5 min manat təklif edilir, amma sahibi satmır -134 yaşlı samovar
Həyat yoldaşına ulu nənəsindən qalan hədiyyəni illərdir saxlayır. 134 yaşlı samovar hələ də saz vəziyyətdədir…
Qadinsayti.az məlumat verir ki, Goranboy sakini 57 yaşlı Gülnaz Məmmədova, misdən hazırlanmış samovarı bu günə qədər bir dəfə də olsun təmir etdirməyib.
Rayonda bu qədim ev əşyasına maraq böyükdür. Kimisi onun üzərindəki möhürlərdən, kimisi də içində qaynayan çaydan danışır. Qohum-əqraba, oğul-uşaq həyətə toplaşaraq Gülnaz nənənin dadlı samovar çayından içməkdən doymur.
1 əsrdən çox insanlara xidmət edən məişət əşyası 10 litr su tutumuna malikdir. Qədim samovarı sahibi dəyərli hədiyyə hesab edir.
Gülnaz Məmmədova hətta 5 min manat təklif edilən bu əşyanı əsla satmayacağını deyir.
Tula şəhərində istehsal edilmiş samovarın bahalı olması bir tərəfdən onun qədimliyi ilə bağlıdırsa, digər tərəfdən sakinlər bu samovarın odluq hissəsində qızıldan da istifadə olunduğunu iddia etmələri də onun dəyərini artırır.(xezerxeber)
f Paylaş








Qara zirə (Çörək otunun) faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Məzarı açıb ölən modelin başını oğurladılar
Hüseyn Almaxanımın iddialarını yalanladı - 'Səni heç kim tanımırdı
Rihanna müəlliminə ev aldı
Marketdən toyuq alanlara çağırış - Çəhrayı maye nə deməkdir?
Rusiya "gizli dərman" üzərində işləyir - 150 il yaşamaq mümkün olacaq?
Madonna xalqdan kömək istəyir
Həddindən artıq yuxu niyə təhlükəlidir?
Keçmişdə saqqızı görün necə istifadə edirlərmiş
Space TV-də bu veriliş də yayımlanmayacaq
Şabaşla varlananların sonu faciə ilə bitir