49 yaşlı xalq artistinin ərə getdiyi MİLYONÇU, EVLİ KİŞİNİN FOTOLARI-VİDEO-ŞOK FAKTLAR
Ötən gün toy xəbəri yayılan xalq artisti, xanəndə Aygün Bayramovanın nişanlısı ilə bağlı maraqlı faktlar ortaya çıxıb.
BiG.AZ xəbər verir ki, toya hazırlaşan xalq artistinin nişanlandığı şəxsin adı Fəraməz Gərmrudidir. İran vətəndaşı olan Gərmrudi 1955-ci ildə İranda doğulub, 3 qız atasıdır. Qızları ailə qurub, ikisi İranda, biri Almaniyada yaşayır. Əslən Cənubi Azərbaycanlı olan Gərmrudinin həyat yoldaşı fars əsilli xanımdır. Onların rəsmən hələ də ailəli olduğu deyilir. Artıq baba olan 62 yaşlı adaxlının İranda Almaniyanın məşhur "KÖHEL" avtomobillərinin rəsmi distribüteridir. Gərmrudi Azərbaycanda musiqi aləmində ud ifaçısı və müğənni kimi tanınır. Demək olar ki, əksər musiqiçilərlə dostluq münasibətləri var. Biznesmenin Aygün Bayramova ilə eşq hekayəsi bu ilin martında, daha dəqiq desək, martın 21-də Gərmrudinin Heydər Əliyev Sarayında gerçəkləşən konsertində başlayıb. Həmin konsertdə Gərmrudini tək qoymayan sənətçilərlə bərabər A.Bayramova da mahnı töhfəsini verib. Əli pulla oynayan iş adamı Bakıda Hüseyn Cavid prospektində 2 milyonluq ev alıb, bahalı avtomobilə sahibdir.
Qeyd edək ki, iş adamı eyni zamanda tez-tez Azərbaycan Televiziyasında verilişlərdə oxumaq və ud ifa etməklə musiqi məharətini sərgiləyir.
Toy mərasimi mayın 23-də paytaxtın ən məşhur restoranlarının birində baş tutacaq (yeniçağ.az)











Rza Tamerin ölümü ilə bağlı- araşdırma başladı
Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq
Bu meyvə xərçəngə qarşı gizli silah imiş
Yuxusuzluq iki sağalmaz xəstəliyin erkən əlaməti ola bilər
Aysun: Yağmur məni bloka atıb
Vəfa yenidən konsert verəcək
Ürəyi qoruyub, stressi azaldan ÇAY
Sağlam bildiyimiz həmin qida ürək üçün riskli ola bilər - Diqqətli olun
Məşhur reper ikinci dəfə baba oldu
Protein batonlarını sevənlərə XƏBƏRDARLIQ
Hər gün yumurta yemək olar?
Ana olmaq ehtimalım belə qorxuncdur
Məşhur aktyor vəfat etdi
Atam küçədə yığılıb qalıb, heç kim ona yardım etməyib
Boran' bu tarixdə 'Uzak şehir'ə vida edəcək