80% insanlar öz ağılsızlıqları ucbatından ölürlər
"80% insanlar öz ağılsızlıqları ucbatından ölürlər!" Bu təcrübəli patoloqoanatomun fikridir.
Şəxsən mən düşünürəm ki, qaçılması mümkün olmayan hadisələrdən qorxmaq lazım deyil. Məsələn, ölümdən...
Baxmayaraq ki, dünyadakı insanların əksəriyyəti özlərini elə aparırlar ki, sanki onlar heç vaxt ölməyəcəklər. Elə bu günki mövzumuz da bu haqdadır. Sizə təqdim edəcəyimiz fikirlər təcrübəli patoloqoanatomun fikirləridir.
Doğrudur bu bir adamın fikri olsa da, onun dediklərində həqiqət olduğunu qəbul edirik. Bu mütəxəssis insanların həyatdan şikayət etmə kimi vərdişlərindən əl çəkməyi, xoşalgəlməz hallara gətirib çıxara biləcək çatışmamazlıqlarına diqqət etməyi tövsiyyə edir.
"Hamınızı salamlayıram. Mən patoloqoanatomam və düşünürəm ki, mənim sənətim insanlarla çalışan mütəxəsisilərin sənətlərinin ən yaxşısıdır. Təcrübələrimə əsalanaraq deyə bilərəm ki, insanların ölümünün 80% səbəbi onların öz ağılsızlıqları ucbatından baş verir. İndi bunu sübut etməyə çalışacam.
Avtoqəzalar - bu insanın yolda sürüşərək idarəetməni itirməsidir. Bundan əlavə yay təkərlərindən istifadə etməsi və yüksək sürət də onun ağılsızlığıdır!
Təəssüf ki,insan öləndə xarab olmuş məhsula çevrilir. Əgər ölüm onun yediyi vaxtı keçmiş konservdən olubsa və onun bu məhsulu atmağa heyfi gəlibsə - bu onun ağılsızlığıdır!
Əgər insanı cərəyan vurubsa – bu bədbəxt hadisədir. Əgər insan cərəyana qoşulmuş televizoru "qurdalayırsa", deməli onun beyni o ölməmişdən qabaq ölü imiş.
Yanğın zamanı ölən insanlara təəssüf edirəm. Yox əgər o içkilidi və yatağında siqaret çəkməyi qərara alıbsa – nə demək istədiyimi yəqin ki, başa düşdünüz.
Əhalinin aşağı intelektual səviyyəsi onunla təsdiq edilir ki, mən müntəsəzm olaraq əlləri rulda donmuş küçə yarışçılarını ruldan ayırmaq, yolu keçərkən sms yazan, yüksəkvoltlu kabeli oğurlamaq istəyən və yaxud benzin stansiyasına kibrit atan axmağın hissələrini yığmaq kimi hadisələrlə üz-üzə qalıram.
Başa düşürəm ki, insanların çoxu mənə qarşı hücuma hazırdılar, amma axmaqlardan inciməyə dəyməz. Başqalarını da incitməyin, axmaqlarla ünsiyyətdə olmağın nə mənası var? Əgər hələ də sağ olduğun üçün özünü qalan 20% in içərisində görürüsənsə, özünü aldatmaq lazım deyil- çünki axmaqların da bəzən bəxti gətirir!"
Başa düşürük ki, yuxarıdakı fikirlər mübahisəli ola bilər. Çünki onlar bir qədər kobud şəkildə ifadə edilib. Amma bir tərəfdən də bu saysız-hesabsız faciələrin şahidi olan həkimin üsyanıdır.









8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Qadın kimi yaşamadığım bütün xoşbəxtlikləri qızım yaşayacaq' - Xalq artisti
Məni Vaqif Gərayzadənin ad gününə çağırmadılar
Demans riskini azaltmaq üçün ideal yuxu müddəti
Aspirin xərçəng riskini azaldır?
Ev heyvanları ilə bağlı vacib XƏBƏRDARLIQ: Səbəb tükdür?
İnsan övladı üçün hər şeydən keçər' - İlk dəfə ailəsindən danışdı
Azərbaycan elminə ağır itki - FOTO
Bəzi muğam ifaçıları çox tənbəldirlər' - Ceyhundan sərt tənqid
Koreyalı aktyorun cəsədi tapıldı