Acun İlıcalı və sevgilisi tətildə
Türkiyənin bir çox məşhur televiziya layihələrinin müəllifi, prodüser və aparıcı Acun İlıcalı sevgilisi Şeyma Subaşı və qızı Melisa ilə birlikdə Bodrumda dincəlir.
"Habertürk"ə istinadən məlumatına görə, yaxtası ilə dənizə çıxan aparıcı dostları ilə vaxt keçirərkən, sevgilisi günəş vannası qəbul edib. Şeyma Subaşı daha sonra qızını gəzdirərək, alış-veriş edib.
Qeyd edək ki, Acun İlıcalı ötən həftə həyat yoldaşı Zeynəblə birlikdə Nyu-Yorkda tətil edib.