Adi su bu orqanı bütün xəstəliklərdən qoruyur

Adi su bu orqanı bütün xəstəliklərdən qoruyurHəkimlərin müşahidələrinə görə, adi suyun kifayət miqdarda qəbulu bütün böyrək xəstəliklərinin inkişafı riskini xeyli azaldır.
Milli.Az saglamolun.az-a istinadən bildirir ki, rusiyalı nefroloq  Olqa Xarçenko kp.ru-ya müsahibədə bunu qeyd edib. Həkimin sözlərinə görə, böyrəkləri istənilən xəstəliklərdən qorumaq üçün gün ərzində 1-1,5 l təmiz qazsız su içmək lazımdır.
Su sidikdə duzların miqdarını azaldaraq böyrək daşı xəstəliyinin inkişafına mane olur. Əgər insan böyrək daşı xəstəliyinə meyllidirsə suyun qəbulunu daha da artırmaq lazımdır.
Böyrək, sidik kisəsi, sidik yolları iltihabları zamanı çoxlu su içmək müalicənin effektivliyini artırır. Digər tərəfdən su belə iltihabların profilaktik vasitəsi sayıla bilər.
Həmçinin həkim qeyd edib ki, suyun kifayət miqdarda qəbulu sidik kisəsi xərçənginin inkişafı riskini da azaldır. Sidik kisəsi yaxşı yuyulur və bu da orada toksinlər və digər ziyanlı maddələrin qalmasına mane olur.
Su ağır, müalicə olunmayan böyrək xəstəliyi - böyrək polikistozunun inkişafını ləngidir. Bu ağır xəstəlik zamanı böyrəklərin üzərində çoxlu sayda kistlər əmələ gəlir. Bu kistlər böyrəklərin sağlam toxumalarını dağıdır ki, nəticədə böyrəklər tədricən ölür. Bu səbəbdən belə xəstələrin 50%-dən çoxunda dializ və ya böyrək transplantasiyasını tələb edən böyrək çatışmazlığı inkişaf edir.
Nefroloq qeyd edib ki, sudan fərqli olaraq şirin qazlı içkilər böyrəklərin sağlamlığına çox ciddi ziyan vurur.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1818   Tarix: 20 mart 2020
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

turlar.az

aksessuarlar makiyaj instagram yay geyimləri 2026 ayaq sismesi daginiq skleroz mualicesi sirin qiz statuslari dolmalar kosmetika olumu namiq qaraçuxurlu seksual novruz hakısdası badambura