2024-də COVID-19 TƏHLÜKƏSİ: Bəşəriyyət hazır olmalıdır

2024-də COVID-19 TƏHLÜKƏSİ: Bəşəriyyət hazır olmalıdırCOVID-19 pandemiyasının artıq sona çatmasına baxmayaraq, insanlar bu infeksiyadan bütün dünyada əziyyət çəkməkdə davam edir. Həkimlər xəbərdarlıq edir ki, virus 2024-cü ildə yox olmayacaq və bəşəriyyət yeni növlərə hazır olmalıdır.
Milli.Az lent.az-a istinadən xəbər verir ki, virusun yeni variantlarının ortaya çıxması epidemiyanın ilk illərinin xarakterik xüsusiyyəti olub: Alpha, Beta, Delta, Omicron.
İndi variasiyaların müxtəlifliyi o qədər böyükdür ki, latın əlifbası onları göstərmək üçün kifayət deyil və biz rəqəmlərin istifadəsinə müraciət etməliyik.
"Sabitlik bu kontekstdə əlçatmazdır, daimi dəyişiklik gözlənilən şeydir. Ona görə də virusun daimi təkamül prosesinə hazırlaşmaq lazımdır" deyə COVID-19 üzrə mütəxəssis doktor Ziyad Əl-Əli xəbərdarlıq edir.
Mütəxəssis vurğulayır ki, virusun mutasiyaları davamlı olaraq baş verir və yeni ştammlar yarandıqca peyvəndlər də bir az düzəldilməlidir.
"Mən virusun fərqli istiqamətdə təkamül etmə ehtimalından narahatam ki, bu da mövcud vaksinləri səmərəsiz edə bilər. Bu halda yeni peyvəndlər və ya virus əleyhinə dərmanlar hazırlamalı olacağıq".
Həkimlər qeyd edirlər ki, virus cəmiyyətdə nə qədər çox dövr edirsə, onun mutasiya etmək imkanları bir o qədər çox olur.
"COVID-19-dan qorunmaq infeksiyanın yeni variantlarının yaranmasının qarşısını almağa kömək edir. Hər yeni hal yeni bir ştamın ortaya çıxması üçün potensial yerdir" deyə ictimai səhiyyə üzrə ekspert Codi Qost bildirib.
COVID-19-un gözlənilməz dövriyyəsi
Mövsümi olan qrip və ya respirator sinsitial virusdan fərqli olaraq, COVID-19 daha az proqnozlaşdırılır. Bu koronavirus həm qışda, həm də yayda yayıla bilər. Əgər COVID-19 payız-qış virusuna çevrilərsə, bu, peyvənd və ictimai məlumatlandırma strategiyalarını asanlaşdıracaq.
Yeni vaksinlərin hazırlanmasına ehtiyac
Virusun dəyişkənliyini nəzərə alaraq, çox güman ki, COVID-19 peyvəndi gələn il qripə qarşı peyvəndlərin hər il yenilənməsi kimi yayılan virusun yeni versiyalarını əks etdirmək üçün təkmilləşəcək. Qrip və koronavirusdan qoruya bilən kombinasiyalı vaksinlərin sınaqları artıq aparılır. İlk nəticələr müsbətdir və tədqiqat üçüncü mərhələdədir.
Milli.Az

Xəbərlər     Baxılıb: 1692   Tarix: 22 dekabr 2023
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

turlar.az

maskalar qis geyimləri 2026 toy makiyajlari qadindunyasi körpəyə qulluq qarasin qizlar ucun makiyaj qrip və soyuqdəymə kosmetika oglaq pehriz burclər masturbasiya novruz bayramına aid hakışda