2017-ci ilin qeyri-iş günləri açıqlandı - Hansı günlər evdə olacağıq?

2017-ci ilin qeyri-iş günləri açıqlandı - Hansı günlər evdə olacağıq?2017-ci ilin İş vaxtı norması və İstehsalat təqvimi təsdiq edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, növbəti ildə mülkiyyət və təşkilatı-hüquqi formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda Əmək Məcəlləsinin tələblərinə uyğun şəkildə işçilərin iş vaxtı normasının düzgün hesablanması və tətbiq edilməsi işləri həmin İş vaxtı norması və İstehsalat təqviminə əsasən yerinə yetirilməlidir.

2017-ci ilin İş vaxtı normasında bildirilir ki, Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin "2017-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında" 2016-cı il 25 noyabr tarixli 483 nömrəli qərarına əsasən 2017-ci ildə 1, 2 yanvar - Yeni il bayramı, 20 Yanvar - Ümumxalq hüzn günü, 8 Mart - Qadınlar günü, 20, 21, 22, 23, 24 mart - Novruz bayramı, 9 May Faşizm üzərində Qələbə günü, 28 May - Respublika günü, 15 İyun - Azərbaycan xalqının Milli Qurtuluş günü, 26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü, 26, 27 iyun - Ramazan bayramı, 1, 2 sentyabr - Qurban bayramı, 9 Noyabr -Azərbaycan Respublikasının Dövlət Bayrağı günü və 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü iş günü hesab edilmir.

Əmək Məcəlləsinin 105-ci maddəsinin 5-ci və 6-cı hissələrinə və Nazirlər Kabinetinin "2017-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında" 2016-cı il 25 noyabr tarixli 483 nömrəli qərarına əsasən, 2017-ci ildə həftələrarası istirahət günlərinin iş günləri hesab olunmayan bayram günləri və Ramazan bayramının bir gününün Silahlı Qüvvələri günü ilə üst-üstə düşməsi ilə əlaqədar olaraq beşgünlük iş həftəsində 3, 4 yanvar, 29 may, 28 iyun və 4 sentyabr tarixləri, altıgünlük iş həftəsində isə 3 yanvar və 29 may tarixləri istirahət günləridir.

Sənəddə qeyd olunub ki, 2017-ci ilin fevral ayı 28 təqvim günündən, il isə 365 təqvim günündən ibarətdir.

2017-ci ildə beşgünlük iş həftəsində 241 iş günü (onlardan 5-i bayramqabağı, 1-i Ümumxalq hüzn günü qabağı iş günləridir), iş günü hesab edilməyən 110 istirahət günü (onlardan 4-ü iş günü hesab edilməyən bayram günləri ilə üst-üstə düşən, 1-i isə Ramazan bayramının bir gününün iş günü hesab olunmayan başqa bayram günü ilə üst-üstə düşən), iş günü hesab edilməyən 17 bayram (4-ü istirahət günləri ilə üst-üstə düşən) və 1 Ümumxalq hüzn günü var. Əmək Məcəlləsinin 89-cu və 90-cı maddələrinə əsasən, Azərbaycan Respublikasında gündəlik normal iş vaxtının müddəti 8 saatdan artıq ola bilməz və bir qayda olaraq, iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilir. Gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti isə 40 saatdan artıq ola bilməz.

2017-ci ilin iş vaxtı norması 40 saatlıq beşgünlük iş həftəsi üzrə 8 saatlıq iş günü hesabından müəyyən edilir və bu zaman Əmək Məcəlləsinin 108-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq iş günü hesab edilməyən bayramqabağı, səsvermə, habelə Ümumxalq hüzn günü qabağı iş günlərində həftəlik iş günlərinin müddəti bir saat qısaldılır. Qanunvericiliyə uyğun olaraq 2017-ci il üçün 40 saatlıq iş həftəsində iş vaxtının illik norması 1922 saat təşkil edəcək.

2017-ci ilin İş vaxtı normasına əsasən, istehsalın, işin, xidmətin və əmək şəraitinin xarakterindən asılı olaraq tətbiq edilən bir istirahət günü olan altıgünlük iş həftəsi və müəyyən qeydiyyat (uçot) dövrü üçün növbə cədvəlləri beşgünlük iş həftəsinin həmin dövr üzrə iş vaxtı normasına riayət edilməklə tərtib olunur. Əmək Məcəlləsinin 90-cı və 108-ci maddələrinə əsasən altıgünlük iş həftəsi tətbiq edilərkən həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan və bilavasitə səhərisi gün istirahət günü olan iş gününün müddəti isə 6 saatdan çox ola bilməz. Məcəllənin 91-ci, 92-ci və 93-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, qalan iş yerlərində səsvermə, bu Məcəllənin 105-ci maddəsində göstərilən iş günü hesab edilməyən bayram günləri və Ümumxalq hüzn günü qabağı iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq bir saat qısaldılır. Altıgünlük iş həftəsi olan iş yerlərində 40 saatlıq iş həftəsində çalışan işçilər üçün 2017-ci ildə beşgünlük iş həftəsi üzrə hesablanmış 1922 saatlıq illik iş vaxtı norması tətbiq edilməlidir.

Sənəddə həmçinin bildirilir ki, iş vaxtının qeydiyyatı (uçotu) dövründə və ya təqvim ili ərzində iş vaxtı saatları iş vaxtı normasına uyğun gəlirsə, ayrı-ayrı aylarda iş vaxtının normal iş vaxtından az və ya çox işlənilməsi halları altıgünlük iş həftəsi cədvəlinə yenidən baxılması üçün əsas ola bilməz. İş vaxtının illik normasına görə altıgünlük iş həftəsi cədvəlinə il ərzində düzəliş edilməsi ilə bağlı konkret məsələlər istehsalat və digər yerli şərait nəzərə alınmaqla bilavasitə kollektiv müqavilədə nəzərdə tutulmaqla həll olunur. Qeydiyyat (uçot) dövründə iş vaxtının müddəti qanunvericiliklə müəyyən olunmuş iş saatlarının sayından çox olmamaq şərti ilə iş vaxtının cəmlənmiş uçotu tətbiq edilə bilər. Bu halda qeydiyyat (uçot) dövrü bir ildən artıq, gündəlik işin (növbənin) müddəti isə 12 saatdan çox ola bilməz.

Xəbərlər     Baxılıb: 2037   Tarix: 16 dekabr 2016
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

5 ədəd badam yeyib idman et, gör NƏ OLUR

Gündə 5 qoz-fındıq yemək məşqin yağ yandırma təsirini artırır. Qoz-fındıq həmçinin intensiv məşqdən sonra gərginliyi və ağrını azalda bilər.  xəbər verir ki, bunu diyetoloq Vasilisa Ponomaryova yeni elmi araşdırmadan danışarkə

.

Hansı faktorlar xərçəng riskini daha çox artırır?

Bir çox insan düşünür ki, onkoloji xəstəliklər əsasən texniki inkişafın mənfi nəticəsidir. Cəmiyyətdə belə bir təsəvvür formalaşıb ki, guya keçmiş dövrlər daha təmiz olub, plastik və zərərli qazlar mövcud olmayıb və insanla

.

Demans riskini azaltmaq üçün ideal yuxu müddəti

Alimlərin fikrincə, demans riskini azaltmaq üçün ideal yuxu müddəti gecə yeddi-səkkiz saatdır. xəbər verir ki, yuxu çatışmazlığı uzun müddətdir ki, demensiya riskini artırır. Yeni tədqiqatlar göstərir ki, bu, sonrakı həyatd

.

Səhər halsız oyananların NƏZƏRİNƏ - Ciddi xəstəliklərin əlamətidir

Səhərlər kifayət qədər yuxu alınmasına baxmayaraq halsız, ağrılı və yorğun oyanmaq yalnız yuxusuzluqla əlaqəli olmaya bilər. xəbər verir ki, bu hal xüsusilə iltihabi revmatik xəstəliklər başda olmaqla bir sıra ciddi sağlamlı

.

Süni intellekt sınaqdan keçmədi - Sağlamlıq üçün TƏHLÜKƏ

Populyar süni intellekt modellərinin tibbi mövzularda verdiyi cavabların 70 faizdən çoxu ya problemlidir, ya da elmi əsaslardan uzaq mənbələrə istinad edir. xəbər verir ki, "BMJ Open" jurnalında yayımlanan yen

.

Bu simptomlar təhlükə siqnalıdır - Ürək tutmasının ilk əlamətləri

Ürək tutması həyati təhlükə yaradan ən ciddi tibbi hallardan biridir və gecikmiş müdaxilə ölümcül nəticələrə səbəb ola bilər. Mütəxəssislər xəbərdarlıq edir ki, bu vəziyyətin ilkin əlamətlərini vaxtında tanımaq və dərha

.

Keçmişdə saqqızı görün necə istifadə edirlərmiş

Bu gün saqqız adi və zərərsiz vərdiş kimi qəbul olunsa da, onun tarixi minilliklər əvvələ gedib çıxır. İnsanlar hələ qədim dövrlərdə müxtəlif bitki qatranlarını çeynəyərək həm ağızlarını təmizləməyə, həm də nəfəsi təravətləndirməy

.

Böyük sağlamlıq faydaları VAR

Yaşıl soğan (göy soğan) həm qida, həm də sağlamlıq baxımından olduqca faydalı tərəvəzlərdən biridir. Hər mövsüm tapa biləcəyiniz bu tərəvəzi qida rasiyonunuza mütləq əlavə etməlisiniz. .  xəbər verir ki, mütəxəssislər soğanı

.

Zərərli bildiyiniz bu qidalar əslində faydalıdır - Popkorn, makaron

Bəzi qidalar uzun müddətdir ki, "sağlam olmayan" kimi təsnif edilsə də, onların qida tərkibinin araşdırılması fərqli bir reallığı ortaya qoyur. Düzgün bişirmə üsulları və nəzarətli istehlak ilə bu qidalar bədə

turlar.az

geymler 2026 yay geyimləri 2026 qis geyimləri 2026 prostat vəzi yemişan faydaları xərçəng bürcü yay koftalari kosmetika zencefil sağlamlığın sirleri qardasa aid haxistalar öpüşme hakista