Açıq-saçıq fotoları yayılan, məmurla sevgili olan cazibədar aktrisa: "Avtomobilimi 90 minə almışam, özü də..."

Açıq-saçıq fotoları yayılan, məmurla sevgili olan cazibədar aktrisa: "Avtomobilimi 90 minə almışam, özü də..."Çox cazibədardır; elə filmlərə çəkilməsində də gözəlliyinin rolu böyük olub. Bunu özü də etiraf edi – Pərvin Abiyevanı deyirəm. Bir müddət öncə sosial şəbəkədə paylaşdığı açış-saçıq fotolarına görə az qala topa tutulan aktrsianın Yeniçağ.az-a müsahibəsini təqdim edirik.

– Pərvin bir ara müntəzəm olaraq filmlərə çəkildin, amma sonradan filmlərdən, efirlərdən, tədbirlər uzaqlaşdın, niyə?

– Düz deyirsiz. Çox filmlərə çəkildim və fikirləşdim ki, insanların gözünü yormamaq üçün fasilə vermək lazımdır. Bu son layihələrimi də bitirim, sonra yenidən itəcəm.

– Özünü kaprizli aktrisa sayırsan?

– Yox, əgər mən kaprizli aktrisa olsaydım, heç bir rejissor ikinci-üçüncü roldan sonra məni filminə dəvət etməzdi.

– Düzünü de, rejissorlar səni daha çox istedadına görə filmlərinə dəvət edir, yoxsa fakturana görə?

– Faktura böyük rol oynayır, bunu etiraf etməliyəm. Düzdür, mən özümü o qədər də gözəl hesab etmirəm, amma eybəcər də deyiləm. Eyni zamanda, tamaşaçılarda maraq oyatmağı bacarıram, bu da mənə kömək edir.

– Vücudunda sənə gözəllik verən nədir?

– Ayaqlarım, boyum.

– Bir müddət öncə sosial şəbəkədə çimərlik geyimlərində fotolarını paylaşdın. Bu, insanlar tərəfindən birmənalı qarşılanmadı. Həmin fotoların altından xoşagəlməz rəylər yazdılar. Sənin də reaksiyan çox sərt oldu…

– Çünki bilmirlər söhbət nədən gedir, amma əleyhimə danışıb, ağızlarına gələni yazırlar. Məni tanımadan mühakimə edirlər və o zaman da çox qəddar olurlar. Özümə kim nə deyir desin, amma ailəmə toxunmasınlar. Bəlkə də mən göz önündə olduğuma, ya məni qısqandıqlarına, ya da elə kimsə sırf dindarlığı üzündən o fotolara görə mənə təhqiramiz sözlər yazdılar. Amma hər şeyin həddi var: bir var tənqid, irad, bir də var təhqir.

– Ən sərt təhqir nə idi?

– Anam, atam və qardaşımla bağlı ağızlarına gələni yazdılar.

– Nə yazmışdılar ki?

– İnşallah anan, qardaşın, atan ölər və sən də onların yasında oynayarsan.

– Məhkəməyə nə əcəb vermədin?

– Verəcəkdim, sadəcə olaraq, məni təhqir edənin ailəsi, əmisi uşaqları, bütün nəsli müxtəlif yollarla mənə zəng edib yalvardılar, hamısı məndən üzr istədilər. Dedilər ki, bunu yazan uşaqdır, yaşı azdır, mən də keçdim.

– Gözəllik başına bəla olurmu heç?

– Həddən artıq.

– Nəzərə gəlməkdən qorxursan?

– Bədnəzərdən çox, cadudan və qarğışdan qorxuram.

– Qazancın normal yaşama bəs edir?

– Başqalarını bilmirəm, amma mən Azərbaycanda normal qonorarımı alıram.

– Yəni qabaqcadan rejissorla şərt kəsirsən qonorara görə?

– Yox, amma istədiyim qədər qonorarımı verirlər.

– Qlamur həyat yaşayırsan?

– Lüks həyat tərzini sevirəm və yaşayıram. Amma bununla belə kənd həyatını da xoşlayıram.

– Bunun üçün maliyyən yetərincədir?

– Bəli, mən özüm-özümə də pul xərcləməyi çox sevirəm.

– Ən çox nəyə pul xərcləyirsən?

– Geyimlərimə.

– Gözəl xanımsan, sevdiyin kişi də var. Amma yəqin ki, əks-cinsin nümayəndələrindən komplimentlər də eşidirsən, reaksiyan necə olur?

– Xoş rəylərdən niyə inciyim ki… Xoşuma gəlməyən boş sözlər olanda həmin adamları "blok"a atıram, ya da reaksiya vermirəm.

– Avtomobilin hədiyyədir?

– Yox, öz puluma almışam. Qiyməti də 90 min manatdır.

Xəbərlər     Baxılıb: 3358   Tarix: 24 aprel 2017
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

turlar.az

yay kolleksiyasi qaşların formalari kosmetik vasiteler genc aile dogusdan sonra matkanin yigilmasi ləkə üçün maskalar doğumu necə keçirtdim kosmetika xerceng kəlamlar google novruz bayramina aid hakisdalar vicdan