bərdə rayonu Şahvəlilər kənd sakini 18 yaşlı Tərgül Əhmədlinin qaçırılmasının təfərrüatı məlum olub.
Xanim.az xəbər verir ki, Publika.az-ın kənd sakinlərindən əldə etdiyi məlumata görə, qızı evlənmək məqsədilə öz bibisioğlu qaçırıb:
"Onu qaçıran bibisi oğlu başqa kənddə yaşayır. Qızla ailə qurmaq istəyib, ona görə də qaçırıb. Lakin qızın ailəsi buna razı olmayıb. T.Əliyeva ailəsinə qaytarılıb. Hazırda da atasının evindədir".
***
Bərdədə 18 yaşlı qızın oğurlanması faktı ilə bağlı cinayət işi başlanıb.
Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, noyabrın 10-da rayonun Şahvəlilər kənd sakini, 1999-cu il təvəllüdlü Tərgül Əhmədli mağazadan qaçırılıb.
Rayon Polis Şöbəsinə daxil olan məlumat əsasında dərhal araşdırmalara başlanıb.
Araşdırmalar nəticəsində T. Əhmədlinin rayon sakinləri Ayşən Arif qızı Məmmədova və Allahverdi Vahid oğlu Məmmədov tərəfindən qaçırılması müəyyən edilib.
Faktla bağlı rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 144.2.3-cü (adam oğurluğu - bir qrup şəxs və ya dəstə tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir. (apa)









Hakışta
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Yuxusuz gecədən sonra bunu edin