685 bal toplayan Siyəzənli məzun nəticədən imtina etdi - Səbəb isə...
Siyəzənli abituriyent Çinarə Kərimova qəbul imtahanlarında 685 bal toplayaraq şimal bölgəsi üzrə ən yüksək göstəriciyə nail olub.
Hurriyyet.org xəbər verir ki, imtahanlarda cəmi üç sualı düzgün cavablandırmayan Çinarə nəticəsindən narazıdır. Onun hədəfi maksimum - yəni, 700 bal toplamaq olub. Məhz buna görə də o, iyul ayında keçiriləcək növbəti imtahanlara qatılacaq.
Çinarə Kərimova Siyəzən şəhər Mikayıl Müşfiq adına 2 nömrəli tam orta məktəbin XI sinfində təhsil alır. IV ixtisas qrupu üzrə imtahanda iştirak edən abituriyent təhsilini Tibb Universitetində davam etdirmək istəyir. Çinarənin ən böyük arzusu ürək-damar cərrahı olmaqdır.
Valideynləri bildirirlər ki, həkimlik Çinarənin uşaqlıq arzusudur.
Çinarə Kərimova ilə yanaşı, Siyəzən şəhər Mikayıl Müşfiq adına 2 nömrəli tam orta məktəbin daha 5 şagirdi bu il keçirilən qəbul imtahanlarında 600 baldan yuxarı nəticə göstərib./azərtac/
f Paylaş








Hakışta
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Qarabağa köçən məşhurlar - SİYAHI
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir