3 min insanın nə yeyib-içdiyini illərlə izlədilər - Ürəyi yormayan qidalar açıqlandı

3 min insanın nə yeyib-içdiyini illərlə izlədilər - Ürəyi yormayan qidalar açıqlandıRusiya və Avropa alimləri apardıqları uzunmüddətli tədqiqat nəticəsində sübut ediblər ki, gündəlik qidalanmada çay, qəhvə, giləmeyvə, qoz-fındıq, kakao, tam taxıllar və zeytun yağı kimi məhsulların olması ürək sağlamlığını əhəmiyyətli dərəcədə yaxşılaşdırır.
Milli.Az xəbər verir ki, araşdırma London Kral Kollecinin alimləri tərəfindən həyata keçirilib və "BMC Medicine" jurnalında dərc olunub.
On ildən çox müddət ərzində "TwinsUK" əkizlər kohortasında 3,1 mindən çox iştirakçı izlənilib. Polifenollarla zəngin qida rasionu ilə qidalananlarda arterial təzyiq və xolesterol səviyyələri daha stabilləşib, nəticədə ürək-damar xəstəlikləri riski azalıb. Bu araşdırmada ilk dəfə polifenolların parçalanması zamanı əmələ gələn metabolitlərin sidikdə səviyyəsi ilə ürək sağlamlığı göstəriciləri bir-birinə uyğunlaşdırılıb. Metabolitlərin, xüsusilə flavonoid və fenol turşularının yüksək olması "yaxşı" xolesterol səviyyəsinin yüksəlməsinə və ürək-damar xəstəlikləri riskinin azalmasına səbəb olub.
Professor Ana Rodriqes-Mateosun sözlərinə görə polifenollarla zəngin pəhrizin uzunmüddətli tətbiqi yaşla əlaqədar ürək-damar riskinin artımını əhəmiyyətli dərəcədə ləngidə bilər. Hətta kiçik, amma davamlı dəyişikliklər, məsələn, daha çox giləmeyvə, qoz-fındıq və ya çay istehlakı ciddi fayda verə bilər.
Araşdırmanın aparıcı müəllifi doktor Yun Li isə bildirib ki, bu yanaşma sadə və əksər insanlar üçün əlçatandır, çünki gündəlik qidalanma məhsullarına əsaslanır.
İsmayıl
Milli.Az

Xəbərlər     Baxılıb: 2944   Tarix: 29 noyabr 2025
f Paylaş

Oxşar xəbərlər

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

turlar.az

toy gecesi kosmetoloq qadin sayti asiq 2026 gəlinliklər kişi dünyası qadin dunyasi kosmetika qurd xəstəliklərinə qarşı mualicə novruza aid hakisdalar cinsi atalar sözü tanisliq