Abortdan sonra...

Abortdan sonra...İslamda abort haram sayılır və bu əməl üçün heç bir bəraət (pulsuzluq, uşağın cinsi, döldə olan qüsurlar və s.) qazandırmaq mümkün deyil.

Lakin bəzi hallarda ananın bətnində olan dölün inkişafı müxtəlif səbəblərə görə dayanır və bu halda qadın aborta getməyə məcbur olur. Yalnız bu hal abort üçün bəraət kimi qəbul oluna bilər.

Abort (mini-, cərrahiyyə, dərmanların vasitəsi ilə aparılan abort) və həmçinin özbaşına dölsalma müxtəlif ağırlaşmalara səbəb ola bilər. Bu ağırlaşmaları minimuma endirmək üçün qadın müəyyən qaydalara riayət etməlidir. Beləliklə,

1. Abortdan sonra 2 həftə ərzində qadın ağır fiziki yükləmələrdən (ağır əşyaları qaldırmaq, daşımaq, əyilmiş vəziyyətdə iş görmək və s.) imtina etməli, idmanla məşğul olmamalıdır.

2. Abortdan sonra 3 həftə ərzində qadın cinsi əlaqədən çəkinməlidir. Abortdan və ya özbaşına dölsalmadan sonra uşaqlıq böyük açıq yaraya bənzəyir. Bu səbəbdən istənilən infeksiya bura çox asan daxil olaraq güclü iltihaba səbəb ola bilər.

3. Uşaqlığın normal şəkildə yığılmasını təmin etmək üçün sidik kisənin və bağırsaqların vaxtında boşalmasına fikir verin.

4. Hər gün hərarətinizi ölçün, soyuqlamadan uzaq olun, orqanizmin ümumi vəziyyətinə nəzarət edin. Vəziyyətinizdə hər hansı dəyişikik, qarının aşağı hissəsində ağrılar əmələ gəldikdə, bədən hərarəti yüksəldikdə, dərhal həkimə müraciət edin.

5. İntim gigiyenaya xüsusi diqqət yetirin. Gün ərzində 2 dəfədən az olmayaraq xarici cinsiyyət üzvləri marqan ("marqansovka") əlavə olunmuş qaynanmış ilıq su ilə yuyun (su açıq çəhrayı rəngdə olmalıdır). Daha tez-tez qadın bezləri və alt paltarınızı dəyişin. Bu abortdan sonra mümkün olan iltihabın qarşısını almaq üçün çox vacibdir.

6. Abortdan sonra 2 həftə ərzində duş qəbul edin, vannada çimməyin. Uşaqlıq yolunu dərin yumayın, hovuzda, dənizdə, çayda çimməyin.

7. Abortun 1-ci-2-ci günü uşaqlıq yolundan qanlı ifrazatlar xaric olunmağa başlayır. Bu normada belə olmalıdır və bu menstruasiya deyil. Əgər hətta 2-ci gündən sonra belə ifrazatlar yoxdursa, bu o deməkdir ki, uşaqlıq boynunun sıxılmasına görə qan çölə axmır, uşaqlığın boşluğunda yığılır. Bu isə iltihaba səbəb ola bilər. Beləliklə, abortdan sonra qanlı ifrazatlar olmadıqda, dərhal həkimə müraciət etmək lazımdır.

8. Abortdan sonra olan qanaxmanın intensivliyi hamiləliyin müddətindən asılıdır. Adətən qanaxma 10 gündən artıq olmur, çox güclü olmur və tədricən azalaraq tam kəsilir. Əgər sizdə qanaxma çox güclüdürsə (2 saat ərzində bez dolur), tədricən azalmır və əksinə olaraq gündən günə artır, 10 gündən artıq davam edirsə, mütləq həkimə müraciət edin. Bu natamam abortun əlaməti ola bilər (uşaqlıq boşluğunda embrionun hissələri qalıb). Bu hal çox təhlükəlidir və qadına vaxtında lazım olan tibbi yardım göstərilmədikdə, onun səhhəti və hətta həyatı üçün ciddi təhlükə yaranır.

9. Abortdan müəyyən müddət sonra (həkim təyin edir) qadın USM-dən keçməlidir.

10. Əgər abortdan sonra qadında hamiləliyin əlamətləri (ürəkbulanması, başgicəllənməsi, qusma və s.) saxlanılmış olarsa, bu o deməkdir ki, hamiləlik pozulmayıb və inkişaf edir. Bu halda mütləq USM-dən keçmək lazımdır. Abortdan sonra hamiləlik testləri dəqiq nəticə vermir. Məsələ burasındadır ki, bu testlər qadının qanında spesifik hamiləlik hormonu olan xorionik honadotropin hormonunu təyin edirlər. Bu hormon isə hətta abortdan sonra hamiləlik pozulduqda qadının qanında 1 ay ərzində təyin oluna bilər.

11. Dərman vasitəsilə aparılan abortdan sonra uşaqlıq boşluğunda embrionunun hissələrinin qalmasının ehtimalı daha çoxdur. Bu səbəbdən belə abortdan sonra qadın öz vəziyyətinə qarşı xüsusi diqqətli olmalıdır.

12. Abortdan sonra menstrual dövr 1-2 ay ərzində pozula bilər (adətən menstrual dövr uzanır). Əgər bir neçə ay ərzində menstrual dövr tənzimlənmirsə, mütləq ginekoloqa müraciət edin.

Ailə və Uşaq     Baxılıb: 3749   Tarix: 12 oktyabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

5 aylıq körpənin inkişafı

Körpənin həyatının beşinci ayı, üçüncü və dördüncü ayında mənimsənilən bacarıqları, təkmilləşdirməklə davam edir. bildirir ki, bu dövrdə uşaqların əksəriyyətinin inkişafında hansısa diqqətçəkən, yeni irəliləyiş müşahidə olunmur

.

Ana bətnində autizm bu səbəbdən yaranır - SUYUN TƏRKİBİ

İllərdir autizmə səbəb olan faktorları araşdıran elm adamları ilə rezonans doğuran məluamat açıqlayıblar. Danimarkada aparılan yeni bir araşdırmada autizmi suda litiumun miqdarı ilə əlaqələndirilib. Kaliforniya Universitetində

.

Əkiz uşaq doğmaq üçün MÜTLƏQ OXUYUN

1. Oxucu sualı: Salam həkim. Bu yaxınlarda toyum olacaq. Həm ailə quracağım kəs, həm də mən ekiz uşaqlarımızın olmasını istəyirik. Bunun üçün nə isə məsləhətiniz varmı? Ümumiyyətlə, ekiz uşaqların doğulması nədən aslıdır?

.

Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin

Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin. Yaxşı öpüşməyin yollarını öyrənmək üçün müxtəlif cinsəllik saytlarında araşdırmalar apardıq. Bu barədə yazılmış mətnləri oxuduq. Gəldiyimiz nəticələri ümumiləşdirib daha ehtirasl

.

Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU

Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayaq. Uşağın cinsini əvvəldən müəyyən etmək üçün internetdə bir neçə cədvəl var. Bunlardan ən çox yayılanı yüz illərdir istifadə olunan "Çin təqvimi"dir. Bu təqvim ananı

.

Uşaqlarda sidikqaçırmanın qarşısını almaq üçün AKKUPUNKTUR üsulu

Uşaqlarda enurez ( gecə sidik qaçırması) problemi . Bioloji aktiv nöqtələrin insan bədənində sayı 100-dən çoxdur. Lakin müalicə məqsədilə əsasən 600-700 nöqtə istifadə edilir. Bu nöqtələr qeyd edildiyi kimi müxtəlif üzvlərd

.

Əl, ayaq və ağızda səpkilər – Su çiçəyidir yoxsa?

Ağızda, əllərdə və ayaqlarda ağrılara səbəb olan, qabarcıq və səpkilərlə irəliləyən əl-ayaq və ağız xəstəlikləri son günlərdə daha çox rast gəlinir. Hər yaş qruplarında müşahidə olunsa da, daha çox uşaqları hədəf alır. Mövz

.

Uşaqlarda angina xəstəliyi - Əməliyyatın hansı fəsadları var?

Tonzillit (angina) - udlaq badamcıqlarının iltihablaşmasıdır. Adenoid toxumalar kimi, bu badamcıqlar da xarici mühitdən mikrob və infeksiyaların insan orqanizminə daxil olmasının qarşısını alır. Uşaq anadan olarkən bu badamcıqla

.

Yenidoğulmuşların gülüşünün SİRRİ

Körpə gülüşü… Bu gülüşün qarşısında valideynlər aciz qalır, ilk gülüşün anı onlarda böyük sevinc və coşqu hissinin yaranmasına səbəb olur.  . Çoxumuz yeni doğulmuş körpələrimizin bəzən ifadə etdikləri təbəssümün şahidi oluru

turlar.az

geyim necə seçməli gözəllik məhsulları kosmetika mehsullari xəmir reseptləri halva reseptləri yaz yay 2026 dəri xəstəlikləri kosmetika baldiza aid haxisda gozellik layla maskalar yemekler