"3 övladım avtoqəzada öldü, bircə oğlum da dənizdə batdı..." - Neftçinin atası

"3 övladım avtoqəzada öldü, bircə oğlum da dənizdə batdı..." - Neftçinin atasıBu gün səhər saatlarında dənizdə estakadada baş verən qəza zamanı itkin düşən neftçilərdən beş nəfəri Ələt qəsəbəsinin, bir nəfəri Hacıqabul rayon sakinidir. APA TV-nin Mil-Muğan bürosunun xəbərinə görə, onlardan ikisi qardaşdır.

Maşinist işləyən 51 yaşlı Zülfüqarov Güloglan Hacıbala oğlu 8 uşaq atası idi. Oğlu deyir ki, atası ilə axşam danışıblar: "Axşam atamla danışdıq. Hal-əhval tutduq, dedi ki, hava küləklidir. Səhər isə ordan-burdan xəbər eşitdik ki, estakadada qəza baş verib. Atama zəng etdik, zəng çatmadı. 8 uşağıq, bir qardaşım evlidir, qalanlar subay, heç birimiz işləmirik. Atamın qazancına ümüdli idik, dövlətdən köməklik olunmasını xahiş edirik".

Güloğlan Zülfüqarovun operator işləyən 45 yaşlı qardaşı Zülfüqarov Azay 2 azyaşlı uşağı qalıb. Həyat yoldaşı deyir ki, onlar çox körpədir və bundan sonra onları necə saxlayacağını bilmir.

38 yaşlı operator Əsədov Samir Atabala oğlunun isə 3 azyaşlı uşağı var. Onlardan biri 6-cı sinifdə, digəri 4-cü sinifdə oxuyur, 3-cü uşaq körpədir.

Ata yurdu Ələtdə olan operator işləyən 3 uşaq atası 49 yaşlı Bəhrəmov Cavid Ayatxan oğlu bir müddət əvvəl Qobustana köçüb. Onun ailə üzvləri də yaşanan faciədən sarsıntı keçiriblər. Amma onlar ümidlərini üzmürlər, yaxınlarının qayıdacağına ümid edirlər.

Hacıqabul rayonu Atbulaq kənd sakini, operator, 1979-cu il təvəllüdlü Rüstəmov Qorxmaz İsbat oğlunun ailəsinin faciəsi isə daha dəhşətlidir. Qorxmaz ailəli olub. Bir müddət əvvəl həyat yoldaşından ayrılan Qorxmazın övladı yoxdur.

Qorxmazgilin ailəsi bir neçə il əvvəl dəhşətli avtoqəzanın qurbanları olub. Belə ki, toydan qayıdan qohumlar qəzaya uğrayıb. Atası İsbat Rüstəmov deyir ki, həmin qəzada 14 qohum həyatını itirib. Onlardan 3-ü Qorxmazın bacısı, qardaşı və bacısı oğlu olub: "5 il əvvəl 3 övladım, ümumilikdə qohumlarımla birgə 14 nəfər avtoqəzada həyatlarını itirdi. Bir oğlum qalmışdı, o da dənizdə batdı, daha mənim heç kimim qalmadı".

Xəbərlər     Baxılıb: 1961   Tarix: 16 dekabr 2016
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Hər 4 nəfərdən biri öz psixoloji sağlamlığı üçün heçnə etmir - ARAŞDIRMA

Hər dörd nəfərdən biri psixoloji vəziyyətini yaxşılaşdırmaq üçün heç bir addım atmır. xəbər verir ki, "Independent" nəşrinin yaydığı məlumata görə, Böyük Britaniyada Mental Health Foundation təşkilatının sifariş

.

Diş əti xəstəliyi "Alzheimer" riskini artıra bilər

"Alzheimer" xəstəliyi ilə bağlı aparılan yeni araşdırmalar ağız və diş sağlamlığının əhəmiyyətini bir daha gündəmə gətirib. Mütəxəssislərin fikrincə, diş əti xəstəliklərinə səbəb olan bakteriyalar "Alzheimer"

.

Bunu için, xərçəngdən QORUNUN

Şalğam uzunömürlülüyə kömək edir. xəbər verir ki, diyetoloq və endokrinoloq Marina Lazurenko şalğamın sağlamlıq üçün inanılmaz dərəcədə faydalı, ucuz bir qida olduğunu izah edib. O qeyd edib ki, xüsusilə, kök bitkisi dama

.

Daha bir ölkədə hantavirus aşkarlandı

Fransada hantavirusla bağlı narahatlıq artır. xəbər verir ki, səhiyyə naziri Stefanie Rist hantavirus epidemiyasına məruz qalan kruiz gəmisində olan fransız sərnişinlərdən birinin test nəticəsinin müsbət çıxdığını açıqlayıb

.

Mədəniz narahatdırsa, bunları edin

Şişkinlik hiss etdikdə düzgün qidaları seçmək həzm sistemini rahatladır və qaz yığılmasını azaldır.  xəbər verir ki, bəzən az yesəniz də mədədə narahatlıq, sanki hədsiz yemiş kimi hiss edirsiniz. Bu vəziyyətdə qidalanmağınız

.

Arıqlama iynələri möcüzədirmi?

Arıqlama iynələri son dövrün ən çox danışılan sağlamlıq trendlərindən biridir. Bəs bu dərmanlar həqiqətən möcüzədirmi və qalıcı çəki itkisi üçün təkbaşına kifayətdirmi? Yoxsa düzgün planlaşdırma və nəzarət olmadan istifad

.

Səhərlər ilıq su içsək, nə olar?

Səhər oyandıqdan sonra bir stəkan ilıq su içmək sadə görünsə də, orqanizm üçün olduqca faydalı bir vərdişdir. Həkimlər bu adəti həm ümumi sağlamlığın qorunması, həm də bir çox problemlərin qarşısının alınması baxımından tövsiy

.

Axşam yeyilən tünd şokolad daha yaxşı yatmağınıza kömək edə bilər

Günün sonunda bədənimiz yorğun olsa da, zehnimizin hələ də "qaçmağa" davam etməsi çoxumuza tanış bir haldır. Yatağa uzanırıq, bədən hazırdır, amma beyin hələ də görüləcək işlər siyahısında gəzişir. Məhz buna gör

.

Portağalın hansı faydaları var?

Portağal sağlamlıq üçün ən faydalı meyvələrdən biri hesab olunur.  xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, portağal C vitamini ilə zəngin olduğundan immun sistemini gücləndirir və orqanizmi müxtəlif infeksiyalar

turlar.az

sade makiyaj sekilleri geyim şəkilləri geyim və ayaqqabılar toy ucun dizayn xatire islamin sekilleri yay geyim 2026 otaq dizaynları kosmetika pehriz şebnem tovuzlu novruz hakışdaları arıqla suni mayalanma