210 milyon adam xroniki kəskinləşən ağciyər xəstəliyindən əziyyət çəkir

210 milyon adam xroniki kəskinləşən ağciyər xəstəliyindən əziyyət çəkirXroniki Kəskinləşən Ağciyər Xəstəliklərinə Qarşı Ümumdünya Mübarizə Günü Dünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə hər il noyabrın ikinci və ya üçüncü həftəsində qeyd olunur.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, xroniki kəskinləşən ağciyər xəstəliyi - ağciyərlərdən hava axınının hərəkətinin davamlı olaraq pozulması ilə müşayiət olunan bir sıra xəstəliklərin ümumi adıdır. Əvvəllər "xroniki bronxit", və "emfizema" adlandırılan xəstəliklər də indi həmin sıraya aid edilir.
Dünya Səhiyyə Təşkilatının məlumatına görə, yer üzündə 210 milyon adam xroniki kəskinləşən ağciyər xəstəliyindən əziyyət çəkir. Həmin xəstəlik nəticəsində ölənlərin 90 faizi aşağı və orta səviyyəli həyat şəraitinə malik ölkələrin payına düşür. Xəstəliyin inkişafının əsas səbəbi siqaret, tütün tüstüsü, havanın çirklənməsi, kimyəvi maddələrin buxarı ilə təmasda olmaqdır.
Xroniki kəskinləşən ağciyər xəstəliyi şəfasız mərəz olsa da, düzgün müalicə onun inkişafını ləngitməyə imkan verir. Həkimlərin ehtimallarına əsasən, yaxın vaxtlarda zəruri profilaktiki tədbirlər görülməsə, bu xəstəlikdən ölənlərin sayı qarşıdakı on ildə 30 faizdən çox artacaq.
Xroniki Kəskinləşən Ağciyər Xəstəliklərinə Qarşı Ümumdünya Mübarizə Günü çərçivəsində xəstəliklə əlaqədar məlumatlandırma və pasiyentlərə kömək göstərilməsi sahəsində qlobal addımlar atılır. Həmin gün dünyanın hər yerində səhiyyə mütəxəssisləri tibbi müayinələr, profilaktik və informasiya tədbirləri aparırlar. Bu sahədə aparılan müxtəlif tədbirlər sırasında siqaretə qarşı mübarizə əhəmiyyətli yer tutur.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1922   Tarix: 21 noyabr 2019
f Paylaş

Oxşar xəbərlər

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

turlar.az

geyim və ayaqqabılar donlar 2026 kosmetika mehsullari mexmerek buxaq serebral iflic usaqlar pehriz salatlar kosmetika sevgi heyati video vətən haqqında bayatılar englishdilində qulaq