40 yaşdan yuxarı olanlar üçün kakaonun faydaları

40 yaşdan yuxarı olanlar üçün kakaonun faydalarıDadlı kakao içkisi insan orqanizminə enerji verir, onu virus və infeksiyalardan qoruyur. Səhərlər bir fincan kakao içmək əhval ruhiyyəni yüksəldir, orqanizmin həyat tonusunu artırır. Onun tərkibində yaddaşı möhkəmləndirən və beyin fəaliyyətini yaxşılaşdıran maddələr var. Kakao qanda xolesterinin miqidarını normallaşdırmaq qabiliyyətinə malikdir. Kakao tərkibində çoxlu faydalı maddələr, mikroelementlər olan qidalardandır. Onun tərkibində olan sinkin miqdarını başqa qidalarda olan sinkin miqdarı ilə müqayisə etmək mümkün deyil. Kakao dənələrinin tərkibi 12-15% yağlardan, 6-10% karbohidratlardan, B qrup vitaminlərdən, liflərdən və antioksidantlardan ibarətdir.
Son illərin araşdırmaları kakaonun tərkibində başqa bir birləşmənin(kokoxil) olduğunu aşkar edib. Bu maddə dəri hüceyrələrinin təzələnməsinə, yaraların sağalmasına, qırışların aradan qalxmasına səbəb olur. Kakaonun tərkibində epikatexin adlı maddə var ki, bu orqanizmdə diabet, xərçəng, infarfkt və insult kimi təhlükəli xəstəliklərin əmələ gəlməsinin qarşısını alır.
ABŞ-dan olan bir qrup alim kakaonun tərkibində kalori olmasına baxmayaraq onun artıq çəkiyə səbəb olmadığını sübut edib. Onlar hətta az miqdarda kakao içməyin orqanizmə çox faydası olduğunu qeyd edirlər. Mütəxəssislər kakaonun günün birinci yarısında içməyi məsləhət bilir. Kakaonun tərkibində olan melanin piqmenti dərini ulrtabənövşəyi şüalardan və dəri yanıqlarından qoruyur.
Kakao güclü antioksidantdır. O maqnium və vitaminlərlə zəngindir. Sizə təqdim edilən resept 40 yaşdan yuxarı adamlar üçün çox faydalı və əvəzedilməzdir.
Reseptin tərkibində olan darçın qan dövranını yaxşılaşdırır, iltihab əlamətlərini aradan qaldırır, mixək antiseptik təsir göstərir və ağrıkəsici xüsusiyyətə malikdir.
Tərkibindəkilər:
- 2 stəkan süd
- ½ xörək qaşığı kakao və ya şokolad
- 1 çay qaşığı darçın
- ½ çay qaşığı mixək
- 1 çimdik duz
- ¼ çay qaşığı şəkər tozu
Hazırlanması:
Kakao və ya şokolad qaba tökülür, ədviyyatlar əlavə edilir, şəkər tozu və duz qatılaraq qarışdırılır. Sonda süd əlavə edilərək zəif odun üzərində qarışdırılaraq bişirilir. Qarışdırmaqda məqsəd isə ədviyyatların süddə tam həll olmasına nail olmaqdır. Süd qaynayana qədər qarışdırılır.
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 1565   Tarix: 29 oktyabr 2022
f Paylaş

Oxşar xəbərlər

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

turlar.az

geyim necə seçməli maskalar geyim dəbləri murebbelerin hazirlanmasi xalq mahnilari sozleri toy ideyalari yuxu pozğunluğu kosmetika qızlıq pərdəsi heyati oğlaq gözəllik qaynana