50 və yuxarı yaşda ana olan qadınlar... Azərbaycanda
Azərbaycanda
Avropa ölkələrində qadınların 40-45 yaşdan sonra ana olması adi bir hal olsa da, Azərbaycanda qadınlar bəzi obyektiv və subyektiv səbəbləri əsas götürərək, həmin yaşdan sonra ana olmaq istəmirlər. Bir çox qadınlar isə bu dövrü ana olmaq üçün olduqca gecikmiş yaş hesab edirlər.
Maraqlıdır ki, Azərbaycanda nəinki 45, hətta 50 və daha yuxarı yaşda ana olan qadınlar da var. Statistik rəqəmlərə nəzər saldıqda görmək olur ki, 45-50 yaşda ana olan qadınların sayı 1995-ci illə müqayisədə daha çoxdur.
qadınsaytı.az trend-ə istinadən xəbər verir ki, 1995-ci ildə Azərbaycanda 45-49 yaş arasında olan qadınlar tərəfindən 84 uşaq doğulmuşdusa, 2015-ci ildə həmin yaşda olan analar tərəfindən dünyaya gətirilən uşaqların sayı 133-ə çatıb. 2005-ci ildə 45-49 yaşlı qadınlar tərəfindən 216, 2010-cu ildə 202, 2011-ci ildə 182, 2012-ci ildə 168, 2013-cü ildə 184, 2014-cü ildə 138, 2015-ci ildə isə 133 uşaq doğulub.
50 və yuxarı yaşda olan qadınlar tərəfindən isə 1995-ci ildə 6, 2005-ci ildə 18, 2010-cu ildə 32, 2011-ci ildə 24 , 2012-ci ildə 42, 2013-cü ildə 46, 2014-cü ildə 31, 2015-ci ildə isə 38 uşaq doğulub.
50 və yuxarı yaşda olan qadınlar tərəfindən doğulan uşaqların çoxu şəhərlərin payına düşür. 2013-cü ildə şəhərlərdə bu yaşlı qadınlar tərəfindən 33, 2014-cü ildə 23, 2015-ci ildə 25 uşaq dünyaya gətirilib.
Ötən il 50 və daha yuxarı yaşda olan qadınlar tərəfindən doğulan uşaqların 25-i ananın 1-ci, 9-u 2-ci, 3-ü 3-cü, 1-i 4-cü uşağı olub.
f Paylaş








Hakışta
Seks zamanı kişiləri dəlicəsinə ehtiraslandırmağın yolları
Astroloji proqnoz - 20 iyul
Anal seksin qadın orqanizmi üçün ziyanı və xeyiri
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Yuxuda ilan görmək görün nəyə işarə edirmiş?!
Bürclər haqqında qısa və ən lazımlı məlumatlar
Xınayaxdı üçün HAKIŞTALAR
Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Qızlıq və ya bakirəlik pərdəsinin yırtılması haqqında
Qadınları orqazma çatdıran 7 seks pozası
Vətən və el haqqında atalar sözləri