3 saat oturmaq sağlamlıq üçün ciddi təhlükədir
Uzun müddət, fasiləsiz 3 saat oturmaq sağlamlıq üçün təhlükəlidir.
Milli.Az medicina.az-a istinadən xəbər verir ki, həkim fleboloq Vanessa Prinse ürək və damarları qorumaq üçün uzun müddət oturmamağa çağırıb.
"2-3 saatdan çox əyləşmək damarların sıxılmasına və qan dövranının pozulmasına səbəb olur. Nəinki qan dövranı, həmçinin limfa durğunluğuna gətirir ki, bu da ayaqlarda şişkinliyə səbəb olur. Bir çoxları deyəcək ki, bu işimizlə bağlıdır, amma belə iş ürəyə ciddi ziyan vurur. Oturmaq uzanmaq və yatmaqdan da çox ürəyə zərbədir. Çünki bu zaman damarlar çox sıxılır. Oturaq həyat keçirənlərdə qanda şəkər, xolesterin və çəki də artır.
Bunun qarşısını almaq üçün əyləşəndə bədənin vəziyyətini tez-tez dəyişmək və 30 dəqiqədən bir ayağa qalxıb, gəzişmək, idman etmək, pilləkən qalxıb-düşmək lazımdır.
Hətta mümkün qədər ayaq üstə duraraq işinizi görün. 1 saat ayaq üstə işləmək 30 dəqiqə oturmaqdan faydalıdır", - həkim qeyd edib.
Milli.Az









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Türkan: 'Vaxtilə bizi tənqid edənlər indi özləri meyxanaçılarla oxuyurlar
Deniz Akkaya saxlanıldı
Ər çörəyi yeyəndə kökələcəm' - Səmra
Elgiz Əkbərin anası vəfat etdi
Viktor Uillis vəfat etdi
Fahriye yeni mövsümdə ekranlara qayıdır - FOTO
Tanınmış rejissor həbs edildi - 11 milyonluq dələduzluq
Həftənin ən populyar 10 türk qadın aktrisasının adı açıqlandı
Günvurma əlamətləri və ilk yardım - Terapevt nə deyir?
Çimərlikdə günvurmadan qorunmaq üçün ən təhlükəsiz saatlar