37 yaşlı "Keyxanım" toy tarixini açıqladı
İyunun 18-də ailə quracaq "Keyxanım" adı ilə tanınan aktrisa Ülviyyə Əliyeva özəl günü barədə təəssüratlarını bölüşüb.
Axşam.az lent.az-a istinadən xəbər verir ki, 37 yaşlı aktrisa bildirib ki, toyu mediaya qapalı olacaq:
"Hər zaman mediaya böyük hörmətim olub. Mənə dəstək olmusunuz. Amma toyumda çəkiliş olmayacaq. Artıq bunu ilk dəfə rəsmi olaraq açıqlayıram. Yəqin ki, bir çoxları mənim bu şərtimi anlayışla qəbul edəcək. Çünki toyumuzda elə adamlar olacaq ki, onlar videoda və şəkillərdə yer almaqlarını istəmirlər. Artıq toyumun hazırlıqlarına başlamışam, 5 dəqiqə belə boş vaxtım yoxdur. Allah hər bir subay insana toy nəsib etsin".
Qeyd edək ki, "Keyxanım" adı ilə tanınan aktrisanın gələcək həyat yoldaşı Manaf Muxtarov Rusiyada yaşayır. Bu Manaf bəyin ikinci evliliyidir. Onun ilk nikahdan bir qız övladı var. Rusiyada yaşayan Manaf bizneslə məşğuldur. Cütlüyün toyu həm Bakıda, həm də Rusiyada gerçəkləşəcək.
Onu da əlavə edək ki, bu "Keyxanım"ın da ikinci evliliyi olacaq. Aktrisanın ilk evliliyi öz həmkarı ilə olmuşdu.











İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin