Abbas 3 gün toy edəcək: "Vağzalı istəmirəm"
Əməkdar artist Abbas Bağırov mayın 23-də baş tutacaq toyundan danışıb.
Xanim.az axşam.az-a istinadən xəbər verir ki, "Hər şey daxil"in qonağı olan müğənni özünə 3 gün toy edəcəyini bildirib:
"Mənim eləyəcəyim toy tamamilə başqa tərzdə olacaq. Musiqiçi olduğum üçün istədim ki, öz şad günümü həmkarlarımla da bölüşüm. Hamını bir yerə dəvət etsəm, bu, mümkün deyil. Heç elə bir restoran da yoxdur ki, hamı yerləşə bilsin. Bəy-gəlin olan toy isə az bir adamla ailənin daxilində keçiriləcək. Düzü, mən heç istəmirəm qapıda trio çalınsın, vağzalı səsi mənim ürəyimdə çalınır.
İnsan əsas xoşbəxt olsun, o xırdalıqlar boş şeylərdir. 70 maşından ibarət kortej filan - bu standartlardan bir az uzağam. Çünki bunların hamısını görmüşəm deyə, istədim bir az fərqlənim".
Abbas "Toyunda kim oxuyacaq" sualına isə belə cavab verib:
"Mənim üçün çətin olacaq. O qədər hamının toyuna getmişəm ki, indi fikirləşirəm, kim olsun. Amma yəqin ki, hamı oxuyacaq, çünki mən bir nəfərlə beynimi yora bilmərəm.
Aparıcı çox güman ki, özüm olacam (gülür). O planlar haqda bir az indidən məlumat vermək düzgün deyil. Toy olsun, özünüz görün".
Qeyd edək ki, bu, A.Bağırovun ikinci nikahıdır. Onun ilk evlilikdən bir qız övladı var.
f Paylaş








Rza Tamerin ölümü ilə bağlı- araşdırma başladı
Bu meyvə xərçəngə qarşı gizli silah imiş
Yuxusuzluq iki sağalmaz xəstəliyin erkən əlaməti ola bilər
Aysun: Yağmur məni bloka atıb
Vəfa yenidən konsert verəcək
Ürəyi qoruyub, stressi azaldan ÇAY
Sağlam bildiyimiz həmin qida ürək üçün riskli ola bilər - Diqqətli olun
Məşhur reper ikinci dəfə baba oldu
Hər gün yumurta yemək olar?
Ana olmaq ehtimalım belə qorxuncdur
Məşhur aktyor vəfat etdi
Atam küçədə yığılıb qalıb, heç kim ona yardım etməyib
Boran' bu tarixdə 'Uzak şehir'ə vida edəcək