2 dollarlıq "var-dövlət"imiz – Özümüz haqda nələri bilmirik?

2 dollarlıq 2023-cü ilin dekabr ayının statistikasına görə dünya əhalisinin sayı 8 milyard 81 milyon nəfərdən artıqdır. Bu milyardların arasında istənilən xarakteri, həyat tərzini, dünyaya baxışı müşahidə etmək olar. Bununla yanaşı insanın fəaliyyəti ilə bağlı da saysız-hesabsız maraqlı faktlar mövcuddur.
Maraqlıdır, bəs insan orqanizmi haqqında ən ağılasığmaz faktlar hansılardır?
Milli.Az musavat.com-a istinadən həmin faktları təqdim edir:
Çəkisi 70-80 kq olan insanın orqanizmində 45,5 kq oksigen, 12,6 kq karbohidrat, 7 kq hidrogen, 2,1 kq azot, 1,4 kq kalsium, 700 qr fosfor var. Bütünlükdə digər elementlər isə (kalium, kükürd, natrium, xlor, maqnezium, dəmir və sink) təxminən 700 qram təşkil edir. Amerikalı mütəxəssislərin hesablamalarına görə bu "var-dövlət"in hamısı 1 dollar 98 sentə bərabərdir.
İnsan orqanizmində yaşayan bakteriyaların ümumi çəkisi 2 kiloqram təşkil edir.
BMT ekspertlərinin məlumatına görə, A vitamininin çatışmazlığı üzündən hər il dünyada 2 milyona yaxın 5 yaşında uşaq ölür.
Dörd yaşlı uşaq gün ərzində təxminən 450 sual verir.
İnsan sutka ərzində təxminən 23 min dəfə nəfəs alıb verir.
Bir saniyə ərzində insanın beynində 100 min kimyəvi reaksiya baş verir.
İnsan səhər tezdən axşam vaxtına nisbətən səkkiz mm hündür olur.
Mövcud olan məlumatlara əsasən 1967-ci ildən 1988-ci ilə qədər Zimbabvenin Bindura şəhərindən olan Kilner hamıdan çox, 565 939 ədəd  dərman qəbul edib.
1923-cü ildə britaniyalı Samuel Devidsona isə ən azı 78 900 insulin inyeksiyası vurulub.
İnsan yaddaşı haqqında maraqlı faktlardan biri Haon adlı bir şəxslə bağlıdır. O, dayanmadan 2500 ədəd oxuduğu kitabı xatırlayıb.
Görmə qabiliyyətinə görə usta toxucular daha həssasdırlar. Onlar qara rəngin 100 çalarını seçə bilirlər.
İnsan skeletində 200 sümük və 630 skelet əzələsi var.
Burunda sakit tənəffüs zamanı hava axınının sürəti saatda 2,4 kilometr, asqırdığı zaman isə saatda 170 kilometr təşkil edir.
Bakteriyaların çoxu ziyansızdır, onların əksəriyyəti isə bizə sadəcə lazımdır. Onlar insanın bağırsağında B2 və R vitaminlərini istehsal edirlər. Bakteriyaların köməyi ilə şərab, pivə, turş süd məhsulları, xəmir və s.hazırlayırlar. Bakteriyalar çirkab sularını təmizləyir. Neftin, qazın və sellülozun təmizlənməsində də bakteriyalardan istifadə olunur. Çox təəssüf ki, yuyucu tozların və sabun reklamlarının nəticəsində bakteriyalar yalnız ziyanlı bir şey kimi tanınır.
Yalnız kəllə beyninin qabığında 16 milyarda yaxın sinir hüceyrələri mövcuddur, onların hər biri neyron və dendrit toru ilə 20 min başqa hüceyrələrlə bağlıdır. Bu o deməkdir ki, beynimizdə hüceyrələrin mümkün ahənginin, yer dəyişməsinin və digər hüceyrə kombinasiyalarının sayı bizim tanıdığımız kainatın molekullarının sayından çoxdur.
İyimi ölkədə keçirilən çoxillik təcrübələrin nəticələrinə əsasən bəşəriyyət ağıllanır. İntellektin yoxlanılması üçün müntəzəm olaraq keçirilən testlər göstərir ki, hər növbəti nəslin intellekt əmsalı keçmiş nəslinkinə nisbətən 5-25 vahid çoxdur.
Yaponiyada keçirilmiş təcrübələr göstərir ki, saunada iki həftə ərzində hər gün 60 dərəcədə keçirilən 15 dəqiqəlik seanslar xroniki ürək çatışmazlığından əziyyət çəkən insanların damar divarlarını və ürək fəaliyyətini yaxşılaşdırır.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə dünyanın bütün xəstəxana çarpayılarının yarısı çirkli sudan xəstələnmiş pasientlərlə tutulub.
İnsan bir sözü tələffüz edəndə 72 əzələ hərəkət edir.
Körpənin doğulduğu an onun başının çəkisi ümumi çəkinin dörddə birini təşkil edir.
Şəhadət barmağı insan əlinin ən hissiyyatlı barmağıdır.
İnsan tükü qurğuşundan, misdən, platindən möhkəmdir və möhkəmliyinə görə yalnız poladla rəqabət apara bilər. 0.05 millimetr qalınlığı olan tük 100 qr yükü saxlaya bilər. Qadın hörüyü orta hesabla iki yüz min tükdən ibarətdir və asanlıqla 20 tonluq yükə dözür.
Otuz yaşdan başlayaraq insanın əsas beyin ölçüləri azalır. Kişilərin beyninin çəkisi 20-29 yaşlarında, qadınlarda isə 15-19 yaşlarında maksimal ağırlıqda olur.
İnsan bədəninin tüklərinin yalnız 2 faizi başının payına düşür.
İnsan orqanizmi hər il 519 litrə qədər tüpürcək istehsal edir.
Milli.Az

Xəbərlər     Baxılıb: 970   Tarix: 31 dekabr 2023
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Bu içki qaraciyəri qoruyurmuş

Qəhvənin yalnız enerji vermədiyi, qaraciyərin sağlamlığının qorunmasına da kömək edə biləcəyi bildirilir. -a istinadən bildirir ki, türkiyəli həkim, professor Onur Yaprakın sözlərinə görə, cəmiyyətin təxminən üçdə birind

.

Orqanizminizdə iltihab varsa qəhvə için

Qəhvənin orqanizmdə iltihab proseslərinə mümkün təsiri ilə bağlı yeni araşdırmanın nəticələri "Nutrients" jurnalında dərc olunub. axşam.az-a istinadən bildirir ki,  alimlərin əldə etdiyi nəticələrə əsasən, qəhvəni

.

Həftə ərzində az yatırsınızsa, bunu edin

Həftə ərzində yaranan yuxu çatışmazlığını həftəsonu kompensasiya etmək yüksək qan təzyiqi riskini azalda bilər. xəbər verir ki, "Independent Türkçe"nin məlumatına görə, Koreya Universitetinin alimləri 7 il ərzind

.

İsti-soyuq hava keçidi ilə bağlı xəbərdarlıq

"İsti havadan kəskin soyuq havaya keçid, xüsusilə ürək-damar xəstəlikləri olanlar, meteohəssas insanlar, yaşlılar və tənəffüs sistemi problemləri (astma, bronxit) olan şəxslər üçün daha təhlükəlidir". xəbər veri

.

Çoxlarının etdiyi bu səhvlər ciddi problemlərə yol aça bilər

Gün ərzində saatlarla telefon və kompüter ekranına baxmaq, yanlış oturmaq və uzun müddət hərəkətsiz qalmaq boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim İdris Avcı boyun onurğasını yükləyə

.

Susuzluğunuzu çay və qəhvə ilə yatırmayın - Səbəb

"Çay, qəhvə və şirin içkilər orqanizm üçün təmiz suyun tam əvəzi hesab oluna bilməz". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı nazirliyi

.

Qışda uşaqları xəstə edən soyuq deyilmiş

"Soyuq hava uşağı xəstə etmir. Uşaqların soyuq havada çölə çıxması, düzgün geyindirildikdə faydalıdır. Təmiz hava, fiziki aktivlik, gün işığı və açıq havada hərəkət uşağın ümumi sağlamlığı üçün vacibdir". xəbə

.

Alimlər xərçəngi xəstəliyinin müdafiəsi üsulunu kəşf ediblər

Mayami Universitetinin Silvester Kompleks Onkoloji Mərkəzinin alimləri IL1RAP reseptorunu bloklamaqla mədəaltı vəzi şişinin mikro mühitini dəyişdirməyin üsulunu kəşf ediblər. report-a istinadən xəbər verir ki, tədqiqatı

.

Dişləri sərt fırçalamaq olar? - Mütəxəssislər xəbərdarlıq edir

Dişlərin daha yaxşı təmizlənməsi üçün onları sərt şəkildə fırçalamağın düzgün olduğu düşünülür. Lakin həddindən artıq təzyiq diş və diş ətinə zərər verə bilər. xəbər verir ki, sərt fırçalama diş minasının aşınmasına, di

turlar.az

sac duzumleri aksessuarlar geymler 2026 badam elme aid atalar sozleri bürclərin sevgi cədvəli qish geyimleri kosmetika hakışta vusale elizade faydalı maskalar sac modelleri bir arzum var